Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Hədis inkarçılarının müxtəlif şübhələri

SUAL:
Əssalamu aleykum və rəhmətullah və bərəkətuh Allah elminizə bərəkət versin və sizi Cənnətlə mükafatlandırsın. Deməli bir dostum var Caner Taslamanın videolarına baxır və bildiyiniz kimi o sünnəni inkar edir. İrəli sürdüyü söz də belədir: "bunlar Quranda yoxdur və Peyğəmbərin (sallalllahu aleyhi və səlləm) adından uydurmadır. Xahiş edirəm gücünüz çatan qədər bunlara cavab verəsiniz: 1. Zina edən evli kişi və ya qadının daş qalaq edilməsi 2. Mürtədin öldürülməsi 3. Musiqi dinləmək qadağası 4. Qadın sünnətin5.kişilərin ipək və qızıl taxması 6. Ən böyük əzab rəssamlaradır hədisi və s. Ən əsas irəli sürdüyü bunlardır. Deyir ki, hədislər 200 il sonra yazılıb. Onlar da səhvə yol verilə bilərlər, yaxud hədisi yazan o qədər hədisləri necə yadda saxlayıblar? Yəni bu kimi şübhələr irəli sürür.
CAVAB:

Vaaleykum salam va rahmətullahi və bərəkətuh!

İlk öncə onu qeyd etməliyik ki, hər bir elm öz əhlindən götürülməlidir. Sualda adını qeyd etdiyiniz şəxsin isə nəinki heç bir dini savadı yoxdur, hətta dinin dili olan ərəb dilindən belə yoxsul olan biridir. Bir anlıq özünüz təsəvvür edin: Bir şəxs ortaya çıxır və hamını guya ki, Quranla "həqiqi İslam"a çağırır, amma Quranın dilindən bixəbərdir. Məgər belə birinin sözünə etimad edilər?! Məgər sizin dostunuzun canı ağrıyanda çilingərə,  maşını xarab olduqda isə qulaq həkiminin yanına gedirmi? Zənn etmirəm! Bəs necə olur ki, mövzu din və Quran olduqda hər kimə gəldi qulaq verir. Məgər onun dini dünyasına nisbətdə beləmi ucuzdu? Bu məsələnin birinci tərəfi.

Məsələnin ikinci yönünə gəldikdə isə, sualda qeyd etdiyiniz məsələlərə bir-bir cavab verməyə ehtiyac yoxdur. Bu sadəcə olaraq hədis inkarçılarının bir oyunudur. Yəni, demək istəyirəm ki, məgər sualda qeyd olunan 5-6 məsələyə cavab verilsə, məsələ öz həllini tapacaqmı? Yaxud bu 5-6 hədisdən savayı onlar digər hədisləri qəbul edirlərmi? Məgər onlarla müsəlmanlar arasında olan problem elə bu 5-6 mövzu üzərində qurulub? Təbii ki, belə deyil və bu cür düşünmək sadəlöhvlük olardı. Onların dərdi, məqsədi bu 5-6 mövzu və ya hədis deyildir. Onların əsas dərdi Peyğəmbərin hədisləridir. Sadəcə olaraq sünnəni gözdən salmaqdan ötrü bəzi hədisləri seçərək bilmiyənləri aldatmaq üçün onlardan istifadə edirlər. Necə ki, bu metodun eynisini ateistlər Qurana qarşı edirlər. Bir sözlə, bu müasir hədis inkarçılığı İslamı yıxmaq üçün qərbin illər öncə hazırladığı yeni planlarından biridir. İlk öncə bunu ateizm üzərindən etmək istədilər, bacarmadıqlarını gördülər deyə, indi də ağacı içindən yemək istəyirlər.

Üçüncüsü: Məgər sizin dostunuz və ya ümumiyyətlə bu fikirdə olanlar namaz qılırlarmı? Əgər qılırlarsa, namazı necə və nəyə əsasən əda edirlər? Təbii ki, söhbət tək namazdan getmir. O cümlədən də, dinin digər ehkamları. Hansılar ki, heç biri barədə Quranda bilgi verilməmişdir. Təbii ki, bu məqamda onlar belə deyəcəklər: "Biz namaz, oruc və s. kimi dini ehkamların icrasını hər hansı bir hədisdən və ya kitabdan deyil, İslam ümmətindən öyrənmşik. Yəni müsəlman ümməti ümmət olaraq bu ayinləri qoruyub saxlayıb və nəsillərdən-nəsillərə ötürərək bizə qədər gətirib çıxarıblar. Bunların tətbiqi üçün sünnətə ehtiyac yocdur!"

Bu iddiaya çox yöndən cavab vermək olar. Lakin biz bəzilərini qeyd etməklə kifayətlənirik:

Namaz və orucu özündən öyrəndikləri bu ümmət ümmət olaraq bir ağızdan deyir ki, biz dinimizi tək Qurandan öyrənməmişik və bu mümkün bir şey də deyildir. 

- Namaz və orucu özündən öyrəndikləri bu ümmət ümmət olaraq bir ağızdan deyir ki, qadın namazda mütləq başını bağlamalıdır. Lakin bu gün hədis inkarçıları bunu qəbul etmirlər. Niyə?! Bəs namazı ümmətdən öyrənmişdilər?

- Namaz və orucu özündən öyrəndikləri bu ümmət məzhəbindən asılı olmayaq,  deyir ki, zinakarların daş-qalaq edilməsi haqdır, bu İslamın hökmüdür və bu hökm də İslamın digər hökmləri kimi nəsillərdən-nəsillərə ötürülərək hər əsrdə əməli olaraq İslam torpaqlarında tətbiq olunmuşdur.

- Bu hədis inkarçılarının namazı özündən öyrəndiklərini iddia etdikləri bu ümmət ümmət olaraq "tək Quran bizə kifayətdir" etiqadına sahib olmayıbdır. Əksinə,  bu ümmət "hədislər Quranı açıqlayan və müstəqil hökm ortaya qoyan dinin müstəqil mənbəyidir" - deyən ümmətdir. O zaman elə çıxır ki, bunlar dinlərini hədisçilərdən və ya bunların təbirincə desək, "hədisçiliyə etiqad edən" ümmətdən götürüblər? Bəs nə üçün dinlərini özləri kimi tək Quran inancına sahib olan ümmətdən götürə bilmədilər? Yoxsa olmaya belə bir ümməti  axtardılarda amma tapa bilməyiblər?! Deməli, belə bir ümmət heç vaxt olmayıb və indi - müasir zamanımızda ortaya çıxıb? İddia etdikləri kimi, həqiqi İslam onların iddia etdikləri islamdırsa, o zaman elə çıxır ki, İslamın yaşı cəmi 10-15 ildən ibarətdir? Əgər belədirsə, bəs Allah rəsulunu gətirdiyi İslam 14 əsrdir harada idi? Əgər "həqiqi İslam" 21-ci əsrdə gün işığına çıxıbsa, bəs bunların "biz namazın ehkamlarını kitablardan deyil, namaz qılan ümmətdən öyrənmişik" dedikləri o ümmət 21-ci əsrə qədər hansı din üzərində olublar? Bax bu sualları oturub dönə-dönə, təkrar-təkrar özlərini versinlər. Həqiqət bu qədər aydındır, yetər ki, ona qarşı qəlbini və ağlını kor etməyəsən!

SUAL GÖNDƏR

Foruma keç

OXŞAR SUALLAR