Admin

-“Dövlət dilini türkcə etmişdi” yalanının ifşası. 
Şəkil 1. Şah I İsmayıl Səfəvinin seyyidlərin vergi və rüsumlardan azad olunmasına dair hicri 25 cəmaziyəlaxir (5 yanvar 1501) tarixli farsca fərmanı. 
Şəkil 2. Şah I İsmayılın Tatev və Vağadi (indiki Ermənistan Resp.nın Sünik (Zəngəzur) mahalında) monastırlarının sahib olduqları torpaqlar üzərində mülkiyyət hüququnun təsdiqinə dair hicri 12 Şaban 908-ci il (10 fevral 1503) tarixli farsca fərmanı. 
Şəkil 3. Şah I İsmayılın Çuxursəd vilayətindəki Qızıl monastırının vergi və rüsumlardan azad edilməsinə dair hicri 25 rəbiələvvəl 911 (26 avqust 1505) tarixli farsca fərmanı.
Şəkil 4. Şah I İsmayılın Hafiz Kəmaləddinin irsi mülkləri üzərindəki hüququnun təsdiqinə dair hicri 26 Şaban 912 (11 yanvar 1507) tarixli farsca fərmanı.
Şəkil 5. Şah I İsmayılın Əmir Nəimənin irsi mülkləri üzərindəki hüququ təsdiq, vergi və rüsumlardan azad edilməsi haqqında Burucərd, Corab, Nəhavənd və Səylaxur vilayət hakimlərinə göndərdiyi 12 zilqədə 913 (14 mart 1508) tarixli farsca məktub. 
Şəkil 6. Şah I İsmayılın Təbrizdəki “Bağ-e Əhməd şah” bağının mülkiyyətinin ögey (ata bir, ana ayrı) qardaşı Seyyid Süleyman Mirzəyə verilməsinə dair hicri 25 səfər 914 (25 iyun 1508) tarixli farsca fərmanı. 
Qeyd: 1513-ün qışında Süleyman Mirzə qardaşının Xorasan səfərində olmasından istifadə edərək Təbrizdə silahlı saray çevrilişi cəhdi etmiş, hökumət qüvvələri ilə girdiyi döyüşdə qoşunu məğlub olmuş, özü isə əsir düşərək Məntəşə sultan adlı dövlət məmuru tərəfindən qılıncla boynu vurularaq edam edilmişdi. Deyim ki, bunların ən sevimli arqumetlərindən biri sultan Yavuz I Səlimin onu taxtdan devirmək istəyən qardaşları şahzadə Əhməd və Qorqudu edam etdirməsidir. 
Şəkil 7. Şah I İsmayılın Həma valisi əmir Ziyaəddin Yusif bəyin ərizəsinə cavab olaraq imtiyazlarının bərpasına dair 6 cəmaziyələvvəl 915 (17 avqust 1509) tarixli farsca fərmanı. 
Şəkil 8. Şah I İsmayılın Xalxal vilayəti, Ərdəbilin Sultanabad və Umməniq kəndlərindən vergi olaraq dövlət xəzinəsinə daxil olan illik 45.000 qızıl dinarın (təqribən 178 kq qızıl) Seyyid Kəmaləddin Hüseyn Ərdəbiliyə (əqrəbası idi) soyurqal olaraq verilməsinə dair 10 rəcəb 915 (24 oktyabr 1510) farsca fərmanı. 
Şəkil 9. Şah I İsmayılın Turqut bəy və Div Sultanın Şebirgan və Bəlx hakimliyinə təyin edilmələri haqqında hicri 916 (1510) tarixli farsca fərmanı. 
Şəkil 10. Şah I İsmayılın Simatib və Çahar-Bəqar əhalisinə ünvanlanmış farsca məktubu. 
Şəkil 11. Şah I İsmayılın Qum şəhərindəki Sitti Fatimə məqbərəsinin imtiyazlarının təsdiqinə dair hicri 918 (1512) tarixli farsca fərmanı. 
Şəkil 12. Şah I İsmayılın Xivaf vilayətinin darğa və kələntərlərinə (vergi və bələdiyyə məmurları) 400 xalvar buğda tədarükünə dair hicri 919 (1513) tarixli farsca əmrnaməsi.
Şəkil 13. Şah I Abbasın Roma papasına yazdığı farsca məktub. 
Qeyd edilən sənədlər haqqında ətraflı məlumat üçün müraciət ediləcək əsərlər:
1. Akop Papazyan, “Persidskiye dokumentı Matenadarana; I ukaz”, İrəvan 1956
2. Tağı Musəvi, “Orta əsr Azərbaycan tarixinə dair fars dilində yazılmış sənədlər”, Bakı 1965.
3. Layoş Fekete-Hazai, Gyorgy, “Einführung in die persische Palaographie: 101 Dokumente, Budapeşt 1977.
4. B. Martin, “Seven Safavid documents from Azarbaijan”, Oxford 1965.
P.S. Fərmanların bir çoxunda “bismillah”dan sonra “ya Əli” ibarəsinə rast gəlirik. Allah isə Qur’an Şüara surəsi 213-də belə buyurur: - (فَلَا تَدْعُ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ) - “Allahla birlikdə heç kimi dua edib çağırma”. . . müşrik oğlu müşrik.

 

 

  • 0
  • 52
  • 0
  • 0