Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

əl-Maidə 48-ci ayənin mənası

SUAL:
«Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi. Lakin ümmətlərə ayırma Allahın sizə verdikləri ilə sizi imtahan etməsi üçündür.»nBurada ümmətlər dedikdə dinlər nəzərdə tutulur? Əgər dinlərdirsə niyə biz bütün bəşərin müsəlman olması uğrunda mücadilə aparırıq?
CAVAB:

Ayədəki şəriət tövhid dinidir. Minhəc isə müxtəlif dini ehkamlardır. Bütün peyğəmbərlərin dəvətlərinin və kitablarının əsli eynidir. İnsanlar isə sonra nəfsi arzularına görə bu qayələrdən uzaqlaşmışlar və firqələrə bölünmüşlər. Allah da bunun belə olmasının səbəbini imtahan etmək kimi göstərdi. Çünki hər bir azmış firqə haqq əhlinə müharibə elan edər. Haqq əhli isə səbr edər, İslama çağırar, mübarizə aparar. Bununla da dərəcələri artar, imtahandan üzüağ keçərlər.

SUAL GÖNDƏR

Foruma keç

OXŞAR SUALLAR