Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Qurbanla bağlı 11 sual-cavab
1) Sual: Qurban kəsmək istəyən şəxsin saçından, dırnağından və dərisindən bir şey götürməyin qadağan olmasında hikmət nədir?
Cavab:
1. Allahın qulları üzərində olan nemətlərindən biri də odur ki, başqa şəhər və kəndlərdə olan müsəlmanların həccə getmək imkanı olmayıbsa və həcilərin saçı və dırnağı kəsməməklə Allaha yaxınlaşmaq ibadəti ona müyəssər olmayıbsa, şəriətimiz onlara bəzi şeylərdə həcilərlə ortaq olmağı buyurub, onlardan biri də Allaha yaxınlaşmaq üçün dırnaq və saç zinətini kəsməyi tərk eləsinlər.
2. Qurban kəsən şəxs, necə ki, qurban kəsib Allaha yaxınlaşmaq ibadəti ilə həcilərlə ortaq əməl işləyir, eləcə də ehramda qadağan olan saçdan və dırnaqdan götürməmək kimi bəzi yasaqları da qorumaqla həcilərə əməllərində ortaq olur.
(Fətava İbn Useymin, 25/139)
2) Sual: Qurbanın keçərli olması üçün hansı şərtlər vardır?
Cavab:
1- Qurbanlıq davar heyvanlardan olmalıdır. Onlar da: Dəvə, inək, qoyun və keçidir.
2- Kəsilən heyvan şəriətin təyin etdiyi yaşa çatmalıdır: Bu da qoyunda 6 ay, keçidə 1 il, inəkdə 2 il, dəvədə 5 ildir.
3- Qurbanlığa mane olan eyiblərdən salamat olması: Həmin eyiblər də:
- Bir gözünün korluğu açıq bilinən
-Xəstəliyi açıq bilinən
-Axsaqlığı açıq bilinən
-Həddən artıq arıq olan
(Fətava İbn Useymin, 25/12).
3) Sual: Qurbanın vaxtı nə vaxt başlayıb və nə vaxt bitir?
Cavab: Bayram namazından sonra başlayır və zilhiccənin 13 ü məğrib əzanında bitir. Beləliklə qurban bayramı 4 gün olur: Bayram namazı qılınan gün və 3 gün də ondan sonrakı günlər.
(Fətava İbn Useymin 25/12)
4) Sual: Əgər bir nəfər qurban kəsmək üçün heyvan alarsa və onu bəsləyərsə, sonra həmin heyvan xəstələnəndə, yaxud ayağı sınarsa, həmin heyvanı qurban kəsmək olarmı?
Cavab: Kim heyvanı təyin edib desə ki, bu heyvanı qurban kəsəcəm-artıq o heyvan qurbanlıq sayılır. Bundan sonra :
1- Əgər heyvanın xəstələnməsi və ya ayağının sınması sənin səhlənkarlığın üzündən baş verərsə, o zaman həmin heyvandan qurbanlıq olmaz. Sənə vacibdir ki, həmin heyvanın mislində, yaxud ondan daha yaxşısını alıb kəsəsən.
2- Əgər xəstəlik və ya ayağının sınmağı sənin səhlənkarlığın üzündən baş verməyibsə, onda həmin heyvanı qurban kəsə bilərsən.
(Fətava İbn Useymin: 25/99).
5) Sual: İmkanı olan bir kəs özü evli olduğu halda atası ilə yaşayarsa, bu zaman atasının kəsdiyi qurban kifayət edirmi?
Cavab:
1- Sünnə odur ki, hər kəs özünün və ailəsində olan böyük və kiçik hər kəsin adına bir qurban kəssin.
2- Lakin, həmin adam atasından ayrı yaşayarsa, atası bir evdə, o başqa evdə yaşayarsa, onda özü ayrıca qurban kəsməlidir.
(Fətava İbn Useymin 25/38)
6) Sual: Vəfat etmiş şəxsin adına qurban kəsmək olarmı?
Cavab:
1- Əsl odur ki, qurban dirilər üçün kəsilir, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) qohumları vəfat etmişdir, lakin onlar üçün ayrıca qurban kısməmişdir.
2- Əgər vəfat edən şəxs vəsiyyət edərsə ki, onun əvəzinə qurban kəsilsin- bu zaman onun vəsiyyəti yerinə yetirilərək qurban kəsilir
3- İnsan özü və ailəsi adına qurban kəsərsə və niyyətində ailəsinin içində sağ olanları da, vəfat edənləri də daxil edərsə, bu şəkildə etməkdə bir problem yoxdur.
4- Əgər vəfat etmiş şəxs adına ayrıca öz yanından qurban kəsərsə, bu əməl sünnət deyil.
Düzdür həmin insanı qınamırıq, lakin, eyni zamanda onu sünnəyə yönəldirik ki, sünnədə gələni etməyi daha yaxşıdır. Sünnədə gələn isə həmin adam üçün dua etməkdir.
(Fətava İbn Useymin,25/122).
7) Sual: Qadın öz qurbanını özü kəsə bilərmi?
Cavab: "Bəli qadın qurbanı özü kəsə bilər. Çünki, əsl odur ki, qadınlar və kişilər ibadətlərdə eyni hökmdədirlər"
(Fətava İbn Useymin, 25/81).
8) Sual: Qurban kəsəndə nə deyilir?
Cavab: Qurban kəsərkən belə deyilir:
"Bismilləh, Allahu Əkbər, Allahummə həzə minkə və lək. Allahummə həzə anni və an əhli beyti. (Tərcüməsi: Allahın adı ilə. Allah hər şeydən böyükdür. Allahım, bu Səndəndir və Sənədir. Allahım bu mənim və ailəmin adınadır.)
(Fətava İbn Useymin, 25/55).
9) Sual: Qurbanın kəsilmə forması necədir və bismilləh nə zaman deyilir?
Cavab: Qurban sol tərəfinə yerə uzadılır və kəsilən vaxt bismilləh deyilir.
(Fətava İbn Useymin, 25/56).
10) Sual: Qurban kəsərkən bismilləh deməyi unadarsa nə etməlidir?
Cavab: Əgər unudaraq bismilləh deməyibsə, günah qazanmır. Lakin ət haram və mundar sayılır, onu yemək olmaz.
(Fətava İbn Useymin, 25/56).
11) Sual: Qurban əti necə paylanılır?
Cavab:
1- Qurban kəsən bir hissəsini özünə yemək üçün saxlayır
2- Bir hissəsini kasıblara paylayır
3- Bir hissəsini də imkanlıların qəlbini islama isinitmək üçün onlara hədiyyə edir.
(Fətava İbn Useymin, 25/14)
Müəllif: Emin Hacıyev
SON ƏLAVƏLƏR