Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Bir müsəlmanın çin məhsullarını alması caizdir?

SUAL:
Salam Aleykum. Allahdan sizlərə xeyirli günlər arzu edirəm. Mənim bir sualım var idi. Hansı ki, bu suala hələ də dəqiq cavab tapa bilməmişəm. Bildiyiniz kimi, hal-hazırda Çin dövləti Türküstandaki türk müsəlman qardaş-bacılarımıza xeyli əzab verir, onlara dini ibadət etmək üçün imkan verilmir. Eyni zamanda çin məhsulları ölkəmizdə mühüm rol oynayır. Demə istədiyim odur ki, qeyd etdiklərimi nəzərə alaraq çin məhsullarını almaq və satmaq caizdirmi? Dinimiz baxımından bir problem olarmı?
CAVAB:

Vaaleykum salam va rahmatullah!

Bu cür boykot kompaniyaları gərək dövlətlər səviyyəsində aparılsın ki, hətta təsiri olsun. Lakin siravi fərdlərə gəldikdə isə bu ixtiyari bir məsələdir. Əsli etibari ilə bu cür malların alış-verişi icazəlidir. Lakin kimsə fərdi olaraq, çəkinmək, uzaq durmaq istəsə, bunu edə bilər. Amma başqalarına məcbur etmək olmaz. Yenə təkrar edirik: bu icbari yox, ixtiyari bir məsələdir. Dorusunu Allah bilir!

SUAL GÖNDƏR

Foruma keç

OXŞAR SUALLAR