Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Əhli sünnəyə görə ağılın şəriətdə mənziləsi

Allah əhli sünnə və camaatı ağıl məsələsində haqqa hidayət etmişdir. Halbuki, bir çox insanlar bu məsələdə ixtilafa düşüblər. Əhli sünnə ağılı ifrat və təfritə varmadan layiq olduğu məzliyə salıb.

Ağılın tərifi: (عقل) “aqələ” yəni əql etdi, anladı maddəsinin əsli (المنع) “al-mənu” yəni maneə mənasına qayıdır. Ağıl ona görə ağıl adlanıb ki, öz sahibinə yaraşmayan şeylərə mane olub.(1)
Alimlər ağılın tərifində bir neçə tərif deyiblər. Kimisi deyib ki, ağıl məzəmmətli söz və feildən həbs edən deməkdir.(2)
Həmçinin deyilib ki, ağıl cahilliyin ziddidir.(3)
Məsələnin təhqiqində görərik ki, nususlarda və alimlərin sözlərində ağıl deyildikdə aşağıdakı dörd məna qəsd olunur. (4)
1- Təbbi hiss, instinkt və ya bacarıq və qabiliyyət. Allah bunu insanda yaradıb, bunun sayəsində dərk edir. Bununla heyvanlardan və dəlidən fərqlənir.
2- Bütün insanların bilməkdə müştərək olduqları zəruri elmlər. Misal olaraq bütöv bir şeyin cüzdən böyük olmasını, məxluqatın xaliqinin olmasını, bir-birinə zidd olan iki şeyin bir araya gələ bilməyəcəyini bilmək kimi.
3- Nəzəri elmlər. Bu elmlər nəzər yetirmək və dəlil-sübut axtarmaq yolu ilə əldə olunur.
4- Elmə əməl etmək və ya elmin gərəkli etdiyi əməllər. Allahın bu ayəsində keçdiyi kimi:
Onlar deyəcəklər: “Əgər biz dinləsəydik və ya anlasaydıq cəhənnəm əhli içində olmazdıq!” (5)
Ağılın əhli sünnə və camaatın əqidəsində mənziləsinə gəldikdə bunu müxtəsər olaraq aşağıdakı formada qeyd etmək olar:
1) Ağılın uca mənziləsi vardır. Əhli sünnə və camaat ağılı lazım olan mənziləyə salıblar. Bunu da şəriətdən götürüblər. Çünki şəriət ağıla hörmət edir, ona dəyər verir və qoruyur. Şəriətin dəlillərinə fikir verən buna şahid olar.
1- Şəriət ağılı mükəlləfiyyət yeri edib. Peyğəmbər ﷺ belə deyib: “Qələm üç nəfərdən götürülüb: oyanana qədər yatandan, həddi buluğa çatana qədər uşaqdan, ağılı başına gələnə qədər məcnundan.” (6)

2- Şəriətdə ağılı işlətməyə təşviq gəlib. Buna da tədəbbür, təfəkkür və düşünüb ibrət almağa həvəsləndirən və tərif edən hər bir dəlil dəlalət edir.

3- Şəriət sağlam ağıl sahiblərini tərif edib. Allah Təalə buyurub: “Bunu ancaq ağıl sahibləri dərk edərlər!” (7)

4- Şəriət ağılı işlətməyənləri, ona qarşı etinasız olanları məzəmmət edib. Allah Təalə belə buyurub: “Onlara: “Allahın nazil etdiyinə tabe olun!”– deyildikdə, onlar: “Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!”– deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə?
Kafirlərin məsəli çığırtı və bağırtıdan başqa bir şey anlamayanları (heyvanları) haylayanın (çobanın) məsəlinə bənzəyir. Onlar kar, lal və kordurlar, (haqqı) anlamazlar.”
(8)

5- Şəriət ağılı beş zərurətlərdən biri etmişdir. Bunların qorunmasını və onlara təcavüz edilməməsini gərəkli etmişdir. Ağılı aparan sərxoş edici şeylərin qəbulunu qadağan etmiş, ona qarşı cinayət edənlərə şiddətli olmuşdur. Ağıla təcavüz edənə qarşı tam bir diyəti(9) təyin etmişdir. İbn Qudəmə ağılın getməsində diyətin olması barəsində belə demişdir. “Bu barədə hər hansı bir ixtilafın olduğunu bilmirik. Çünki ağıl ən önəmli və faydası böyük olan hissiyyat orqanıdır. Bununla insan heyvanlardan seçilir, məlumatların həqiqiliyi bilinir. İnsan ağıl səbəbilə xeyirli olanlara yönəlir, zərərli şeylərdən qorunur. İnsan ağıl səbəbilə mükəlləfliyə daxil olur. Ağıl qəyyumluğun sübutu, səlahiyyətlərin və ibadətlərin səhihliyi üçün şərtdir. Bunun diyəti digər hissiyyat orqanlarına nisbətdə daha vacibdir ki, ödənilsin.” (10)

2) Səhih əqli dəlil mötəbər şəri dəlildir və o səmi dəlilə(11) ortaqdır. Şəri dəlil də hər ikisini əhatə edir. Səhih əqli dəlillər şəri əqli dəlillərdən hesab olunur. “Şəri deyəndə, yəni şəriət ona yönəldib. Əqli, yəni onun səhihliyi ağılla bilinir. İki kamil vəsfi cəm edib.” (12)
İbn Teymiyyə belə deyib: “Şəri dəlil səmi də olur, əqli də. Şəri deyildikdə murad odur ki, şəriət onu isbat edib və ona yönəldib. Həmçinin şərit onu mübah bilib və ona izin verib. Şəri dəlil deyildikdə şəriətin isbat etdiyi dəlil nəzərdə tutulur. Bu da ya ağılla məlum olmalıdır. Eyni zamanda şəriət ona işarə edir və yönəldir. Beləcə şəri əqli dəlil hesab olunur. Bu da Allahın tövhidinə, elçisinin sadiqliyinə, sifətlərinin isbatına qayıdış gününə misallarla çəkilmiş dəlillər kimidir ki, Allah Öz əziz kitabında buna işarə edib bildirmişdir. Bu dəlillər də hamısı səhihliyi bilinən əqli dəlillərdir. Bunlar əqli sübut və kriteriyalardır. Bununla yanaşı şəri dəlillər hesab olunurlar. Ya da şəri dəlil ancaq mücərrəd olaraq sadiq olan birisinin xəbəri ilə bilinir. Yalnız onun bildirməsi ilə bilinən bir şeyi xəbər verərsə, o zaman bu xəbər şəri səmi dəlil olur. Bir çox kəlam əhli elə zənn edirlər ki, şəri dəlillər yalnız sadiq olan birisinin söylədiyi xəbərlə məhdudlaşıb, Quran və sünnə ancaq bu tərəfdən dəlalət edir. Buna görə də dinin usullarını iki qismə bölürlər: əqliyyət və səmiyyət. Birinci qismi kitab və sünnə ilə bilinməyən qismə aid edirlər. Bu onlar tərəfdən bir xətadır. əksinə Quran əqli dəlillərə yönəldib, bunları bəyan edib.” (13)

Bu mənanı da iki şeylə qüvvətləndirmək olar:
1- Ağıl etiqadın böyük üsullarına çatdırır. Misal üçün Allahın mövcud olması, rububiyyəti, ibadətlərə tək layiq olması, mütləq olaraq kamil vəsflərə sahib olması, diriliş və hesab günü kimi məsələlər. Lakin bunların hamısı mücməl formadadır. Təfsilata gəldikdə isə, bu nəqlin(14) xüsusiyyətlərindəndir.(15)
2- Allahın rəsulları bir çox əqli dəlillərə yönədiblər. Elmlərdən ağılın dərk etməsi mümkün olan qədərində də etinasız yanaşmayıblar. “Əksinə insanları ona diqqət etməyi bildiriblər, onu insanlara xatırladıblar və insanlara ona nəzər yetirməyi buyurublar. Hətta kor gözləri, kar qulaqları və qafil qəlbləri açıblar.” (16)
İbn Qayyim demişdir: “Allah Subhənəhu və Təalə səmi dəlillərlə əqli cəm etmişdir. Hər ikisi ilə qullarına hüccəti qaldırmışdır. Əslən biri digərindən ayrıla bilməz. Allah tərəfindən nazil olan kitab, dərk edən ağıl məxluqatı üzərində olan hüccətidir.” (17)

3) Əhli sünnə ağıl məsələsində ğulat əhli ilə cəfa əhli arasında orta yoldadır. Bu ona görədir ki, bir çox kəlam elminin alimləri o qədər həddi aşmışlar ki, ağılı elmlərinin tək əsli etmişlər. İman və Quranı ağıla tabe etmişlər. Əqli elmlər iman və Qurana ehtiyacı olmayan külli usullardır. Bunların müqabilində sufilər gəlirlər ki, onlar ağılı məzzəmmət edib ayıbladılar və belə hesab etdilər ki, uca hallar və yüksək məqamlar ancaq ağıl olmadan əldə olunar. Bəzən də doğru ağılın təkzib etdiyi bir şeyi iqrar edirlər. Sərxoşluğu, dəliliyi, dəli kimi aşiqliyi, ağılın getməsi ilə baş verən halları mədh edirlər.
Birincilər, yəni kəlam əhli ağıl barəsində ifrata varıblar. Hətta nəyinsə vacibliyi, icazəli olub olmasına ağılla hökm veriblər. Bunun haqq olduğunu etiqad ediblər, halbuki bu batildir. Peyğəmbərlik nurundan çıxanlara etiraz ediblər.
İkincilər isə, yəni sufilər ağıl barəsində təfritə varıblar. Batil təsdiqlə fasid əməli cəm ediblər. Ağılın gərəkli etdiklərindən kənara çıxıblar, ağılı öz vəzifəsindən uzaqlaşdırıblar. Halbuki, Allah ağıl səbəbi ilə adəm övladını digər məxluqatdan üstün edib.
Əhli sünnəni isə Allah bu məsələdə doğru yola və düzgün mənhəcə yönəldib.
İbn Teymiyyə demişdir: “Hər iki tərəf məzmumdur. Əksinə ağıl elmləri bilmək, əməllərin saleh və kamil olması üçün şərtdir. Ağıl vasitəsilə elm və əməl kamil olar. Lakin bu işdə müstəqil deyil. Əksinə gözdə olan qüvvətli görmə qabiliyyəti kimi nəfsdə bir hiss və qüvvətdir. Əgər ona iman və Quran nuru qoşularsa, günəş və atəşin nuru gözə bağlandığı nur kimi olar. Əgər tək olarsa, dərk etməkdə aciz olduğu şeyləri görməz olar. Tam bir şəkildə kənar edilərsə, onsuz olan sözlər və əməllər heyvandakı kimi olar. Dörd ayaqlılarda hasil olan bəzi sevgi, dad bilmə xüsusiyyətləri olsa da belə.
Ağılsız əldə olunan hallar naqis, ağıla müxalif olan sözlər batildir.” (18)
Bu deyilənlərə əsasən demək olar ki, “əhli sünnə ağıla etinasız yanaşır” - demək onlara qarşı bir zülmdür.
İbn Teymiyyə demişdir: “Təəccüblü olan odur ki, kəlam əhli elə güman edir ki, hədis və sünnə əhli təqlidçilərdir. Dəlillərə nəzər yetirməzlər və istidləl etməzlər. Guya əqlin hücciyyətini inkar edirlər. Onlara (kəlam əhlinə) belə deyilər: Bu gümanınız haqlı deyil. Sünnə və hədis əhli Quranda gələnləri inkar etmir. Bu onlar arasında ittifaq olan bir əsldir. Allah dəlillərə nəzər yetirməyi, təfəkkür və tədəbbür etməyi bir neçə ayədə bizə əmr edib. Ümmətin sələfindən və sünnə imamlarından heç birindən bunu inkar etməkləri bilinmir.

4) Ağılla nəql arasında heç bir ziddiyyət yoxdur. Bu da əhli sünnətdə ən böyük üsullardan biridir. Təqrir və rədd məqamında bu üsuldan daima möhkəm yapışıblar. "Çünki Allahın peyğəmbərləri Allah haqqında ancaq haqq olanı söyləyirlər. Allahdan ancaq doğru olanı nəql edirlər. Kim onların söylədikləri xəbərlərdə ağıla zidd olan bir şeyi iddia edirsə, beləsi yalançıdır. Əksinə labüddür ki, bu dərk olunan şey açıq aydın başa düşülən bir şey olmasın. Ya da bu nəql olunan doğru olmasın. Yəqin bir şəkildə onların xəbər verdiyi bilinən bir şeyin ağıla zidd gəlməsi mümkün deyil. Yəqin bir şəkildə bilinən bir şeyə ağıl hökm vermişsə, mümkün deyil ki, peyğəmbərlərin xəbərlərində buna zidd olan bir şey olsun." (19)
Deməli aydın oldu ki sağlam ağıl sağlam nəqlə zidd deyil. Bu da şəri dəlillərə əsasən sabit bir məsələdir.
İbn Teymiyyə demişdir: "Sağlam ağılla bilinən bir şeyə şəriətin zidd gəlməsi təsəvvür olunmur. Əksinə səhih nəqlə sağlam ağıl heç vaxt zidd gəlməz. İnsanların ixtilaf etdiyi məsələlərə baxdım və gördüm ki, səhih açıq aydın nususlara müxalif olan şeylər fasid şübhələrdir, batil olması ağılla bilinir. Əksinə şəriətə müvafiq, bunlara zidd olanın sabit olması ağılla bilinir. Bunu bir çox böyük üsul məsələlərində gördüm. Misal olaraq tövhid və sifətlər mövzusunda, qədər məsələlərində, nübuvvat, diriliş və digər məsələlərdə. Gördümki, dəqiq olaraq ağılla bilinənlərə Quran və sünnə müxalif olmayıb.” (20)
Xülasə bu məqamda deyə bilərik ki, əhli sünnə aşağıda qeyd olunanları etiqad edir:
1. Sağlam nəqillə sağlam ağıl arasında ziddiyyətin hasil olması mümkün deyil. Bu kökündən xarab bir fərziyyədir.
2. "Kim ki, peyğəmbərlərin gətirdiklərinə təsdiq və əməl etmə baxımından yaxın olarsa, beləsi ağıl və dəlil tərəfdən daha kamil olar. Hər kim peyğəmbərlərin gətirdiklərinə təsdiq və əməl etmə baxımından uzaq olarsa, beləsi ağıl və dəlil tərəfdən naqis olar." (21)
İbn Qayyim demişdir: "Kim öz ağlı ilə vəhyə qarşı gələrsə, Allah beləsinin ağlını xarab edər, hətta danışığı ilə ağıl sahiblərini güldürər." (22)
3. Ağıla zidd gələn hər bir şübhə çürük bir şübhədir. Sağlam ağıl da bunun fəsadına ilk hökm verəndir. “Aşıq aydın ağılın səhih nəqlə zidd olan şeyin batilliyinə dəlalət etməsində heç bir şəkk-şübhə yoxdur.” (23)
4. Ağılla nəqlin bir birinə zidd olmasını iddia etməyin səbəbi bu üç məsdərə qayıdır: nəqlin səhih olmaması, nəqli doğru fəhmlə anlamamaq və ya ağılın sağlam olmaması.(24)
5. Ağılla nəqlin bir birinə zidd gəlməsi şübhəsi olarsa, mükəlləf insanın bu ziddiyyəti dəf etmək acizliyi varsa, vacib olan nəqli önə çəkib ağılı ittiham etməkdir. Allah belə buyurur: “Rəbbinizdən sizə nazil edilənə tabe olun. Onu qoyub başqa dostlara uymayın. Siz necə də az öyüd-nəsihət dinləyirsiniz.” (25)
Bu əhli sünnədə külli qanundur.
Ömər ibn Əbdüləziz insanlara belə bir məktub yazdı: “Peyğəmbərin ﷺ sünnə etdiyi bir əməldə kiminsə rəyinin yerin yoxdur.” (26)

5) Ağılın şəni və etibarlığı olsa da hədləri dar çərçivədədir. Əhli sünnə ağılın məkanını və etibarlığını inkar etmir. Lakin bununla yanaşı onun hədlərinin olduğunu iqrar edirlər və bu hədləri aşmırlar. Buna görə də ağıl öz gücündən xaric hökm verməkdə və şəriətdən tam bir şəkildə müstəqil olmaqda çox zəifdir. Bu da Xaliqin kamilliyinin, məxluqatın da Ona möhtaclığının əsərlərindəndir. Allah Təalə buyurur: “çünki insan zəif yaradılmışdır.” (27)
Deməli ağılın öz idarəçiliyi daxilində məhdud hökmü vardır. Lakin hüdudlarından kənarda acizdir. Hər iki halda da Rəbbi olan Allahın vəhyinə ehtiyacı var. Buna dəlil;
- Qeybi məsələlər barədə ağılın hökm vermək səlahiyyəti yoxdur, bu məsələlərə ağılla müdaxilə edilməz. Allahın sifətlərinin, mələklərin və axirət günün təfsilatı başlanğıc olaraq nəql vasitəsilə, yəni Quran və sünnə yolu ilə bilinir. Ağılın üzərinə düşən iqrar edib təslim olmaqdır.
- Hidayət tapmaq üçün ağıl müstəqil deyil. Kim təkcə ağılla hidayət yolunu istəyərsə, yolunu azar.
Ağılın misalı gözdəki nurun misalı kimidir. Çünki gözün görməsi günəşin nuru və ya lampanın işığının ona bağlı olması səbəbilə baş verir. Əks təqdirdə göz görməkdə aciz qalar. Eləcə də ağıl, Quran və iman nuru ona bağlı olmasa, hidayətə çatmaz. Allah Təalə buyurur: “(Ey Məkkə əhli!) Sizə vermədiyimiz imkanları Biz onlara vermişdik. Onlara qulaq, göz və qəlb vermişdik. Lakin nə qulaqları, nə gözləri, nə də qəlbləri onlara heç bir fayda vermədi. Çünki onlar Allahın ayələrini inkar edirdilər. Onları ələ saldıqları (əzab) bürüdü.” (28)
Hidayətə vəhiysiz çatmaq olmaz. Çünki Allah Təalə belə buyurur: “Yox, əgər doğru yolla gedirəmsə, bu da Rəbbimin mənə nazil etdiyi vəhyə görədir.” (29)

6) Ağıl tabe olan, nəql isə tabe olunandır. Bu da yuxarıda qeyd edilənlərin nəticəsidir. Ağıl və nəql bir yerdə və bir birinə müvafiq olsalar da şəkk yoxdur ki, öncəlik nəqlə məxsusdur. Bunun əksi necə düşünülə bilər ki? Aqil insan məsum olanın (yəni nəql) məsum olmayandan (yəni ağıl) öncə gəlməsinə şəkk edə bilərmi? Hədləri dar çərçivədə olan, xətaya düşməsi çox olan (yəni ağıl) Allah tərəfindən nazil olanla bərabər ola bilərmi?
İmam əş-Şatibi belə demişdir: “Əgər nəql və ağıl şəriət məsələlərində bir yerdə gələrlərsə, şərtdir ki, nəql önə çəkilib tabe olunan, ağıl isə tabe olan olsun.” (30)
Xülasə odur ki, din nəqlə tabe olmaq üzərində qurulub. Allah Təalə buyurub: “Rəbbinizdən sizə nazil edilənə tabe olun. Onu qoyub başqa dostlara uymayın. Siz necə də az öyüd-nəsihət dinləyirsiniz.” (31)
Ağılın qayəsi nəqli başa düşmək və ona xidmət etməkdir. Ona tabe olmalı, onsuz keçinə bilməz.

Sonda aləmlərin Rəbbi olan Allaha həmd və səna olsun. Peyğəmbəri Muhəmmədə ﷺ , onun ailəsinə, səhabələrinə və onlara gözəl şəkildə tabe olanlara Allahın salavatı və salamı olsun.

(1) Tacu-l-urus, 30/19-20.
(2) Məqayis əl-luğa, 4/69.
(3) əl-Eynu, 1/159. Mucməl əl-luğa, 2/617.
(4) Bax: Mənhəcu-l-istidləl alə məsəili-l-etiqad ində əhli-s-sünnə va-l-camaə, 1/158-159.
(5) Mülk surəsi, 10-cu ayə.
(6) Müsnəd Əhməd (24694), Sünən Əbu Davud (4398), Sünən ən-Nəsəi (3432).
(7) əl-Bəqərə surəsi, 269-cu ayə.
(8) əl-Bəqərə surəsi, 170-171-ci ayələr.
(9) Zərər müqabilində ödəniləcək kompensasiya.
(10) əl-Muğni, 8/465.
(11) Səmi dəlil, yəni Quran və sünnə.
(12) Dəru-t-təarud əl-əqlu va ən-nəql, 9/39.
(13) Dəru-t-təarud əl-əqlu va ən-nəql, 1/199.
(14) Nəql – yəni Quran və sünnədə olan ayə və hədislər..
(15) Bax: əl-Ədilləti-n-nəqliyəti-l-əqliyyə alə usuli-l-etiqad, səh.36-38.
(16) əs-Sarim əl-məslul, səh.250.
(17) əs-Savaiq əl-mursələ, 2/458.
(18) Məcmu əl-fətəva, 3/338-339.
(19) əl-Cavab əs-sahih, 4/400.
(20) Dəru-t-təarud, 1/147.
(21) Dəru-t-təarud, 7/83.
(22) əs-Səvaiq əl-mursələ, 3/1002.
(23) Cəvab əl-itiradət əl-misriyyə alə futyə əl-həməviyyə, səh.56.
(24) Dəru-t-təarud, 1/148.
(25) Əraf surəsi, 3-cü ayə.
(26) Əcurinin “əş-Şəriə” kitabı, 1/323.
(27) Nisa surəsi, 28-ci ayə.
(28) Əhqaf surəsi, 26-cı ayə.
(29) Səba surəsi, 50-ci ayə.
(30) əl-Muvafaqat, 1/125.
(31) Əraf surəsi, 3-cü ayə.


Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.