Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Şiə məzhəbinin İslam və müsəlmanlar haqqındakı inanc əsasları

Hörmətli oxucu! Sizlər üçün hazırladığımız bu yeni məqaləmizi oxumamışdan qabaq saytımızda mövcud olan “Şiəliyin gizli üzü: Təqiyyə” adlı digər məqaləmizi oxumağınızı təmənni edirik. Çünki siz məhz həmin məqalənin sayəsində bu məqalədə qarşılaşacağınız dəhşət dolu həqiqətləri daha düzgün və dəqiq bir şəkildə anlayacaqsınız. Çünki şiə məzhəbinin ana əsaslarından birisi olan təqiyyənin sayəsində onlar biz müsəlmanların (xüsusən də sünni camaatının) üzünə gülür, yalan dolu təbəssümlərlə bizləri özlərinə “qardaş” bilir və “İslam vəhdəti” altında aldadıcı şüarlarla çıxış edirlər. Bu yerdə sual oluna bilər ki, Şiə məzhəbinin “vəhdət” və “qardaşlıq” şüarlarının aldadıcı olduğunun dəlili nədir? Cavabımız elə sizlər üçün hazırladığımız bu yeni məqaləmizdir. Buyurun diqqətlə və səbrlə oxuyun!

1. On iki imamın vilayətinə etiqad etməyənlərin kafir hesab edilməsi:

Guya ki imam Muhəmməd əl-Bəqir demişdir: “İmama iman etməyənin ölümü kafir və münafiq ölümüdür.” (“Kafi” 1/375, bu hədisi Məclisi və Behbudi etibarlı saymışdır.)

Guya ki imam Cəfər əs-Sadiq demişdir: “Kim bizi təsdiq etsə mömin, kim bizi inkar etsə kafirdir.” (“Kafi” c.1, səh 305, hədis 485)

Məclisi imam Zeynəlabidinin köləsinin guya ki imama belə dediyini nəql edir: “Mənim sizdən bir şeyi soruşmaq haqqım vardır.Mənə Əbu Bəkr və Ömər haqqında danışın.” İmam cavab verdi: “Bu ikisi və onları sevənlər kafirdilər.” (“Biharul ənvar” 69/137-138; “Haqqul Yəqin” səh 522)

Muhəmməd ibn İbrahim ən Numani yazır: “Yuxarıda gətirilən rəvayyətlər dəlalət edir ki, imam baradə şübhəyə düşən vəya onu qəbul etməyən hər kəs küfrə, nifaqa, şirkə düşür. Belə adamın ölümü cahiliyyə ölümü kimidir. (Yəni belə birisi kafir olaraq ölmüş sayılır)” (“Qeybə ən Numani” fəsil 7, son hissə)

“Dahi” şiə alimi, Şeyx Səduq ləqəbi ilə məşhur olan ibn Babaveyh əl Qummi yazır:
“Bizim etiqadımız budur ki, Əlinin və ondan sonra gələn imamların imamətini inkar edən, sanki bütün peyğəmbərləri inkar etmiş kimidir. Əmirəlmöminini qəbul edib, imamlardan birini inkar edən, sanki bütün peyğəmbərləri qəbul edib, Muhəmmədi (s.a.s) isə inkar etmiş kimidir”. (“Etiqad” səh 103-104)

Feyz Kəşani adı ilə məşhur olan Muhəmməd Muhsin öz kitabında yazır: ”İmamlardan birini inkar edən bütün peyğəmbərlərin nübuvvətini inkar etmiş kimidir.” (“Minhəcun nəcat” səh 48, “Darul İslamiyyə nəşr” Beyrut 1987)

Xomeyni yazır: “Vilayətsiz (yəni imamların vəlayətinə iman olmadan) Allaha və Peyğəmbərlərə iman qəbul edilməz.” (“40 hədisin şərhi” səh 485, 33-cü hədisin şərhində)

Ayətullah şeyx Abdullah əl-Məmqani “Tənqihul məqal” kitabında yazır: “Hədislərdən hasil olan son nəticəyə görə 12 imami məzhəbinə (yəni şiə məzhəbinə) mənsub olmayan hər kəs Qiyamət günü kafir və müşrik hökmündə olacaqdır.” (“Tənqihul məqal” c.1,səh 208; ”Babul Fəvaid”, Nəcəf 1952)

Şeyx Mufid deyir: “Şiələr imamlardan hər hansı birini inkar edən və ya onlardan birinə itaət etməyi qəbul etməyənin kafir olacağı və cəhənnəmdə əbədi qalacağı məsələsində icma etmişlər.” (Mufid “Məsail”; Məclisi “Biharul ənvar” c.23,səh 390-391)

Hözmətli oxucu! Məlumdur ki, bu gün yer üzündə yaşayan müsəlmanların sayı təxmini olaraq 1 milyard yarımdır. Və onların təxmini 95%-i on iki imamın vilayətinə etiqad etməyən müsəlmanlardır. Deməli, şiə məzhəbinə görə onların özlərindən olmayan bütün müsəlmanlar kafir hökmündədirlər.

2. Şiə əqidəsinə görə Sünnilər elə Nasibilərdir (yəni Əhli-Beyt düşmənləri).

İlk öncə Nəvasib (Nasibilər) firqəsi haqda qısa bir məlumat verək. Nəsibilər əslində hal-hazırda mövcud olmayan bir firqədir. Lakin tarixdə belə bir firqə olmuş və bu firqə Əhli-beytə olan düşmənçilikləri ilə tanınmışdır. Əhli-Sünnətə görə səhabə düşməni olan şiələr zəlalət əhli sayıldığı kimi, Əhli-beyt düşməni olan Nasibilər də zəlalət əhli sayılır. Əhli-sünnətə görə həm səhabələri və həm də Əhli-beyti sevmək və onlara hörmət etmək vacibdir.

Şiə məzhəbi isə Əhli Sünnəti Peyğəmbərin Əhli beytinə düşmən olaraq görürlər. Bu səbəbə görə də Əhli beytə düşmən olan Nasibi terminini məhz sünnilərə qarşı istifadə edirlər.

Şiə alimi Hüseyn əl-Əsfur əl-Bəhrani yazır: “İmamlardan rəvayət olunmuş hədislərdən belə anlaşılır ki, Nasibilər öz aralarında özlərini sünni adlandıranlardır.” (“əl-Məhasin ən-Nəfsaniyyə", səh 147)

Şiə məzhəbinin böyük hədis alimlərindən olan Yusif əl-Bəhrani yazır: “Hədislərdə və keçmiş alimlərimizin sözlərində varid olanlardan belə anlaşılır ki, nəvasib sözündən qəsd olunanlar məhz müxaliflərdir (yəni sünnilər, çünki hər bir şiə bilir ki, Şiə məzhəbində “müxaliflər” deyildikdə, məhz sünnilər nəzərdə tutulur)” (“əl Hədaiqun nadira” c.18,səh 157,Qum)

3. Əhli Sünnətin canlarının və mallarının halal olması.

Şiə məzhəbi sünnilərin qanlarını mübah görür. Çünki, onlar kafir hökmündədir və şiələrə görə nasibidirlər. İndi sizə Şiə məzhəbinin çirkin və rəzilliklərini isbat edən bezi nümunələri təqdim edəcəyik.

Görün “dahi” şiə alimi Şeyx Səduq öz kitabında imam Cəfər əs-Sadiqdən nə rəvayyət edir: “Guya ki imama sual verilir: “Nasibilər haqqında nə deyirsiz? İmam dedi: “Onların qanı mübahdır. Əgər görən olmasa, onlardan birinin üzərinə divarı aşıra bilsən və ya dəryada boğa bilsən bunu et.” Bəs onun malı necə? İmam cavab verdi: “Götürə bildiyin hər şeyi al.” (“İlətuş şərai” səh 601,Nəcəf; Hurr Amili “Vəsailuş şia”c.18,səh 453; “əl-Məhasin ən-Nəfsaniyyə",səh 166-167)

Böyük şiə alimi Nemətullah Cəzairi yazır: “Onların öldürülməsi və mallarının mübah hesab edilməsi caizdir.” ("Ənvarun Numaniyyə"c. 2,səh 307)

Şiənin hədis alimi Yusif əl-Bəhrani kitabında bunları qeyd edir: “Çox saylı hədislərə əsasən müxaliflər (yəni sünnilər) kafir və nasibi hesab edilir, onların malları və qanları halal sayılır.” (“əl-Hədaiqun nadira”10/360)

Həmin səhifədə Xomeyni yazır: “Biz onların (Əhli-beytə müxalif olanların, nasibi sünnilərin) qətiyyətlə kafir olduqlarını demişdik. Hətta, bəzi vəziyyətlərdə onların öldürülməsi vacibdir.” (“Təhrirul vəsilə” 1/118; Beyrut)

Əziz həmvətənlərim! Görün bu məzhəb öz mənsublarına nələri təlqin edir. Elə bütün bunların acı nəticəsi olaraq da onların heç vaxt İslam ümmətinə xeyri dəyməyibdir. Tarix boyunca nə bir kafir diyarı fəth ediblər, nə də ki, müsəlmanların üstünə hücum edən hə hansısa kafir ordularını geri oturdublar. Əksi isə olduqca çoxdur. Onların dırnaqarası "cihadları" istər keçmişdə və istərsə də müasir dövrdə daima əhli-sünnətə, müsəlmanlara qarşı olubdur.

4. Şiəliyə görə Əhli Sünnət nəcisdir.

Əllamə Hilli yazır: “Xəvariclər, ğulat və nasibilər Əhli beytə düşmən olanlardır ki, bunların hamısı nəcisdirlər.”( “Nihayətul əhkam fi mərifətul əhkam” 1/274; Beyrut)

Xomeyni “Təhrirul vəsilə” kitabında yazır: “Nasibilər (yəni sünnilər) və xəvariclər heç bir ixtilafsız nəcisdirlər.” (“Təhrirul vəsilə” 1/118; Beyrut)

5. On iki imamçı şiə olmayan hər kəsin “vələdiz-zina”, yəni zinadan törəmə olması.

Şiə məzhəbi ən mötəbər hədis qaynaqlarında imam Muhəmməd əl-Baqirin guya ki belə dediyini rəvayyət edirlər: “Allaha and olsun ki, bizim şiələrdən başqa bütün insanlar fahişə övladlarıdır.” (Kuleyni “Kafi” 8/ 239 və 285, Məclisi “Bihar” 24/311,Hurr Amili “Vəsailuş şia” c.16, səh 37, hədis: 2910)

Onların imam Cəfərin adından rəvayət etdiklərinə bir baxın! Guya ki imam demişdir: “Elə bir dünyaya gələn körpə yoxdur ki, onun doğulmasında cinlərdən olan şeytan iştirak etməsin.Əgər o bilsə ki, doğulan körpə bizim şiələrdəndir onda o onu tərk edər. Əgər o bizim şiələrdən olmazsa, şeytan barmağını onun arxasına salar və onu qabağdan çıxardar. Əgər körpə qızdırsa onda şeytan barmağını onun fəcrinə salar və nəticə etibarilə gələcəkdə o qız fahişə olar. Məhz buna görə də körpə ana bətnindən çıxan zaman belə möhkəm ağlayır.” (Haşim əl-Bəhrani “Burhan” adlı təfsirində 2/300 və Əyyaşinin “Təfsir”i 2/234)

Şiə məzhəbinin ana qaynaqlarında imamlar adına rəvayət edilmiş bu cür yüzlərlə hədislər və alimlərinin bu barədə dediyi sözləri var. Lakin bu dırnaqarası “hədislər” və alimlərinin bu barədə dedikləri sözlər o qədər biabırçı ifadələrdir ki, bu kimi şeyləri dilə gətirməkdən insan həya edir. Həya etməsəydik yuxarıda qeyd etdiklərimizə əlavələr də edərdik. Lakin düşünürük ki, ağıl sahibləri üçün bu deyilənlər də kifayətdir.

6. Əhli Sünnətin ölülərinə təqiyyə ilə cənazə namazı qılıb, rəhmət yox, lənət oxumaları.

Şeyxut-taifə (Şiə məzhəbinin şeyxi) ləqəbli Əbu Cəfər ət Tusi “Təhzibul əhkam” kitabında yazır: “Bu məsələnin izahı belədir: “Əhli haqqa (yəni Şiə məzhəbinə) müxalif olan hər kəs kafirdir. Deməli, hökm etibarı ilə kafir ilə eyni səviyyədə olmalıdır. Kafirin cənazəsinin yuyulması icazəli olmadığına görə eyni şəkildə müxaliflərin (sünnilərin) də cənazələrinin yuyulması icazəli deyildir.” (“Təhzibul əhkam” c.1,səh 335, 3-cü nəşr,Tehran)

Şiə məzhəbinin göz bəbəyi sayılan Şeyx Mufid öz kitabında yazır: “Vilayət (12 imam etiqadı) məsələsində haqqa müxalif olanların (yəni şiə olmayan hər kəsin) cənazələrinin yuyulması və cənazə namazlarında iştirak edilməsi icazəli deyil. Bunu yalnız zərurət halında təqiyyə edərək etmək olar.....Cənazə namazında ona lənət oxumaq və onun üçün dua etməmək lazımdır.” (“əl Muğniyyə” səh 85, Muəsəsat nəşri İslami, Qum)

Hurr Amili “Vəsailuş şia” kitabında “Müxalifə (sünniyə) cənazə namazı qılmaq” fəslində yazır: “Muhəmməd ibn Müslimdən nəql olunur ki, imam dedi: “Əgər ölən birisi haqqı inkar edənlərdən idisə o zaman onun cənazə namazında onun üçün belə dua et”: “Ey Allahım! Onun qarnını və qəbrini odla doldur. Ona əqrəb və ilanları müsallat elə!” (“Vəsailuş şia” 2/771)

Şiəllərin hədis alimi Yusif əl Bəhrani buna oxşar bir rəvayyəti zikr etdikdən sonra demişdir: “Bu rəvayyətlərin hamısı görüldüyü kimi Əhli Sünnədən olan müxaliflər haqqındadır…” ( “əl Hədaiq” c.10,səh 414-415)

7. Əhli Sünnəti aldatmağa hesablanmış təqiyyə namazı.

Bəziləri şiələrin sünni imamlar arxasında namaz qılmalarına aldanırlar. Bu davranışı onların Əhli Sünnətə qarşı duyduqları yaxınlıq və pərəstişin dəlili hesab edirlər. Hətta bəziləri bu namazı “Vəhdət namazı” adlandırırlar. Halbu ki, Şiə məzhəbinə və bu məzhəbin qaymaq alimlərinə və ana qaynaqlarına əsasən 12 imamçı şiə olmayan hər bir müsəlmanın ibadəti batildir. Belə olduğu təqdirdə, onlar məzhəbləri tərəfindən namazları batil hesab edilən sünni imamların arxasında onlara iqtida edərək necə namaz qıla bilərlə? Gəlin bu barədə onların öz alimlərinin sözləri ilə tanış olaq!

Şiənin ən etibarlı 8 hədis kitabından birisinin müəllifi olan Hurr Amili məşhur “Vəsailuş şia”kitabında “İmamların vilayəti qəbul edilmədiyi və imamlıqlarına inanılmadığı təqdirdə ibadətlərin batil olması” adlı fəsil tərtib etmiş və bu fəsildə 19 hədis nəql etmişdir. Ayətullah Hacı Ağa Hüseyn Təbatəbai isə bu barədə imamlar adına 78 rəvayət nəql etmişdir (Bax! “Camiu əhadis əş-şia”1/426)

Şiə alimi Ayətullah Muhəmməd Rza əl-Musəvi Kəlbəyqani “müsəlmanların məscidlərində qılınan namaz” haqqında ona verilən suala belə cavab vermişdir: “Onlarla birlikdə namaz qılmağı tərk etmək fitnə və ixtilafa səbəb olacaqsa təqiyyə ilə bunu etmək icazəlidir.” (“İrşadus sail” səh 38)

Xameneyi də “Əcvibətul istiftat” adlı kitabında (səh 178, Beyrut) bu cür demişdir.

8. Sünnilərin qeybətinin edilməsinin icazəli olması.

Xomeyni kitabında yazır: “Məhz möminin qeybətini etmək haramdır. Müxalifin (sünninin) qeybətini etmək icazəlidir.” (“Məqasibul muharrəmə” 1/249; Qum)

Xomeyninin ən yaxın silahdaşı olan 1983-cü ildən inqilab rəhbərliyini öhdəsinə alan Ayətullah Seyyid Əbdulhüseyn Dəstağeyb yazır: “Bu bilinməlidir ki, qeybətin haram olması möminə yəni ,həqiqi inanc əsaslarına inanan kimsəyə məxsusdur. Bu inanclardan biri də 12 imama etiqadıdır. Ona görə də müxaliflərin (sünnilərin) qeybəti haram deyildir.” (“Zunubul kəbira” 2/267 “Darul İslamiyyə”nəşr.Beyrut,1988 il)

Digər şiə alimi Muhəmməd Həsən ən Nəcəfi yazır: “Kafirlərin və müxaliflərin (sünnilərin) qeybətini etmək haram deyil. Qeybətin haramlığı məhz 12 imama etiqad edənlərə xasdır. Yəni təkcə onların (şiələrin) qeybətini etmək olmaz.” (“Cəvahirul kəlam” 22/63)

9. Şiəliyə görə əsas haqq deyil, əsa olan məhz Əhli Sünnətə müxalif olmaqdır.

İmam Cəfərdən belə dediyini nəql edirlər: “Əgər siz iki müxtəlif və bir-birinə zidd hədislə rastlaşsanız, bunu Allahın kitabına ərz edin. Qurana müvafiq olanı götürün, ona zidd olanı tərk edin. Allahın kitabında heç nəyə rast gəlməsəniz bunu avamın (yəni sünnilərin) xəbərləri ilə tutuşdurun.Əgər onların hədisləri ilə uyğun gəlsə onu atın, onların hədislərinə zidd olsa (onda) götürün” (“Vəsailuş şia” 18/84)

Xomeyni belə yazır: “İxtilaflı məsələlərdə doğrunu bilməkdən ötrü, Əhli Sünnətə muxalifətçilik etməkdə heç bir işkal yoxdur.”(“ər-Rəsail” 2/83)

Və son olaraq “dahi” şiə alimlərindən Seyyid Nemətullah əl-Cəzairinin bir sözünü qüyd etmək istəyirik. Belə ki o yazır: “Bizim sünnilərlə Allah, peyğəmbər və imam məsələsində heç bir oxşar və bənzərliyimiz yoxdur. Çünki, onlar deyirlər ki, Allah peyğəmbəri Muhəmməd (s.a.s), xəlifəsi isə Əbu Bəkr olandır. Biz isə nə belə bir Allahı, nə də bu cür bir peyğəmbəri qəbul edirik. Biz deyirik: “Xəlifəsi Əbu Bəkr olanın nə peyğəmbəri bizim peyğəmbərimiz, nə də ki Allahı bizim Allahımızdır.” (“Ənvərun Numaniyyə” c.2,səh 278 “İmamların dininin həqiqi nuru” fəsli)

Hazırladı: sunna.az saytının rəsmi heyəti