Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Siğə edilən qadının ərli yaxud iddətli olub-olmadığını soruşmaq vacib deyil

1. Əbən ibn Təğlib deyir ki, Əbu Abdullaha (a) dedim: "Mən bəzi yollarda olarkən gözəl bir qadın görürəm. Lakin bilmirəm ki, ərlidir yaxud da pozğunlardandır". O dedi: "Bu sənə aid (vacib) deyildir. Sənə aid olanı o qadının dediklərini təsdiqləməkdir".
Mənbə: əl-Kuleyni, "əl-Kəfi" 5/462, əl-Mufid, “əl-Muta” səh. 14, əl-Kəşəni, “əl-Vafi” 21/355, əl-Brucerdi, “Cəmiu Əhədisiş-Şia” 20/157.

2. "Fadl Əbu Abdullahdan (a) rəvayət edərək deyir ki, ona dedim: Mən bir qadınla siğə etdim. Lakin ürəyimə gəldi ki, onun əri var. Araşdırdım və gördüm ki, həqiqətən də onun əri var. (İmam) dedi: Niyə araşdırdın ki?!"
Mənbə: ət-Tusi, "Təhzibul-Əhkəm" 7/253, əl-Hurr əl-Amili, "Vasəiluş-Şia" 21/31.

3. "Əbu Abdullahdan (a) rəvayət olunur ki, ona deyildi: Filankəs bir qadınla siğə etdi. Lakin ona deyildi ki, onun əri var. O da (bu barədə) qadından soruşdu. Əbu Abdullah (a) dedi: Niyə o qadından soruşdu ki?!"
Mənbə: ət-Tusi, "Təhzibul-Əhkəm" 7/253, əl-Hurr əl-Amili, "Vasəiluş-Şia" 21/31.

4. Yunusdan rəvayət olunur ki, (İmam) Rzaya (a) dedim: "Bir qadın siğə etdikdən sonra şərti bitərsə və iddəti qurtarmamışdan qabaq digər bir kişi ilə siğə etməyi barədə soruşdum". Dedi: "Sənə aidiyyatı yoxdur. Onun günahı o qadının boynunadır".
Mənbə: əl-Hurr əl-Amili, "Vasəiluş-Şia" 21/31, əs-Saduq, “əl-Fəqih” 3/463, əl-Kəşəni, “əl-Vafi” 22/687.

5. "Siğə edilən qadının iffətli möminə olması, onunla siğə etməmişdən qabaq halını soruşaraq ərli və iddətli olub olmamasını soruşmaq müstəhəbdir. Siğə etdikdən sonra isə soruşmaq məkruhdur. Siğə edilən qadının halını soruşaraq araşdırma aparmaq ümumiyyətlə siğənin doğruluğu üçün şərt deyildir."
Mənbə: Seyyid əl-Xomeyni, "Təhrirul-Vasilə" 2/292, Seyyid əs-Sistani, "Minhəcus-Salihin" 3/82, Seyyid əl-Qulpayqani, "Hidəyətul-İbəd" 2/353.

6. Bəzi gənclər bəzi ölkələrə səfər etdikləri zaman özlərini siğəyə ərz edən qadınlarla rastlaşırlar. O gənclərə həmin qadınların rəhmlərinin təmizliyini dəqiqləşdirmədən onlarla siğə etmələri icazəlidirmi? Əgər qadın özünü (siğəyə) ərz etmədən bir gənc o qadınla tanış olaraq siğə etmək istəyərsə və o qadın da razı olarsa həmin qadından (siğə istəyən) gəncdən əvvəl digəri ilə cinsi əlaqədə olub-olmadığını soruşmadan o qadınla müvəqqəti əqd (siğə) etmək icazəlidirmi..?
Xoyi cavab verərək deyir: “ Sualda deyildiyi kimi araşdırmaq və soruşmaq lazım deyildir”.
Mənbə: əl-Xoyi, "Siratun-Nəcət" 1/316. Sual 853:

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.