Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Vəsvəsə

SUAL:
Salamun aleykum Şeytanın vəsvəsə edib ağlıma saldığı pis fikirlərdən (belə olanda həmişə tövbə edib Allahı zikr edirəm) amma yenə də olur, bundan birdəfəlik qurtulmaq üçün nəisə edə bilərəm ya da bunun üçün oxunacaq dua ya da Quram surəsi varmı? Təşəkkür edirəm!
CAVAB:

Vaaletkum salam va rahmatullah!

İlk növbədə, bilmək lazımdır ki, bu cür düşüncə və fikirlərə görə siz heç bir məsuliyyət daşımırsınız. Ona görə də, narahat olmayın! Bu məsələni ona görə qeyd etdik ki, bir çox insan elə zənn edir ki, özündən asılı olmayan bu cür düşüncə və fikirlərə görə o məsuliyyət daşıyır və beləcə günaha batır. Ona görə də, narahat olmağa başlayır. İlk öncə bu səhv düşüncəni aradan qaldırmaq lazımdır. Deməli, artıq siz bilirsiniz ki, bu cür fikirlərə görə heç bir günah qazanmırsız. Bunu bildikdən sonra artıq bu barədə düşünməyə və bu kimi şeylərin fikrini, dərdini çəkməyə dəyməz. Yəni, belə şeylər baş verdikdə fikir verməyin, bir neçə dəfə gəlib-getdikdən sonra, Allahın izni ilə, tamamilə yox olub gedəcək. Xülasə olaraq desək: Vəsvəsə ilə mübarizə aparmağın ən gözəl yolu, onunla mübarizə aparmamaqdır!

SUAL GÖNDƏR

Foruma keç

OXŞAR SUALLAR