Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Uşaq evliliyi şübhəsi, Talaq 4-cü ayə

Növbəti şübhə Talaq surəsi 4-cü ayə barəsindədir:

Şübhədə iddia olunur ki, «guya bu ayə uşaq qızla, yəni yetkinlik yaşına çatmamış qızla evlənməyə dəlildir.» Yenə də bir ateist cəhaləti və təhrifi. Gəlin görək ayədə nədən söhbət gedir əslində?

Ayənin mənaca tərcüməsini tam olaraq bura yerləşdiririk:

«Heyzdən kəsilmiş qadınlarınızın (boşandıqdan sonra) gözləmə müddəti barəsində şübhəniz varsa, onların, eləcə də heyz (aybaşı) olmayanların gözləmə müddəti üç aydır. Hamilə qadınların gözləmə müddəti isə onlar hamiləlikdən azad olana qədərdir.» (Talaq, 4)

Birincisi: Burada «heyz (menstruasiya) olmayanlar» ləfzi özündə bir çox mənanı ifadə edir, gəlin əvvəlcə heyzdən (menstruasiya) kəsilmənin səbəbləri ilə tanış olaq, bu səbəblərdən:

1 - Bəzi qadın xəstəliklərilə əlaqəli heyzdən kəsilmə.
2 - Südvermə ilə əlaqədar olan səbəblər.
3 - Yumurtalıqların olmaması.
4 - Hipofiz vəzilərinin fəaliyyətindəki və orta beyindəki problemlər.
5 - Aylıq halının kəsilməsi.
6 - Qida pozuntuları və çəki itkisi (köklük, iştahsızlıq, bəzi zərərli xəstəliklərin yan təsirləri).
7 - Ana südündə olan hormon tərkibinin yüksək olması. (Prolactin hormonunun nisbətinin çox yüksək olması).
8 - Yumurtalıqdakı bəzi problemlər Androgen səbəbilə yumurtalıqda yaranan şişlər. PCO - 8S.
9 - Ana rəhimindəki yapışqanlıq.
10 - Tiroit vəzlərinin fəaliyyətindəki problemlər.
11 - Qanlı piqment.
12 - Dərmanlardan yanlış istifadə (narkotik maddələr və s).
13 - Heyzi (menstruasiya) gecikdirən dərmanların istifadəsi. (Bir müddət heyzin (menstruasiya) kəsilməsinə və ya adəti üzrə eyni vaxtda olan heyz vaxtının dəyişməsi, gecikməsi və ümumən heyz pozuntularına səbəb olur).
14 - Qadının 45 və ya 50 yaşını keçməsi (Bu isə heyzdən birdəfəlik kəsilmənin yaşla əlaqəli əsas səbəbidir).

İkincisi: Lüğəvi cəhətdən:
Ayədə «qadınlarınızın» kimi tərcümə etdiyimiz söz ərəbcə من نسائكم «qadınlarınızdan» olaraq da tərcümə oluna bilər. Ayənin əvvəlində heyzdən kəsilmiş qadınlardan, yəni, yaşlı qadınlardan söhbət gedir. Sonra isə ümumi olaraq ərəb dilinin qaydalarına uyğun olaraq «heyz olmayanlar» sözü də qadınlara nisbət edilir. Deməli, aydın olur ki, hər üç misal evli qadınlara aiddir.

Üçüncüsü: Artıq heyz olmayanlar sözünün izahından qabaq heyzdən (menstruasiya) kəsilmənin səbəblərindən danışdıq. Lakin, aydın oldu ki, heyz olmayanlar sözü evli qadınlara aiddir.

Dördüncüsü: Gəlin, bir ehtimalı araşdıraq: Əgər ayədə konkret olaraq azyaşlı və hələ heyz (menstruasiya) olmamış qızlar qəsd olunur və başqaları qəsd olunmur demək nə dərəcədə doğrudur? Görəsən, insafla araşdırdıqda ayədə sırf bu mənamı aşkar olur? Yaxud da heyz olmayan hər qadın, hər qız buraya daxil olur? Yəni, istər azyaşlı istər 45 və ya 50 yaşına kimi müxtəlif səbəblərdən heyz olmayan, heyzdən kəsilən qadınların hamısının bura daxil olduğunu demək daha doğru deyilmi? Əgər azyaşlı qızlar xüsusi olaraq qəsd olunmasalar da ümumi olaraq «heyz olmayanlar» ləfzinə aid edilsələr bunu necə anlayaq?

Cavab: Quranda qızların evlilik yaşı yetkinlik yaşına çatmaqla bağlıdır. Ayə belədir:

«Yetimlər evlilik yaşına çatdıqda onları imtahana çəkin. Əgər onların yetkinliyə çatdıqlarını görsəniz, mallarını özlərinə qaytarın.» (Nisə, 6)

Bu ayə yetkinlik yaşının evlilik yaşının başlanğıcı olduğunu açıq aydın ifadə edir. Yetkinlik üçün isə heyz (menstruasiya) olmaq şərt deyil. Çünki, bəzi qızlar yetkinlik yaşına çatdıqları zaman bəzən heyzləri (menstruasiya) gecikir. Buna baxmayaraq, onlar uşaq deyil, yetkin qızlar kimi görünürlər. Artıq qeyd olundu ki, Quranda qızların evlilik yaşı yetkinlik yaşına çatmaqla bağlıdır. Ona görə də alimlər bu yaşdan öncə qızını qohumla, tanışla «nişanlayanlara, sözlü edənlərə» mütləq şəkildə cinsi münasibətin qadağan olmasını, bunu etməyin Qurana müxalif olduğunu bəyan etmişlər. Lakin, mühüm qeyd budur ki, yetkinlik yaşına çatmaq o demək deyil ki, mütləq bu yaşda evlənmək lazımdır. Bu yetkinlik yaşına çatmaq İslamda sadəcə evlənmək (evlənərək gərdəyə girmək üçün) üçün icazəli olan ən aşağı yaş həddidir. Lakin, bu yaşdan aşağı gərdəyə girmək qətiyyən yolverilməzdir. Yetkinlik yaşdan aşağı "sözlü olmaq", "qız filankəsin sözlüsüdür" kimi adətlə edilən əməlləri qız atasının evində qalmaq şərtilə islam inkar etmir. Ona görə də İslam alimləri bu cür sözlü olan azyaşlı qızların da bu ayənin ümumi mənasına daxil ola biləcəklərini və onların "sözlü olmasını geri qaytarmaq" və ya dilimizdə "nişanını geri qaytarmaq" mənasına gələn anlamda desək icazəli hesab edirlər. Bu boşanmaq sayılmır desələr, deyirik ki, necə ki, bu azyaşlı qızlar da ayənin ümumi mənasına daxil olaraq "heyz olmayan" qadın cinsinə daxildirlər. Eyni zamanda bəzən heyz (menstruasiya) olmadan da bəzi qızlar yetkinlik yaşına çatmış olurlar. Heyz olmaq əlamətlərdən biri olsa da şərt deyil, yetkinliyin başqa əlamətləri də var. Heyz olmasalar da, yetkin yaşına çatana kimi sözlüləri ilə toyları olmadan cinsi yaxınlıq etmələri haram olsa da, sözlüləri və ya nişanlıları onları istəməsələr, onları o qızları üç ay gözlədikdən sonra (boşanaraq) başqa biriylə ataları tərəfindən sözlü edilə bilirlər. Təbii ki, bütün bunlar da nadir hallarda olan hallar ola bilər.

Onda bir məsələ qalır ki, o da zəruri hallarda atanın öz qızını yetkinlik yaşda və bu yaşdan daha çox sonra evlənmək, toy etmək (red: gərdəyə girməyin bu vaxt olacağı) şərti məlum olmaqla "qızımı filankəsə verəcəyəm" deməsiylə və ya "qızımı filankəsə verdim" deməsiylə bu evlilik sayılır, ya yox? Bu başqa mövzudur.

Lakin, bir çox alimlər bunun ən azından atanın «qızımı filankəsə verdim» deməsiylə bunun evlilik hökmünə girdiyini demişlər. Ona görə də əvvəldə qeyd olunan mənada heyz (aybaşı) olmayan qadınların ümumi mənasına bu cür evlilik də daxil olursa, əgər buna rəsmi olmasa da evlilik adı verilirsə, deməli, boşanma da mümkün olur ki, bu da kişinin öz sözlüsü haqda «boşadım» deməsiylə mümkündür.

Xülasə odur ki, ümumiyyətlə heyz olmayan qadınlar və heyzdən birdəfəlik ümidi üzülmüş bütün qadınlar bu ayəyə daxildir. Lakin, bizim bu sözümüz o demək deyil ki, ateistlər bizim sözümüzü öz xeyirlərinə istifadə edə bilərlər. Ona görə ki, heç bir vəchlə Quranda azyaşlı, yetkinlik yaşına çatmamış qızlarla cinsi əlaqəni icazəli görən açıq-aydın bir ayə yoxdur. Quranla (Nisə, 6) yetkinlik yaşına çatmayan heç bir qız gərdəyə girmək, rəsmi toy edilmək haqqına malik deyil. Cinsi əlaqənin ən aşağı həddi yetkinlik yaşı götürülüb ki, bu da evlənəcək şəxsin buna hazır olmasıyla bağlıdır. Cinsi yaxınlıq isə çox vaxt heyzdən sonra olur. Baxmayaraq ki, yetkinlik yaşına çatdıqda evliliyə icazə verilir. Lakin, bu hallara da, qızın evliliyə yaşı çatsa da zəifliyi və s. kimi hallar da nəzərə alınır, bu və digər səbəblərdən evliliyin təxirə salınması halları da mümkündür.

Qaldı ki, ataların nadir hallarda qızlarını yetkinlik yaşından, yəni, heyzdən əvvəl sözlü etməsi, nişanlamasına, bunu da artıq izah etdik ki, qız atasının evində qalmaqla, yetkin yaşına çatmadan, həmin yaşa çatdıqdan sonra toy etmədən qız öz yoldaşına nisbi məxsus olur. İslamda atanın vəli (yaxın qohum kimi evləndirməyə icazədə söz sahibi olması) olması halı məlum olduğu üçün əgər ehtiyac olarsa, atanın qızını yetkinlik yaşına çatmadan sözlü etməsi icazəlidir. Məsələn; ata ölümcül xərçəng xəstəliyinə tutulubsa, qızının yetkin yaşına kimi sağ qalmayacaqsa, bu zaman ata qızının razılığı ilə münasib gördüyü saleh bir insanla öz qızını nişanlaya bilər ki, o insan qızla toyun gerçəkləşməsi üçün yetkinlik yaşına kimi və ya daha çox gözləsin. Ümid edirik ki, bu məsələ də aydın oldu.

Topladı və tərtib etdi: Sahib Əsədov.