Admin

Dərc olundu: 09 Oktyabr 2023

SƏHABƏLƏRİN ƏDALƏT VƏ FƏZİLƏTLƏRİNƏ DƏLALƏT EDƏN NƏQLİ VƏ ƏQLİ DƏLİLLƏR

Səhabə – Peyğəmbəri (sallallahu aleyhi və səlləm) görən, ona iman edən və bu imanla da ölən kəsdir. Əhli-sünnətin etiqadına əsasən, səhabələrin hamısı adildir və onlar bu ümmətin və ümumiyyətlə, bütün ümmətlərin ən xeyirliləridir. Uca Allah buyurur: “Siz insanlar üçün ortaya çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz” (Ali-İmran: 110). Bu ayə ümumilikdə İslam ümmətinə aid olsa da, ayə nazil olarkən bu kəlamın müxatəbləri Allah rəsulunun (sallallahu aleyhi və səlləm) əshabı idi. Çünki onlar bu ümmətin sələfləri və ilk möminləridirlər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə birlikdə Allahın adının uca tutulması və İslamın yayılması üçün canları və malları ilə cihad etmiş, dini təməlindən ucaltmışlar. Onlar bu dinin qurucuları sayılırlar. Uca Allah Muhəmmədi (sallallahu aleyhi və səlləm) Özünə son elçi seçdiyi kimi, onun əshabını da onun üçün dost və yardımçılar olsunlar deyə seçmişdir. Abdullah ibn Məsud (Allah ondan razı olsun) deyir: “Allah, bəndələrinin qəlblərinə nəzər yetirmiş və onların içərisində Muhəmmədin qəlbini ən xeyirli olaraq seçmiş, onu Özünə Peyğəmbər götürmüş və şəriəti ilə elçi göndərmişdir. Muhəmmədin qəlbindən savayı digər bəndələrinin qəlblərinə də baxmış və onların içərisində səhabələrin qəlblərini ən xeyirli bilərək onları Öz peyğəmbərinə vəzir seçmişdir” (Əhməd “əl-Müsnəd” 1/279). Allahın, "insanlar üçün ortaya çıxarılmış ən xeyirli ümmətsiniz" deyərək vəsf etdiyi bir ümmət, bəzi azğın firqələrin bu topluma, yəni səhabələrə verdikləri vəsf ilə uyğun gəlmir. Belə ki, onlar iddia edirlər ki, "üç nəfərdən başqa bütün səhabələr dindən dönüb kafir olmuşdur". (Şiə kitabı: Usulul Kafi: 2, 344.) Halbuki Uca Allahın üç nəfərdən başqa hamısı mürtəd olan bir ümmət haqqında, "Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz" sözlərini deməsi mümkün deyildir.

Asim Abu Salah

Dərc olundu: 17 Sentyabr 2024

bu bir testdir