Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Batil bayramlar

SUAL:
Batil bayramlar hansılardır və onları qeyd etmək günahdırmı?
CAVAB:

Vaaleykum salam va rahmatullah!

Müsəlmanın bayram kimi qeyd edə biləcəyi iki günü (iki bayramı) var: Ramazan və Qurban bayramları.

Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) Mədinəyə gələrkən bir qrup insanın oynayıb-əyləndikləri iki günün olduğunu eşidir. «Bu günlər nədir?» — deyə soruşduqda, onlar: «Cahiliyyət dövründə bu iki gündə oynayardıq..» — dedilər. Peyğəmbərimiz isə (Allahın ona salavat və salamı olsun), buyurdu: «…Allah sizə bunlardan daha xeyirli olanlarını verdi: Qurban və Ramazan bayramları» (Əbu Davud. Hədis səhihdir).

Yeni il, novruz, 8 mart və s. - bir sözlə Ramazan və Qurban bayramlarından başqa digər günləri bayram kimi qeyd etmək icazəli deyildir.

Yeni ili buna görə qeyd etmirik!

Novruz “bayramı”nın tarixi və qeyd etmənin hökmü

 

SUAL GÖNDƏR

Foruma keç

OXŞAR SUALLAR