Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Əbu Bəkrin oğlu Muhəmmədi Amr ibn Asmı öldürüb?
Vaaleykum salam va rahmatullah!
İlk öncə onu qeyd edim ki, Muhəmməd ibn Əbu Bəkr (Hənəfiyyə) Osmanın qatillərindən deyildir. Bəli, işin əvvəlində Kufə əhli onu aldatmağa müvəffəq olsa da, daha sonra o bu fikrindən dönmüşdür.
O ki, qaldı Amr ibn Asın onu yandıraraq öldürməsi məsələsinə, bu tamamilə yalandır. Təkcə onu demək kifayətdir ki, Amr ibn As hicrətin 43-cü ilində, yəni Muhəmməd ibn Hənəfiyyədən təxmini 38 il qabaq vəfat etmişdir. Muhəmməd ibn Hənəfiyyə hicri 81-ci ildə vəfat etmişdir. Doğrusunu Allah bilir!