Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Şiə rəvayətlərinə əsasən evlənənlərə imamdan “tövsiyə”

İmam Rza demişdir: “Evləndiyin zaman arxası böyük qadınla evlən”.
Mənbə: əl-Kuleyni, “əl-Kəfi” 5/335, əl-Amili, “Vasəiluş-Şia” 20/57, əl-Kəşəni, “əl-Vafi” 21/52.

İmam Cəfər imam Əlinin belə dediyini rəvayət edir: “Qarabuğdayı, iri qara göz, arxası böyük və orta boy qadınla evlənin. Əgər xoşun gəlməzsə mehri mənim boynuma”.
Mənbə: əl-Kuleyni, “əl-Kəfi” 5/335, əs-Saduq, “əl-Fəqih” 3/388, ət-Tusi, “Təhzibul-Əhkəm” əl-Hilli, “Təzkiratul-Fuqahə” 7/403, 2/569.

Əbul-Həsən (a) demişdir: “Kişinin xoşbəxtliyindəndir ki, ağ qadının paltarını soyundura”
Mənbə: əl-Kuleyni, “əl-Kəfi” 5/335, əl-Amili, “Vasəiluş-Şia” 20/58, əl-Kəşəni, “əl-Vafi” 21/54.

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.