Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Ölülər eşidirmi?
Va aleykum salam. İlk öncə onu qeyd edək ki, ölülərin eşidib-eşitməməsi mövzusu iddia etdiyiniz kimi 4 məzhəb alimləri arasında ittifaq olunmuş bir məsələ deyil, əksinə ixtilaflı bir məsələdir. Misal üçün bu haqda Mahmud Əlusinin "əl-Ayət əl-beyyinət fi adəmi siməil-əmvat indəl-hənəfiyyətis-sədət" kitabına müraciət edə bilərsiz. Müəllif bu kitabında ölülərin eşitmədiyinə dair bir çox hənəfi üləmasından nəqillər zikr etmişdir. Hər bir halda bu mövzu Əhli-sünnət alimləri arasında ixtilaflı məsələlərdəndir və doğru olan isə budur ki, ölülərin mütləq şəkildə eşitdiyinə dair açıq bir dəlil yoxdur. Buxari və Müslim kimi hədis mənbələrinə istinadən qeyd etdiklərinizə gəldikdə isə bu haqda aşağıdakı dərsi dinləməyi tövsiyə edərdik.