Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Şiə Məzhəbində SİĞƏNİN ƏN AZ MÜDDƏTİ

• Zurara deyir ki, İmam Rzaya (a) dedim: "Kişi qadın ilə bir yaxud iki saatlıq siğə edə bilərmi? İmam dedi: "Bir və iki saatın ölçüsü üzərində dayanılmaz. Lakin bir dəfə, iki dəfə, bir gün, iki gün, bir gecə və ona oxşar qədər (siğə edə bilər)".
Mənbə: əl-Kuleyni, "əl-Kəfi" 5/459, ət-Tusi, "əl-İstibsar" 1/151,“Təhzibul-Əhkəm” 7/266, əl-Amili, “Vasəiluş-Şia” 21/58, əl-Kəşəni, “əl-Vafi” 22/663.
Şeyx Tusi yuxarıdakı hədisi nəql etdikdən sonra demişdir:
“Bu hədisin məzmunundakı bir dəfə rüxsət (icazəli) mənasında varid olmuşdur. Daha ehtiyatlısı odur ki, yuxarıda qeyd etdiyimiz kimi seçdiyinə uyğun olaraq (siğə) bir gün yaxud bir gecə olsun. Artıq rəvayət olunmuşdur ki, əgər bir yaxud iki dəfə (əlaqədə) olmağı şərt qoyarsa qurtaran kimi üzünü o qadından çevirsin” (ət-Tusi, “Təhzibul-Əhkəm” 7/266).
Həmçinin digər bir kitabında demişdir:
“Daha üstünü odur ki, iki hədisdə gələn bir dəfə və iki dəfənin mənası belədir ki, o (bir-iki dəfə cinsi əlaqə) əgər müəyyən bir günə yaxud məyyən bir günlərə əlavə olunarsa icazəlidir. Lakin bir dəfə məchul (qeyri müəyyən) halda deyilər, heç bir müyyən günə əlavə edilməzsə o əqd (düyün) daimi əqd olar və yalnız boşanma ilə açılar (pozular)” (ət-Tusi, “əl-İstibsar” 3/152).

• Xaləf ibn Həmməd deyir ki, Əbul-Həsənin (a) (İmam Rzanın) yanına bir adam göndərdim ki, soruşsun görək "siğənin ən az müddəti nə qədərdir? Kişi bir dəfə şərti ilə siğə edə bilərmi?" İmam dedi: "Bəli".
Mənbə: əl-Kuleyni, "əl-Kəfi" 5/460, əl-Amili, “Vasəiluş-Şia” 21/59, əl-Kəşəni, “əl-Vafi” 22/664.

• Qasim ibn Muhəmməd bir kişidən rəvayət edir ki, o, dedi: "Əbu Abdullahdan (a) kişinin qadınla bir dəfə siğə etməsi barədə soruşdum. O, belə dedi: "Eybi yoxdur. Lakin qurtaran kimi üzünü çevirsin və baxmasın".
Mənbə: əl-Kuleyni, "əl-Kəfi" 5/460, ət-Tusi, "əl-İstibsar" 3/151, “Təhzibul-Əhkəm” 7/267,əl-Amili, “Vasəiluş-Şia” 21/59.
Qeyd: “Qurtaran kimi üzünü çevirsin və baxmasın” hədisində məqsəd odur ki, yəni siğənin müddəti boşalma ilə bitdiyi üçün artıq yataqda olan kişi və qadının bir-birinə toxunması və baxması haram olduğuna görə boşalma baş verən kimi tez üzünü çevirməlidir. Çox qəribədir ki, bir yataqda olan kişi və qadının üzlərini çevirmələri ilə haramlıq aradan qalxmış sayılarmı?!
• Şeyx Cəvahiri (ö.h.1266) siğənin ən az müddəti barədə danışarkən demişdir:
“Əgər (siğə edərkən) günün bir hissəsi üzərində kifayətlənərsə icazəlidir. Bir şərtlə ki, məlum olan sonluqla yanaşı desin. Günortanın və günəşin batmasına (qədər) kimi” (əl-Cəvahiri, “Cəvahirul-Kələm” 30/177).

Bəhcəti ağa demişdir:
"Daimi olmayan əqd (siğə) odur ki, o əqddə müddət təyin olunur. Bir saat, bir gün, bir il və ondan çox yaxud az" (Muhəmməd Təqi Bəhcəti, "Tovdihul-Məsəil" səh. 445).

Şeyx Sistaninin fətvalarında deyilir:
Sual 284: Əgər mehr məsələn; rəsm yaxud da yazı öyrətməkdirsə və müddət yalnız iki saatdırsa siğənin sözləri necə olur...?
Cavab: Müddəti, mehri və açıq-aydın məchulluğu aradan qaldıracaq qədər öyrətmənin miqdarını bəyan etdikdən sonra səninlə məlum müddətə qədər və məlum mehrlə evlənirəm deməsi kifayətdir. O qadın da deyir ki, qəbul etdim... (əs-Sistəni, “İstiftəət” səh. 78).
Həmçinin demişdir:
Məsələ 244: Şəriətdə (siğənin) müddətinin qədəri yoxdur. Əksinə müddət onların hər ikisinin ixtiyarındadır. İstər müddət uzun istərsə də qısa olsun onların hər ikisi istədikləri razılığa gələ bilərlər... (əs-Sistəni, “Minhəcus-Salihin” 3/77).

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.