Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Şiə Hədislərində Uca ALLAHIN ƏL sifətinin isbatı

Uca Allah buyurur: “Onlar Allahı lazımınca qiymətləndirmədilər (uca tutmadılar). Halbuki qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. O, Ona qoşduqları şəriklərdən pak və ucadır”. (əz-Zumər 39/670).

الكافي - الشيخ الكليني - ج 2 - ص 126
7 - عن أبي جعفر ( عليه السلام ) قال : قال رسول الله ( صلى الله عليه وآله ) : المتحابون في الله يوم القيامة على أرض زبرجدة خضراء ، في ظل عرشه عن يمينه - وكلتا يديه يمين - وجوههم أشد بياضا وأضوء من الشمس الطالعة ، يغبطهم بمنزلتهم كل ملك مقرب وكل نبي مرسل ، يقول الناس : من هؤلاء ؟ فيقال : هؤلاء المتحابون في الله .
Əbu Cəfər (imam Baqir) deyir ki, Peyğəmbər (s.a.s) demişdir:“Allah rizası üçün bir-birini sevənlər Qiyamət günü yaşıl daş-qaşdan olan yerdə, Allahın sağ əli tərəfində və ərşinin kölgəsində - Onun hər iki əli də sağdır – üzləri olduqca ağ və doğan günəşdən daha da nurlu olacaqlar. Onların dərəcəsinə görə hər bir Allaha ən yaxın olan mələk və hər bir göndərilmiş Peyğəmbər qibtə edəcəklər. İnsanlar deyəcəklər: Bunlar kimlərdir? Deyiləcəkdir: Bunlar Allah rizası üçün bir –birini sevənlərdir” (əl-Kuleyni, “əl-Kəfi” 2/126, əl-Amili, “Vasəiluş-Şia” 16/167, Əli ət-Təbərsi, “Mişkətul-Ənvar” səh. 218, əl-Kəşəni, “əl-Vafi” 4/482).

تفسير القمي - علي بن إبراهيم القمي - ج 1 - ص 36 - 38
فحدثني أبي عن الحسن بن محبوب ... عن أبي جعفر محمد بن علي بن الحسين عن أبيه عن آبائه عليهم السلام عن أمير المؤمنين عليه السلام قال إن الله تبارك وتعالى أراد ان يخلق خلقا بيده... قال عز وجل ( اني اعلم ما لا تعلمون ) اني أريد ان أخلق خلقا بيدي... فاغترف ربنا عز وجل غرفة بيمينه من الماء العذب الفرات وكلتا يديه يمين فصلصلها في كفه حتى جمدت فقال لها منك أخلق النبيين والمرسلين ... ثم اغترف غرفة أخرى من الماء المالح الأجاج فصلصلها في كفه فجمدت ثم قال لها منك أخلق الجبارين والفراعنة والعتاة واخوان الشياطين...
Əli bin İbrahim əl-Qummi (ö.h. 329) deyir ki, atam mənə... Möminlərin əmirindən (a) belə dediyini rəvayət etmişdir:“Allah-Təala əli ilə məxluq yaratmaq istədi...Allah-Təala (mələklərə) dedi:” Mən sizin bilmədiklərinizi bilirəm” Mən əlimlə məxluq yaratmaq istəyirəm... Uca Rəbbimiz sağ əli ilə - onun hər iki əli də sağdır - şirin və dadlı sudan götürdü və quruyana qədər ovucunun içində saxlayaraq suya dedi: “Peyğəmbərləri və Rəsulları... səndən yaradacam...” Yenə də əli ilə acı və duzlu sudan götürərək quruyana qədər ovucunun içində saxladı və suya dedi: “Zalımları, fironları, təkəbbürliləri və şeytanların qardaşlarını səndən yaradacam...”
Mənbə: əl-Qummi, “Təfsirul-Qummi” 1/36-38, əl-Ayyəşi, “Təfsirul-Ayyəşi” 1/27, 2/240, əl-Kəşəni, “ət-Təfsirus-Safi” 1/108, əl-Məclisi (əl-Əvval), “Rovdatul-Muttəqin” 13/27, əl-Bəhrani, “əl-Burhən” 1/172, 3/340, əl-Xoyi, “Minhəcul-Bəraa” 2/52.


تفسير العياشي - محمد بن مسعود العياشي - ج 1 - ص 216
7 - عن عمرو بن أبي المقدام عن أبيه قال : سألت أبا جعفر عليه السلام ...فقلت : جعلت فداك يا بن رسول الله صلى الله عليه وآله : من أي شئ خلقها ؟ فقال أخبرني أبي عن آبائه قال : قال رسول الله صلى الله عليه وآله : ان الله تبارك وتعالى قبض قبضة من طين فخلطها بيمينه - وكلتا يديه يمين - فخلق منها آدم ...
Amr atasının belə dediyini rəvayət edir: Əbu Cəfər (a) demişdir: “...Atam atalarından Rəsulullahın (s.a.s) belə dediyini xəbər vermişdir: Allah-Təala ovucuna bir ovuc palçıq götürərək sağ əli ilə - hər iki əli də sağdır- qarışdırdı və ondan Adəmi yaratdı...”
Mənbə: əl-Ayyəşi, “Təfsirul-Ayyəşi” 1/216, əl-Kəşəni, “ət-Təfsirul-Asfə”1/191, Yusif əl-Bəhrani, “əl-Hədəiqun-Nadira” 23/6, Hişəm əl-Bəhrani, “əl-Burhən” 2/11, ər-Reyşəhri, “Mizənul-Hikmə” 4/3027, ət-Tabətabəi, “əl-Mizən” 4/146.

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.