Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Vəlisiz nikahın hökmü

SUAL:
Salam Aleykum! Mən rafizi məzhəbində olanda ikinci kəbin etmisəm bir dul qadinla ve mollalarin raziligi ile onun hec bir velisi olmayib cunki onlarin əgidesine gorə buna ehtiyac yoxdur, xanim dul oldugu halda rəşide sayilir. Bu nə dərəcədə doğrudur?
CAVAB:

Vaaleykum salam va rahmatullah!

Vəlinin icazəsi nikahda şərtdir. Allah rəsulu (Allahın ona salamı olsun!) demişdir: "Vəlisiz nikah yoxdur!" (Tirmizi, 1101, İbn Macə, 1881, Əbu Davud, 2085).

Bu şərtə bağlı olaraq, vəlisiz bağlanan nikah batil hesab edilir. Allah rəsulu (Allahın ona salamı olsun!) demişdir: "Hər hansı bir qadın vəlisiz evlənərsə, onun nikahı batildir, batildir, batildir!" (İbn Macə, 1879).

Allah rəsulu bunu qeyd edərkən dul ilə bakirə arasında fərq qoymadı. Ona görə də bu hökm dul və bakirə bütün qadınları əhatə edən bir hökmdür. Bu məsələnin birinci tərəfi.

Məsələnin ikinci trəfinə gəldikdə isə, onu bilmək lazımdır ki, adətən, bu cür evliliklər gizli evlilik sayılır. Yəni bir qadın və bir kişinin heç kəsin icazəsi və xəbəri olmadan evlənmələri. Belə evlilik İslam şəriətinə əsasən batil hesab edilir və bu İslamın ruhuna və ailə həyatında olan şəriətin məqsədlərinə də ziddir. Ona görə də İslam şəriəti gizli evliliyi qadağan etmiş və evliliyin elanını əmr etmişdir.

SUAL GÖNDƏR

Foruma keç

OXŞAR SUALLAR