Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Təvəssül barədə mühüm şübhənin cavabı: “Kor kişinin Peyğəmbər ilə təvəssülü” hədisi.

“Kor kişinin təvəssülü”: «Bir kor kişi Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib deyir: «Allaha dua et ki, mənə şəfa versin». Allah rəsulu deyir: «İstəsən, sənin üçün dua edərəm, istəsən, onu kecikdirərəm. Bu daha yaxşıdır». (Rəvayətdə deyilir: Istəyirsən, səbr elə; bu daha yaxşıdır). Kişi deyir ki, dua elə. Allah rəsulu ona dəstəmaz almağı, həm də dəstəmazı düzgün almağı, iki rükət namaz qılmağı və bu duanı oxumağı əmr edir: “İlahi, mən Sənə yalvarıram, mərhəmət Peyğəmbəri olan Məhəmmədin vasitəsilə Sənə üz tuturam. Ey Məhəmməd, mən bu ehtiyacıma görə sənin vasitənlə Rəbbimə üz tutdum. İstəyimi yerinə yetir! İlahi, onu mənim vasitəçim et!” Kişi bunları etdi və sağaldı». («Müsnəd» - 4/138; ət-Tirmizi – 4/281-282; İbn Macə – 1/418 və b.)
Müxaliflərimiz bu hədisə istinad edib iddia edirlər ki, bu hədis Peyğəmbərin və ya başqa əməli-saleh adamların zatı, qüdrəti vasitəsilə təvəssülün mümkünlüyünü göstərir. Belə ki, Peyğəmbər (
) kor kişiyə onun vasitəsilə təvəssül etməyi öyrətmişdir. Kor kişi bunu etmiş, nəticədə gözləri sağalmışdır.

Şübhənin cavabı: Bizim fikrimizcə, bu hədis mübahisəli təvəssül – şəxsin özü ilə təvəssül məsələsində onlar üçün heç bir əsas vermir. Əksinə, bu hədis təvəssülün şəriətə uyğun olan növlərindən birinə dəlalət edir. Belə ki, kor kişinin təvəssülü Peyğəmbərin duası vasitəsilə olan təvəssüldür, zatı-hörməti ilə olan təvəssül yox. Hədisin özündə dediklərimizə çoxsaylı sübutlar vardır. Bunların ən mühümlərini qeyd edək:
Birincisi: Kor kişi Peyğəmbərin (
) yanına dua üçün gəlmişdi. O demişdi: «Allaha dua et ki, mənə şəfa versin». Deməli, o, Allah-təalaya Peyğəmbərin () duası vasitəsilə təvəssül etmişdir. Çünki o bilirdi ki, Peyğəbərin duası Allah dərgahında daha çox məqbuldur və başqasının duasından fərqlənir. Əgər kor kişi Peyğəbərin zatı, hörməti ilə, onun qüdrəti və ya haqqı ilə təvəssül etsəydi, onda heç Peyğəmbərin () yanına gəlib özü üçün dua istəməyə ehtiyac olmazdı. O öz evində oturub Rəbbinə dua edərək, məsələn, deyərdi ki, «İlahi! Mən Peyğəmbərin qüdrəti, Sənin dərgahındakı yeri ilə Sənə yalvarıram: «Mənə şəfa ver! Gözlərimi aç!» Lakin o bunu etmədi. Nə üçün? Çünki onun özü ərəb idi, «təvəssül»ün ərəb dilində nə mənaya gəldiyini çox yaxşı başa düşürdü.
İkincisi: Peyğəmbər (s.s) onu üçün dua edəcəyini vəd etməklə yanaşı nəyin daha yaxşı olduğunu da göstərib demişdir: «İstəsən, dua edərəm, istəyirsən, səbr elə; bu daha yaxşıdır». Bu ikinci məsələ Peyğəmbərin (s.s) öz Rəbbi Təbarəkə və təaladan rəvayət etdiyi hədisdə söylədiyi şeyin eynisidir. Belə ki, bir hədisi-qüdsidə belə deyilir: «Mən bəndəmi öz məhbubələri, yəni gözləri ilə sınağa çəkdim. O dözdü. Onların əvəzinə Cənnəti verdim». (əl-Buxari Ənəsə istinadən rəvayət edir. «Səhih» - 2010).
Üçüncüsü: Kor kişinin israrla «dua et» deməsi Peyğəmbərin (
) onun üçün dua etməyə sövq etdi, çünki Peyğəmbər (s.s) öz vədinə ən sədaqətli adamdır! O, kor kişiyə, əgər istəsə, dua edəcəyini vəd etmişdi. Yuxarıda göstərildiyi kimi kişi bunu istəmişdi və israrla tələb etmişdi. Bu halda Peyğəmbər () mütləq onun üçün dua etməli idi və elə də oldu. Peyğəmbər () Allah-təalanın onun duasına cavab verəcəyi arzusu ilə mərhəmətindən çıxış edərək bu kor kişini təvəssülün başqa növünə – əməlisaleh adam vasitəsilə təvəssülə doğru yönəltdi. Hər tərəfdən ona xeyrin gəlməsini təmin etmək üçün ona dəstəmaz almağı, iki rükət namaz qılmağı və sonra özü üçün dua etməyi əmr etdi. Bu işlər Allah-sübhanəhu və təalaya itaət əlamətidir və bunlar Peyğəmbərin () duasından qabaq həyata keçirilirmişdi.
Beləliklə, Peyğəmbər (
) kor kişiyə vəd etdiyi dua ilə kifayətlənməyib onun özünü də Allah-sübhanəhu-təalaya itaətin və yaxınlığın ifadəsi olacaq müəyyən işlər görməyə sövq etmişdir ki, bu, tam və kamil bir əməl olsun. Allah sübhanəhu-təalanın rizasını qazanmağa daha çox layiq olsun. Buna görə də, hadisə bütünlüklə, göründüyü kimi, dua məsələsi ətrafında cərəyan edir. Burada müxaliflərin iddialarından heç bir dəlil yoxdur.
Dördüncüsü: Peyğəmbərin (
) kor kişiyə öyrətdiyi duada o belə demişdir: «İlahi onu mənim vasitəçim et!» (Bu cümlə Əhmədin rəvayətində də vardır. Həmçinin onu Hakim və başqaları da verir. Istinadı səhihdir).
Bu, «Peyğəmbərin (
) mənim barəmdə olan vasitəçiliyini qəbul et!» deməkdir. Yəni onun mənim gözlərimin açılması barədə duasını qəbul et. Vasitəçiliyin lüğəvi və şəri mənası duadır. Bununla da aydın olur ki, kor kişi Peyğəmbərin zatı ilə deyil, duası ilə təvəssül etmişdir.
Beşincisi: Müxaliflər bu hədisi qeyd edərkən hədisin məhz “İlahi, onu mənim vasitəçim et!” yerini qeyd edir, “Məni də ona vasitəçi et!” yerini dilə gətirmirlər. Halbuki, hədis bu formadadır: “İlahi, onu mənim vasitəçim et! Məni də ona vasitəçi et!” Muxaliflərimiz bu mənaya etinasızlıq göstərirlər. Çünki bu onların bünövrəsini dağıdır, köklərini laxladır. Onlara bunu eşitdirəndə sənə özünü itirmiş kimi baxırlar. Əlbəttə, Peyğəmbərin (
) kor kişi üçün vasitəçiliyi başa düşülür. Bəs kor kişi Peyğəmbər () üçün necə vasitəçi oldu?! Onlar bu suala qətiyyən cavab verə bilmirlər və verə bilməzlər də. Bu onu göstərir ki, onlar da bu cümlənin onların bütün şərhlərini puça çıxardığını hiss edirlər. Deməli, Peyğəmbər kor kişinin gözlərinin açılması üçün, kor kişi də Peyğəmbərin duasının qəbul olması üçün Allaha dua etmiş və beləcə (öz zatları, üzü-suyu hörmətləri ilə deyil) məhz duaları ilə bir-birlərinə vasitəçilik etmişdirlər.

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.