Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Zarafatın ədəbləri
İlk olaraq özümə və sizə Allahdan qorxmağı tövsiyyə edirəm!
Möhtərəm müsəlmanlar! Zarafat etmək insanın fitrətindən gələn bir haldır. Zarafat etmək insanda xoş əhval-ruhiyyə yaradır. Bütün bəşəriyyətə nümunə olan Muhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) özü də zarafat edərmiş.
فعن أَبِي هُرَيْرَةَ - رضي الله عنه - قَالَ: قَالُوا: يَا رَسُولَ اللهِ، إِنَّكَ تُدَاعِبُنَا. قَالَ: إِنِّي لاَ أَقُولُ إِلاَّ حَقًّا
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, (səhabələr) dedi: “Ey Allahın elçisi! Sən bizimlə zarafat edirsən?” O dedi: “Mən yalnız haqqı deyirəm!” (Tirmizi)
عن الحسن البصري رحمه الله {أن امرأة عجوزاً أتت إلى النبي فقالت: يا رسول الله، ادع الله أن يدخلني الجنة، فقال لها النبي : أما علمت يا أم فلان أن الجنة لا يدخلها عجوز، فولت وهي تبكي وتولول، فقال النبي انطلقوا إليها فأخبروها أنها تعود بنتاً بكراً، كما قال الله عز وجل: إِنَّا أَنْشَأْنَاهُنَّ إِنْشَاءً * فَجَعَلْنَاهُنَّ أَبْكَاراً * عُرُباً أَتْرَاباً * لِأَصْحَابِ الْيَمِينِ الواقعة:
Həsən əl-Basri (Allah ona rəhmət eləsin) rəvayət edir ki, bir dəfə bir qoca qarı Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yanına gəlib dedi: “Ey Allahın Elçisi Allaha dua et ki, məni Cənnətə salsın”. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Cənnətə qoca girməyəcək”. Qoca qarı məyus halda ağlaya-ağlaya getdi. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) yanındakılara dedi: “Gedin o qoca qarıya deyin ki, mən demək istəyirdim ki, o qoca halında Cənnətə girməyəcək”. Həqiqətən Uca Allah buyurur: “Biz Cənnətdəki qadınları yeni biçimdə yaradacağıq. Onları bakirə qızlar edəcəyik – ərlərini sevən, həmyaşıdlar”. (Vaqiə, 35-37) (Tirmizi)
Bəkr ibn Abdullah (Allah ondan razı olsun) deyir: "Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələri bir - birlərinə qarpız atardılar. Lakin həqiqi işlər görməyə gəldikdə onlar əsl kişilər idi”. (Buxari)
Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) də zarafat etməsi, onun icazəli olmasına dəlalət edir. Zarafat İslam dininin qoyduğu sərhədləri aşarsa haram və zülmü özündə cəm edər. Ona görə müsəlman xüsusən də zarafat etməzdən əvvəl düşünməli, dinimizin bizə bildirdiyi hədləri aşmamalıdır. Odur ki, zarafat edən hər kəs bu hədləri bilməlidir ki sonra etdiyi zarafata görə cəza ödəməsin. Bu hədləri qısa olaraq sizlərə bildiririk.
Birinci: Zarafat etdikdə dini təhqir edən, günah sözlər işlətməmək. Zarafat etməklə İslam dininə zidd olan və ya dini atributlardan hər hansı birini lağa qoyan ifadələr işlətmək sahibini həlaka aparan əməldir. Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) zamanında bir qrup insan belə sözlər işlətmiş, lakin Uca Allah zarafat etmələrinə baxmayaraq, onların küfr etməsini təsdiq edən ayələr nazil etmişdir. Allah Təala buyurur:
وَلَئِنْ سَأَلْتَهُمْ لَيَقُولُنَّ إِنَّمَا كُنَّا نَخُوضُ وَنَلْعَبُ ۚ قُلْ أَبِاللَّهِ وَآيَاتِهِ وَرَسُولِهِ كُنْتُمْ تَسْتَهْزِئُونَ لَا تَعْتَذِرُوا قَدْ كَفَرْتُمْ بَعْدَ إِيمَانِكُمْ ۚ إِنْ نَعْفُ عَنْ طَائِفَةٍ مِنْكُمْ نُعَذِّبْ طَائِفَةً بِأَنَّهُمْ كَانُوا مُجْرِمِينَ
Ya Rəsulum! Onlardan soruşsan: “Biz ancaq söhbət edib zarafatlaşırdıq (əylənirdik)” - deyə cavab verərlər. De: “Allaha, Onun ayələrinə və Peyğəmbərinəmi istehza edirsiniz?! (Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz”. (Tövbə, 65-66)
İkinci: Zarafat etdikdə yalan danışmamaq. Az öncə qeyd etdiyimiz kimi Peyğəmbər də (Allahın ona salavat və salamı olsun) zarafat etmişdir. Ancaq onun zarafatlarında yalan olmamışdır. Zarafatda yalan danışanlar demək olar ki, bunu insanlar gülsün deyə edirlər. Bu cür zarafat edənlərə cəzanın olmasını Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) bizə bildirmişdir.
وَيْلٌ لِلَّذِي يُحَدِّثُ فَيَكْذِبُ؛ لِيُضْحِكَ بِهِ الْقَوْمَ، وَيْلٌ لَهُ، وَيْلٌ لَهُ
“Vay o kəsin halına ki, insanları güldürmək üçün yalan danışar. Vay onun halına! Vay onun halına”. (Əbu Davud, Tirmizi)
Üçüncüsü: Zarafat həddi çox olmamlıdır. Zarafatın dərəcəsi duzun yeməkdə olan miqdarı qədər olmalıdır. Yəni zarafat etdikdə həddi aşmamaq lazımdır. Yumor qabiliyyəti çox inkişaf etmiş kəslə zarafat etdikdə bəzən daha çox həddi aşırlar ki, bu da müsəlmanın ciddilik kimi gözəl keyfiyyətinə xələl gətirir. Qeyd etmək lazımdır ki, zarafat bütün hədləri aşaraq, davamlı gülüşə səbəb olarsa, qəlbi Allahı zikr etməkdən uzaqlaşdırarsa, o zaman şəriətə görə haram sayılar.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu:
وإياك وكثرة الضحك ، فإن كثرة الضحك فساد القلب
“Çox gülməyin! Həqiqətən, çox gülmək qəlbi öldürür”. (Buxari, “Ədəb”)
Həmçinin çox zarafat etmək sahibini insanlar arasında hörmətdən salır. Bu barədə Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) demişdir: “Çox gülənə, insanlar az hörmət edir. Çox zarafat edəni, insanlar saymırlar. Hər kəs ən çox etdiyi əməllə tanınır”.
Sad ibn Əbu Vaqqas (Allah ondan razı olsun) demişdir: “Zarafata hədd qoy, əks halda, zarafat edən kəs ona qarşı çıxan səfehin əlinə silah vermiş olur”.
Dördüncü: Zarafat etdikdə lağa qoymaq, qeybət etmək, kimi digər buna oxşar ifadələr işlətmək olmaz. Allah Təala istər zarafatda istərsə də adi halda lağa qoymağı qadağan etmişdir.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا يَسْخَرْ قَوْمٌ مِنْ قَوْمٍ عَسَىٰ أَنْ يَكُونُوا خَيْرًا مِنْهُمْ وَلَا نِسَاءٌ مِنْ نِسَاءٍ عَسَىٰ أَنْ يَكُنَّ خَيْرًا مِنْهُنَّ ۖ وَلَا تَلْمِزُوا أَنْفُسَكُمْ وَلَا تَنَابَزُوا بِالْأَلْقَابِ ۖ بِئْسَ الِاسْمُ الْفُسُوقُ بَعْدَ الْإِيمَانِ ۚ وَمَنْ لَمْ يَتُبْ فَأُولَٰئِكَ هُمُ الظَّالِمُونَ
"Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları (lağa qoymasınlar). Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fəsadçı adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır". (Hucurat, 11)
Lağa qoymaq insanların qəlblərini qıran əməllərdəndir. Hər zaman insanların şəxsiyyətini uca tutan dinimiz qəlb qırmağı da qadağan etmişdir. Peyğəmbərin (Allahın ona salavat və salamı olsun)
الْمُسْلِمُ أَخُو الْمُسْلِمِ لا يَظْلِمُهُ ، وَلا يَخْذُلُهُ ، أَلا إِنَّ التَّقْوَى هَهُنَا ، أَلا إِنَّ التَّقْوَى هَهُنَا
"Müsəlman müsəlmanın qardaşıdır, ona zülm etməz, onun xətrinə dəyməz, alçaltmaz. "Təqva bax burdadır" (o dedi və əlini 3 dəfə sinəsinə tərəf apardı)", deməsi bunun sübutudur. (Tirmizi, Əhməd)
Bəli Peyğəmbər də (Allahın ona salavat və salamı olsun) zarafat edərdi, lakin heç kəsin qəlbini qırmadan və xətrinə dəymədən.
Beşincisi: Zarafat etdikdə insanları qorxutmamaq. İnsanın zərrə qədər də ziyan çəkməsininəleyhinə olan İslam dini hətta zarafat edərkən belə bir kəsi qorxutmağı qadağan etmişdir. Abdurrahman ibn Əbu Leylə (Allah ona rəhmət eləsin) rəvayət edir ki, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələri bizə danışırdılar ki, bir dəfə Peyğəmbərlə (Allahın ona salavat və salamı olsun) birlikdə səfərdə olarkən bir kişi əlində ip tutmuş halda yatmışdı. Başqa birisi onun əlindəki ipi dartdı və kişi qorxaraq yuxudan ayıldı. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bunu gördükdə dedi:
لا يحل لمسلم أن يروع مسلما
“Bir müsəlmanın başqa bir müsəlmanı qorxutması halal deyil.” (Əbu Davud)
Bu əməl haram olmaqla yanaşı həmçinin də təhükəlidir.
Altıncısı. Zarafat etdikdə insanları məqamlarından yuxarıya qaldırmamaq və ya alşaltmamaq. Hər kəslə zarafat etməmək, zarafat etdikdə belə müvafiq zaman və məkan seçmək. Zarafat edən kəs qarşısındakı insana fərdi yanaşmalı, yaşlı və ya cavan, elmli və ya cahil, qohum və ya yad olmasını nəzərə almalıdır. Birsözlə İslam dinini və əxlaqını təmsil edən bir kəs hər bir əməlində olduğu kimi zarafatında da ehtiyatlı olmalıdır. Bu barədə gözəl əxlaqa malik xəlifə olan Ömər ibn Əbdul Əziz (Allah ondan razı olsun) belə demişdir: “Zarafatda ehtiyatlı olun. Çünki o gizli kin-küdurət oyadır”.
Həmçinin zarafat edərkən müvafiq məqam seçilməldir. Yalnız bu halda edilən zarafatla qarşıdakı kəsin həyatına xırda da olsa sevinc qatmaq, problemlərini nisbətən yüngülləşdirmək mümkün olar. Yersiz və məqamsız edilən zarafat isə qarşıdakı kəsin qəlbinin qırılmasına, sahibinə qarşı hörmətin və sevginin azalmasına səbəb olar.
Yeddincisi. Zarafat etmək məqsədilə bir kəsin əşyasını gizlətməmək. Bəzən zarafat edərkən seçilən yanlış üsullardan biri də başqalarını qorxutmaq məqsədi ilə əşyalarını götürmək və ya gizlətməkdir. İnsanların hiss və duyğularını önə çəkən İslam şəriəti zarafat edərkən qorxutmağı qadağan etdiyi kimi bu əməli də qadağan etmişdir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi:
لا يأخذ أحدكم متاع صاحبه لاعبا ولا جادا فإذا أخذ أحدكم عصا صاحبه فليردها إليه"
“Sizdən biriniz öz dostunun əşyasını zarafatla, yaxud ciddi olaraq götürməsin. Əgər biriniz dostunun əl ağacını götürmüşsə, qoy onu dostuna qaytarsın”. (Buxari, “Ədəb”)
بارك الله لي ولكم في القرآن العظيم، ونفعني وإياكم بما فيه الآيات والذكر الحكيم، أقول قولي هذا وأستغفر الله لي ولكم ولجميع المسلمين من كل ذنب فاستغفروه إنه هو الغفور الرحيم.
الخطبة الثانية:
الحمد لله على إحسانه، والشكر له على توفيقه وامتنانه، وأشهد ألا إله إلا الله وحده لا شريك له تعظيمًا لشانه، وأشهد أن نبينا محمدا عبده ورسوله، صلى الله عليه وعلى آله وأصحابه تسليما مزيدا.
Möhtərəm müsəlmanlar! Zarafat etmək mübah olsa da hər an insanı harama salmaq təhlükəsi var deyə, ehtiyatlı olmaq lazımdır. Bir az öncə qeyd etdiyimiz kimi çoxlu zarafat etmək, gülmək qəlbi öldürür. Qəlbin ölməsi isə müsəlmanı uçuruma aparır.
Həmçinin çoxlu zarafat etmək insanı qafilliyə aparır. Qafil olmaq isə sahibini Cəhənnəmə sürükləyir. Allah Təala buyurur:
فَذَرْهُمْ يَخُوضُوا وَيَلْعَبُوا حَتَّىٰ يُلَاقُوا يَوْمَهُمُ الَّذِي يُوعَدُونَ
“Onları burax, qoy vəd olunduqları günə qovuşanadək (batil işlərə) dalsınlar və (bir müddət) əylənsinlər.” (Zuxruf, 83)
Möhtərəm müsəlmanlar! Zarafat etmək şərtlərə əməl edilərsə hətta sünnə belə ola bilir. Çünki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) özü dinin qoyduğu sərhədləri aşmamaq şərti ilə zarafat edər, böyük və kiçiklərin könlünü açardı.
Zarafat etməyin faydaları da vardır. Bunlardan ən önəmlisi müsəlmanların üzündə təbəssüm yaratmağa səbəb olmaqdır. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur:
وَتَبَسُّمُكَ فِي وَجْهِ أَخِيكَ صَدَقَةٌ
“Qardaşının üzünə təbəssüm etmək sədəqədir”. (Tirmizi)
Həmçinin qarşıdakı insanın qəlbini almaqdır. İnsan şərtlər daxilində zarafat edərsə hər kəs onun sadə, təkəbbürlükdən uzaq biri olduğunu görər, bu da islam dininə çağırış üçün bir fürsət olar.
Həmçinin üzüntünü aparılmasına, insanın könlünün açılmasına səbəb olmaqdır. Necəki bir gün Peyğəmbər (Allahın ona salavat və salamı olsun) kədərli olduğu zaman Ömər (Allah ondan razı olsun) gəlib zarafat edir və o da qarşılığını təbəssümlə qaytarır. (Buxari və Muslim)
Sonda bilin ki Allah Təala bizlərə peyğəmbərinə salavat və salam deməmizi əmr edərək buyurur:
إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا
“Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla salamlayın.” (Əhzab 56)
Hazırladı: Mədinə Beynəlxalq İslam Universitetinin məzunu, Elman Qasımov
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı,
onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!
SON ƏLAVƏLƏR