Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Peyğəmbərin əxlaqı barədə bu cür hədis qəbul oluna bilərmi?

SUAL:
Salam aleykum və rəhmətullah və bərəkətuh. Sehih əhli sunnə kitablarında var ki, Rəsuli Əkrəm (s) Aişəni boynuna mindirib tamaşaya baxmağa aparıb . (Hədisi qısa yazdım, yəqin özünüz bilirsiz hansı hədisdi. Bilməsəniz belə, mənbəsin yazaram sonra ). Bu Rəsulullahın əxlaqına yaraşan bir şeydir sizin fikrinizcə ? Quran buyurmayıb mı ki, ən gözəl əxlaq sahibidir O ? Hansı bir kişi xanımın boynuna mindirib kansertə baxmağa gedər ? Fikrimcə heç kim. O zaman Rəsuli Əkrəmə (s) yaraşdırılan bu hədis nədir belə ? Hansı ki, səhih kitabda səhih olaraq yer alıb . Zəhmət olmasa əxlaq çərçivəsində cavablandırın .
CAVAB:

Vaaleykum salam va rahmatullah va barakatuh

Qeyd etdiyiniz hədis imam Buxarinin "Səhih" əsərində və digər hədis kitablarında mövcuddur. Lakin hədisin mətni qeyd etdiyiniz kimi deyildir. Hədisdə nə konsert verməkdən, nə də ki, Peyğəmbərin (Allahın ona və ailəsin salam-duası olsun!) Aişə anamızı boynuna mindirməsindən bəhs edilmir. Bütün bunlar yalan və cəfəngiyatdır.

Hədisin əsli belədir: Deməli, qeyd edilir ki, Peyğəmbər çöldə ayaqlarını yerə vuraraq (milli) rəqs edən Həbəşilərin səsini eşidir və Aişə anamızı baxması üçün yanına çağırır. Aişə anamız da gələrək Peyğəmbərin arxasında duraraq çənəsini Peyğəmbərin çiyninə qoyur və bu formada baxır.

Aişə anamızın sözünü hədisdə qeyd olunduğu kimi original formasında qeyd edirəm:

فجئت، فوضعت، ذَقَني على منكب رسول اللَّه - صلى اللَّه عليه وسلم -، فجعلت، أنظر إليها ما بين المنكب إلى رأسه

"Gəldim və çənəmi Peyğəmbərin çiyninə qoydum və beləcə onun başı ilə çiyni arasından baxmağa başladım".

Son olaraq: Sizə və əmsalınızda olan bütün qardaşlarımıza Allahdan qorxmağı, ədalətli olmağı, yalandan və yalan danışan, buna vərdiş edən kəslərdən uzaq durmağınızı tövsiyə edirəm.

Hörmətlə! Sizin üçün xeyir və hidayət arzu edən qardaşınız...