Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Yeni ili qeyd etmək
Vaaleykum salam!
"Yeni ili" və ya "İsa əleyhissalamın doğum gününü" qeyd etmək xristian kafirlərin əməlidir.
Bir müsəlmanın bu bayramda iştirak etməsi, bu bayramı iqrar edib bu münasibətlə təbrik etməsi haramdır. Əksinə, müsəlmana vacib olan odur ki, bu əməlləri tərk edib başqalarını da bu əməldən çəkindirsin.
Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir: «Kim özünü bir qövmə bənzədərsə, o da onlardandır» (Əbu Davud rəvayət edib).
Aşağıdakı məqaləni də oxmanızı tövsiyə edirik!