Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

İcazəli olan Təvəssülün 3 növü

Mübarək Kitabda və pak Sünnədə deyilənləri araşdırdıqdan sonra bizə aydın oldu ki, təvəssülün Allahın şəriətinə uyğun gələn, Onun sövq etdiyi, bəziləri Quranda verilən, Peyğəmbərin () istifadə etdiyi və məsləhət bildiyi üç növü vardır!
Şəriətə uyğun təvəssülün göstərilən növləri bunlardır:

Birincisi:
Allah-təalaya Onun gözəl adlarından və ya ülvi sifətlərindən biri ilə təvəssülü.
Tutaq ki, müsəlman öz duasında deyir: «Ilahi, mən Sənə – mərhəmətli və rəhmli, lətafətli və hər şeydən xəbərdar olana yalvarıram ki, məni əvf edəsən» - yaxud deyir: «Sənin hər şeyi əhatə edən mərhəmətinlə Sənə yalvarıram ki, mənə rəhm edəsən, məni bağışlayasan», yaxud da deyir: «Ilahi, mən Sənin Məhəmmədə olan məhəbbətinlə Sənə yalvarıram». Məhəbbət isə Allah-təalanın sifətlərindəndir.
Bu növ təvəssülün şəriətə uyğunluğuna Allah-təalanın bu kəlamı dəlalət edir: «Allahın gözəl adları vardır. Onu onlarla çağırın» (əl-Əraf,180). Yəni Allah-təalaya Onun gözəl adları ilə yalvarıb, Ona dua edin. Şübhəsiz ki, Qüdrət və Cəlal sahibinin ülvi sifətləri də bu tələbə cavab verir. Çünki Sübhanəhunun gözəl adları həm də Təbarək və Təalaya xas olan ülvi sifətlərdir.
Bu mənada Allah-təala Süleyman əleyhissəlamın duasını xatırladıb buyurur: «Onun (qarışqanın) bu sözündən gülümsəyən (Süleyman) dedi: «Ya Rəbb! Mənə və atama bəxş etdiyin nemətlərə görə Sənə təşəkkürümü bildirmək, Səni razı salan yaxşı işlər görmək üçün Mənə ilham ver! Öz mərhəmətinlə məni əməli-saleh bəndələrin sırasına daxil et!» (ən-Nəml, 19).
Peyğəmbərin (
) namazda salamdan qabaq oxuduğu və səhihliyi sübut olunmuş dualarından biri də dediklərimizə dəlildir: «Ilahi! Qeybi bilməyinlə xəlq etmək qüdrətinlə həyatı mənə xeyirli bilsən, məni yaşat; ölümü mənə xeyirli bilsən, məni öldür!».
Başqa bir hədis. Peyğəmbər (
) bir kişinin təşəhhüdü bu şəkildə dediyini eşidir: «Vahid, tək və yenilməz olan, doğulmayan və doğmayan, heç bir bənzəri olmayan Allah! Sənə yalvarıram ki, günahlarımı bağışla! Sən bağışlayan və rəhmlisən». Peyğəmbər () deyir: «Onu bağışladı! Onu bağışladı!» (Əbu Davud, ən-Nisai, Əhməd və başqaları. Səhih istinadlıdır).
Peyğəmbər (
) başqa bir kimsənin təşəhhüddə «Allahümmə! Mən Sənə şükr və tərifin yalnız Sənə olması, Səndən başqa tanrının olmaması, Sənin bir olmağın, Sənin şərikin olmaması, ən mərhəmətli olmağınla müraciət edirəm! Ey səmaları və yeri yaradan! Ey Cəlal və Kəramət sahibi! Ey həmişə canlı! Mən Səndən Cənnəti istəyirəm, Cəhənnəmdən qorunmaq üçün Sənə sığınıram!» dediyini eşitdikdə öz əshabələrinə demişdir: «Bildiniz nə ilə dua etdi?» Dedilər kr, Allah və Peyğəmbəri daha yaxşı bilər. Peyğəmbər () demişdir: «Nəfsim əlində olan haqqı (yəni Allah haqqı –tərc.), o, Allahı Onun əzəmətli (rəvayətdə: ən əzəmətli) adları ilə çağırdı. Bu adlarda çağırıldıqda cavab verər, onlarla istək bildirdikdə bəxş edər» (Əbu Davud, ən-Nisai, Əhməd və başqaları. Səhih istinadlıdır).
Peyğəmbər (
) demişdir: «Çox narahatçılıq keçirən deməlidir: «Ilahi! Sənin bəndənəm, bəndənin övladıyam, ümmətinin oğluyam, taleyim Sənin əlindədir, hökmün altındayam, qəza-qədərin mənim üçün ədalətdir! Sənə aid, Özünə verdiyin və yaxud məxluqlarından birinə öyrətdiyin Kitabında nazil etdiyin, yaxud Öz qeyb elmindən əxz etdiyin hər bir adla Sənə müraciət edib Quranı qəlbimin baharı, gözümün nuru, kədərimin sonu və narahatçılığımızın xilası etməyinə rica edirəm». Bu halda Allah-təala onun kədər və narahatçılığına son qoyub onu sevinclə əvəz edəcəkdir». (Əhməd,3712. Mətn onundur. Əl-hakim,1/509 və b).
«Səhih hədislər silsiləsi» əsərində deyildiyi kimi, səhihdir. (Bu hədisi zəif hesab edənlər də vardır).
Peyğəmbər (
) istiazə (Allaha sığınmaq –tərc.) duasında bu sözləri deyərdi: «Ilahi! Mən düz yolu azmaqdan qorunmaq üçün Sənin qüdrətinə – Səndən başqa tanrı yoxdur – sığınıram» (əl-Buxarı və Müslim).
Ənəs (Allah ondan razı olsun) Peyğəmbərdən (
) bu hədisi verir: «Onu bir şey kədərləndirdikdə deyərdi: Ey həmişə canlı! Sənin mərhəmətinə sığınıram!» (ət-Tirmizi, 1/267; əl-Hakim,1/509. Etibarlı hədisdir).
Bu və bu məzmunda olan hədislər Allah –təalaya Onun adlarından və ya sifətlərindən biri ilə təvəssül etməyin şəriətə uyğunluğunu aydınlaşdırır ki, bu da Allahın xoşuna gəlir və Onu razı salır. Ona görə də Peyğəmbər (
) bundan istifadə etmişdir. Allah-təbarəkə və təala buyurur: «Peyğəmbərin verdiklərini götürün» (əl-Həşr,8).
Bizim də Sübhanəhu və təalaya Peyğəmbərin (
) dua etdiyi kimi dua etməyimiz şəriətə uyğun olardı. Bu özümüzün quraşdırdığımız dualardan min dəfə yaxşıdır.

İkincisi:
Dua edənin gördüyü yaxşı işlə Allaha təvəssül.
Fərz edək ki, müsəlman deyir: «Ilahi! Sənə olan inamımla, Sənə olan məhəbbətimlə, Sənin Peyğəmbərinə tabeçiliyimlə məni bağışla!» Və ya deyir: «Ilahi! Məhəmməd səlləllahü əleyhi və səlləm olan məhəbbətimlə və ona olan inamımla Səndən məni … xilas etməyi rica edirəm». Dua edən həmçinin özünün bir mühüm yaxşı əməlini qeyd etməlidir, bu əməl də öz növbəsində sahibinin Allahdan xofunu, Ondan qorxusunu, hər şeydən rizasını qazanmaq istəyini, onun şənini ülviləşdirərək Ona itaətini ifadə etməlidir. Sonra dua edən öz duasında bu əməllə Allaha təvəssül edir ki, bu təvəssülün qəbul edilməsi və ona cavab verilmə daha çox ümidverici olsun. Bu cür təvəssül yaxşıdır, gözəldir. Allah-təala ona şəriətlə icazə vermiş və ondan razı qalmışdır. Bu cür təvəssülün şəriətə uyğunluğuna Allah-təalanın belə bir kəlamı dəlalət edir: «O kəslər ki, deyirlər: «Rəbbimiz, biz iman gətirdik, günahlarımızı bağışla, bizi Cəhənnəm əzabından qoru!» (Ali-Imran,16).
«Rəbbimiz! Nazil etdiyinə inandıq. Peyğəmbərə tabe olduq. Bizi şahidlər sırasına yaz» (Ali-Imran,53).
Rəbbimiz! Biz imana çağıranın «Rəbbinizə inanın!» çağırışını eşidib iman gətirdik.Rəbbimiz! Günahlarımızı bağışla, qəbahətlərimizdən keç! Bizi mömin olaraq öldür! Rəbbimiz! Peyğəmbərlərin vasitəsilə bizə vəd etdiklərini ver və Qiyamət günündə bizi rüsvay etmə! Əlbəttə, Sən vədinə xilaf çıxmazsan!» (Ali-Imran,193-194).
«Mənim bir dəstə bəndəm deyir: «Rəbbimiz! Biz iman gətirdik, bizi bağışla, bizə rəhm et. Sən ən mərhəmətli olansan» (əl-Muminun, 109).
Bu məzmunda başqa mübarək ayələr də vardır. Həmçinin Bureydə ibn Huseybin (Allah ondan razı olsun!) etdiyi bir rəvayət də bu cür təvəssülün şəriətə uyğunluğunu sübut edir: «Peyğəmbər (
) bir kişinin belə dediyini eşidir: «Ilahi! Mən Sənin Səndən bağqa bir tanrının olmadığını, yenilməz, tək, doğulmayan və doğmayan, heç bir bənzəri olmayan bir Allah olmağına şəhadət verərək yalvarıram». Peyğəmbər salavatullah deyir: «O, Allaha Onun ən əzəmətli, istəyə cavab verən, duanı qəbul edən bir adıyla yalvardı» (Əhməd,5/349 və 350; Əbu Davud,1493; və b. Səhih istinadlıdır).
Həmçinin Abdullah ibn Ömərin (Allah onların hər ikisindən razı olsun!) mağara sakinləri barədə rəvayət etdiyi hekayət də bu məzmundadır: «Peyğəmbərin (
) bunları dediyini eşitmişəm: Sizdən qabaqdakılardan üç adam yola çıxıb bir mağaraya çatdılar və gecələmək üçün ora girdilər. Dağdan bir qaya qopdu və mağaranın ağzını örtdü. Onlar dedilər: «Bu qayadan xilas olmaq yalnız yaxşı əməllərimizlə Allaha dua etməklə mümkündür» (Müslimin rəvayətində deyilir: Onlar bir-birinə dedilər: «Öz yaxşı əməlinizi Allaha göstərin və onunla Allaha dua edin, ola bilər, Allah sizi xilas etsin»). Onlardan biri dedi: «Ilahi! Mənim valideynlərim çox qocalmışlar. Mən evdə onlardan qabaq heç kəsə gecə vaxtı içməyə süd verməzdim. Bir dəfə onlar məndən bir qədər süd istədilər, amma mal-qara örüşdən qayıtmadığına görə bu istəyi yerinə yetirə bilmədim. Onlar yatdılar. Mən malları sağıb onların süd paylarını ayırdım, lakin onlar yatmışdılar. Onlardan qabaq hər hansı bir ailə üzvünə və ya ev heyvanına süd vermək istəməyərək əlimdə fincan sübh açılana kimi onların oyanmasını gözlədim. Onlar yuxudan durdular. Mən südü onlara içirtdim. Ilahi! Mən bu işi Sənin mübarək camalın üçün etdim. Bizi bu düşdüyümüz vəziyyətdən xilas et!» Qaya bir qədər aralandı. Lakin onlar çıxa bilmədilər. Peyğəmbər () dedi: «Ikinci adam dedi: «Ilahi! Mənim çox sevdiyim əmim qızı var idi. Mən onunla evlənmək istədim. Lakin məni rədd etdi. Bir il bərk quraqlıq düşdü. Qız yanıma gəldi. Mən ona 120 dinar verdim. Ona sahib olmaq imkanım var idi. O da buna razı idi. Mən ona sahib olmaq istədikdə dedi: «Haqqın olmaya-olmaya möhürü sındırma!» (Müslimdə: Ey Allah bəndəsi, Allahdan qorx, haqqın olmaya-olmaya möhürü açma!) Günaha batmaqdan qorxaraq ondan uzaqlaşdım. O mənim üçün ən sevimli adam idi. Qızılları da ona verdim. Ilahi! Mən bu işi yalnız Sənin mübarək camalın üçün gördüm. Bizi bu bəladan qurtar!» Qaya bir qədər də aralandı. Lakin onlar yenə də çıxa bilmədilər. Peyğəmbər () dedi: «Üçüncü şəxs belə bir hekayət danışdı: «Mən bir neçə adamı işə götürdüm. Bir nəfərdən başqa hamının haqqını verdim. O haqqını almayıb çıxıb getmişdi. Onun pulunu dövriyyəyə buraxdım. Çoxaldı, artdı. Bir müddətdən sonra həmin adam yanıma gəlib dedi: «Ey Allah bəndəsi, haqqımı ver!» Mən ona dedim: «Gördüyün bu dəvələr, inəklər, qoyunlar və qullar hamısı sənin haqqındandır». Kişi mənə dedi: «Ey Allah bəndəsi, məni ələ salma. Mən dedim ki, səni ələ salmıram. Bunların hamısını özü ilə götürüb apardı. Heç nə qoymadı. Ilahi! Mən bunu Sənin mübarək camalın üçün etdim. Bizi bu bəladan qurtar! Qaya tamamilə aralandı. Onlar çıxıb getdilər» (əl-Buxarı, Müslim, ən-Nisai və başqaları).
Bu hədisdən aydın olur ki, bu üç mömin adam ağır vəziyyətə düşdükdə, işləri çətinləşdikdə, Allah-təbarəkə və təalanın yolundan başqa bütün yollar üzlərinə bağlandıqda Allaha pənah apardı. Onlar tam səmimiyyətlə Ona dua etdilər, Öz yaxşı işlərini xatırlatdılar. Onlar öz xoş vaxtlarında Allahı tanımışdılar ki, Allah da bunun müqabilində çətin vaxtda onları unutmasın. Peyğəmbərin (
) hədisində deyildiyi kimi: «… xoş vaxtında Allahı tanı ki, O da səni çətin anında tanısın» (Əhməd ibn Abbasdan səhih istinadla rəvayət edir).
Onlar Allah – sübhanəhu-təalaya öz yaxşı işləri ilə təvəssül etdilər. Birinci şəxs öz valideynlərinə məhəbbəti, onlara qayğısı, güclü canyanğısı ilə Allaha təvəssül etdi. Bu misilsiz, gözəl bir əməl idi. Peyğəmbərlərdən başqa heç kəsin vaildeynlərinə qarşı məhəbbəti bu həddə çata bilməz.
Ikinci şəxs bir kişinin qadına bəsləyə bildiyi ən güclü məhəbbətlə sevdiyi əmisi qızı ilə ona tamamilə sahib ola bilməsinə və qızın da aclıq və ehtiyac üzündən ikrah hissi ilə olsa da ona təslim olmasına baxmayaraq zina əlaqəsində (qeyri-qanuni əlaqədə –tərc.) olmaqdan imtina etməsilə Allaha təvəssül etdi. Ona dua edib yalvardı. Əmisi qızı ona Qüdrət və Cəlal sahibi Allahı xatırlatdı, kişinin qəlbi Allahı xatırladı, bütün varlığını Allahdan qorxu hiss bürüdü və o verdiyi pulu da qıza bağışladı. Üçüncü şəxs muzdla işə qəbul etmiş olduğu bir işçinin , səhih hədisdə rəvayət edildiyi kimi, qoyub getdiyi bir fərəq düyüdən ibarət haqqını saxlamaqla Allaha təvəssül etdi. Icarəçi bu pulu dövriyyəyə buraxdı, sərvət artdı, nəticədə mal-qara, qoyunlar, dəvələr və qullar meydana gəldi. Muzdurun pula ehtiyacı olanda icarəçidə qoyub getdiyi kiçik miqdarda muzdunu yada saldı və gəlib haqqını istədi. Icarəçi onun bütün malını qaytardı. Muzdur təəssübləndi. Elə bildi ki, keçmiş ağası onu dolayır. Lakin onun ciddiliyini yəqin etdikdə başa düşdü ki, onun pulu artmış, bəhrə vermiş və var-dövlətə çevrilmişdir. Gözlənilməz sevincdən özünü itirən kişi bütün var-dövləti götürüb apardı, keçmiş ağasına heç nə saxlamadı.
Allaha and olsun ki, icarəçinin bu əməli işçiyə münasibətdə xeyirxahlığın ən gözəl təzahürü həddinə çatır, ona qarşı ideal himayə və hörmət səviyyəsinə qalxır. Belə ki, zəhmətkeşlərə və işçilərə yardım etmək, kasıbları və möhtacları himayə etmək, onlarla ədalətlə davranmaq və hüquqlarını təmin etmək iddiasında olanların əməlləri bu şəxslərin gördüyü işin heç yüzdə biri qədər deyildir. Bu üç nəfər öz Rəbbləri Sübhanəhu-təalaya gördükləri yaxşı işlərlə, yəni yaxşılıqla, səxavətli hərəkətlə, yəni səxavətlə təvəssül etdilər. Onlar bildirdilər ki, bu işləri görərkən yalnız Allah-təalanın rizasını qazanmaq istəmişlər. Onlar bu əməlləri ilə heç də xırda hissləri, keçici mənafeyi və ya var-dövləti istəməmiş, yalnız ən yüksək şən sahibi Allahdan onları düşdükləri ağır vəziyyətdən qurtarmağı, bu çətinlikdən xilas etməyi rica etmişlər. Sübhanəhu onların duasına cavab vermiş, bəladan xilas etmişdir. Onlar da Allah-təalaya ümidlərini itirməmişdilər. Onlara münasibətdə fövqəladə bir hadisə baş verdi və Allah-təala öz sonsuz mərhəmətini biruzə verib qayanı tədricən üç mərhələdə araladı. Onların hər birisinin duasından qaya bir qədər aralanırdı və onların hamısı aşkar ölüm təhlükəsi qarşısında olarkən üçüncü şəxsin duasından sonra tamamilə çəkildi. Böyük kəramət sahibi Peyğəmbərimiz (
) yalnız Allah-sübhanəhu-təalanın xəbərdar olduğu qeyb və məchulluqla əhatə edilmiş bu gözəl hekayəti bizə danışmaqla keçmiş peyğəmbərlərin ardıcıllarından olan fəzilət sahibləri ideal adamların gördükləri fəzilətli ideal işləri xatırladır ki, biz də onların yolu ilə gedək, onların əməllərindən örnək kimi istifadə edək. Onlar barədə hekayətlərdən ibrət dərsi alaq.
Heç kəs demir ki, bu işlər Peyğəmbərimiz Məhəmməddən (
) qabaq baş verdiyindən bizdən qabaqkı qanunların bizə aid olmadığı prinsipini irəli sürən üsul elminə (dini kökləri –tərc.) əsasən bizə tətbiq edilə bilməz. Biz deyirik: Peyğəmbərin () bu hadisə barədə hekayəsi səna və tərif, hörmət və ehtiram aspektində verilir. Peyğəmbər () bu fikri təsdiq edir. Lakin bu, qeyd edilən yaxşı əməllərlə təvəssülün ifadəsi olmaqla məhdudlaşmayıb, yuxarıda verilən mübarək ayələrin məzmunun şə-i, əməli tətbiqidir. Səmavi qanunlar bununla öz təlimlərini, göstərişlərində, məqsəd və qayələrində birləşir. Bunda qərib heç nə yoxdur. Çünki onlar bir bulağın gözündən axıb gəlir, bu çırağın nurudurlar. Bu sözlər xüsusilə insanların öz Rəbbi Sübhanəhu-təala ilə əlaqəsinə aiddir. Bu qanunlar yalnız Allah-Sübhanəhunun hikmətinin dəyişdirməsini vacib bildiyi az-az hallarda bir-birindən fərqlənirlər.

Üçüncüsü:
Əməli-saleh adamın duası ilə Allah-təalaya təvəssül.
Fərz edək ki, müsəlman çətin vəziyyətə düşüb və ya böyük bir müsibətə düçar olub, özündə Allah-təbarəkə və təalaya münasibətində bir qəbahət işlədib ifrata yol verdiyini hiss edib. O, Allaha müraciət üçün güclü bir arqument axtarmalıdır. Belə olanda əməli-saleh, Allahdan qorxan və yaxud fəzilət, kəramət, Quran və Sünnə elminə dərindən bələd hesab etdiyi adamın yanına gəlir, ondan Allahın onu düşdüyü ağır vəziyyətdən xilas etməsi və narahaçılığına son qoyması üçün dua etməsini xahiş edir. Bu, şəriətə uyğun təvəssülün başqa bir növüdür ki, onu pak şəriət elmi sübut edir və insanları ona yönəldir. Şərafətli Sünnədə təvəssülün bu növünə aid misallar verilir.
Böyük kəramət sahibi Allahın rizasını qazanmış əshabələrin əməllərində təvəssülün bu növünə aid nümunələr vardır. Bunlardan Ənəs ibn Malikin (Allah ondan razı olsun!) rəvayət etdiyi hədisi göstərmək olar: «Peyğəmbər salavatullah dövründə bərk quraqlıq baş verir. Cümə günü Allahın salavatı və salamı olmuş minbərə xütbə oxumağa qalxarkən bir bədəvi (köçəri –tərc.) ərəb minbərlə üzbəüz qapıdan içəri girir və hökm verilən yerə yönəlir. Peyğəmbər (s.s)m qalxıb onu qarşılayır. Köçəri ərəb deyir: «Ya Rəsulullah! Mal-dövlət, ailə-uşaq, mal-qara, qoyun-quzu əldən gedir. Allaha dua et ki, bizə yağış yağdırsın. Salavatullah (Peyğəmbər – tərc.) əllərini qaldırdı, hətta qoltuqlarının altının ağı göründü və dedi: «Ilahi! Bizə yağış yağdır! Bizə yağış yağdır! Bizə yağış yağdır!» Adamlar da əllərini qaldırıb onunla birlikdə dua etdilər. Rəvayətdə Ənəs deyir: «Səma şüşə kimi idi. Onun arxasından buludlar bir-bir çıxıb diş kimi düzüldü. Buludlar səmanın mətkəzinə yığışdıqdan sonra yağış yağdı. Nəfsim əlində olana (Allaha – tərc.) and olsun, o buludları elə düzdü ki, elə bil bunlar dağlar idi. Peyğəmbər salavatullah o qədər minbərdə qalıb dua etdi ki, mən yağış damcılarının onun saqqalından süzülüb düşdüyünü gördüm (Rəvayətdə həmçinin deyilir: «Külək qalxdı, buludlar ətrafa səpələndi. Sonradan bir yerə yığışdı, səmanın ağzı açıldı və ordan gur su axmağa başladı. Peyğəmbər salavatullah minbərdən aşağı düşdü və namaz qıldı. Məsciddən çıxıb evə gedənəcən bərk islandıq. Bu gün, sabah, o biri gün və gələn həftəyədək aramsız yağış yağdı. Şəhərin arxları daşdı. Allaha and olsun, altı gün biz günəşi görə bilmədik»).
Bir həftə keçəndən sonra elə həmin qapıdan bir kişi içəri girdi. Peyğəmbər (
) xütbə oxumaq üçün minbərə qalxırdı. O, kişini qarşıladı. Kişi dedi: «Ya Rəsulullah! Evlər dağılır, yollar bağlanır, mal-qaranı su aparır, arxlar aşıb-daşır, mülklərimiz suda batır. Allaha dua et ki, yağışı saxlasın». Peyğəmbər () gülümsədi, əlini qaldırıb dedi: «Ilahi, ətrafımıza, üstümüzə yox, Ilahi, dağların, təpələrin, torpaqların və qumların üstünə, vadilərin içinə və ağacların yarpaqlarına tök yağışı!» O, əlini buludlara tərəf uzadan kimi onlar dağıldı və səmanın ortasında açıq havadan bir dairə əmələ gəldi. Mən Mədinənin ətrafında həm sağa, həm də sola səpələnən buludlara baxdım. Elə bil Mədinənin üstündən pərdə açıldı. Ətrafımıza yağırdı, şəhərə bir damcı belə düşmürdü. Bayıra çıxıb (günəşli) havada gəzdik. Allah adamlara Allahın ən gözəl salavatı və salamı olmuş Peyğəmbərinin kəramətini və onun duasına cavab verdiyini nümayiş etdirirdi. Bir ay ərzində vadilərə yağış yağdı. O tərəflərdən yalnız atla gəlmək mümkün idi» (əl-Buxarı, «Müxtəsərim»: 224-226. 497)
Ənəs ibn Malik (Allah ondan razı olsun!) həmçinin bu rəvayəti verir: «Ömər ibn Xəttab (Allah ondan razı olsun!) quraqlıq baş verəndə Abbas ibn Əbdülmüttəlibə üz tutub yağış yağması üçün dua etməsini istəyib demişdir: «Ilahi, biz Sənə Peyğəmbərimiz (
) vasitəsilə təvəssül edirdik, bizə yağış göndərirdin. Indi isə Sənə Peyğəmbərimizin əmisi vasitəsilə təvəssül edirik. Bununla biz Peyğəmbərimizin () özünü nəzərdə tutmuş oluruq. Biz ondan dua etməyi tələb edir və onun duası ilə Allaha yaxınlaşırıq. Indi isə Peyğəmbər () rəhmətə getmişdir və bizim üçün dua edə bilməz. Biz Peyğəmbərimizin əmisi Abbasa üz tutub bizim üçün dua etməsini istədik» (Buxarı, 2/397; Ibn Sədi, «Təbəqat», 4/28-29; Buxarı, «Müxtəsərim», 536).
Bu heç də o demək deyildir ki, onlar öz dualarında «Ilahi, Öz Peyğəmbərinin qüdrəti ilə yağış yağdır!» və yaxud Salavatullahın vəfatından sonra: «Ilahi, Abbasın qüdrəti ilə bizə yağış yağdır!» demişlər. Çünki bu cür dua bidət olub nə Kitabda, nə də Sünnədə verilir. Allah rizası qazanmış əməli-saleh sələflərdən heç biri bunu etməmişdir. Bir qədər aşağıda bu barədə daha geniş danışacağıq.
Hafiz ibn Əsakirin (Allah təala ona rəhmət eləsin!) öz «Tarix» əsərində (18/151/1) Peyğəmbərin (
) tanınmış ardıcıllarından olan Səlim ibn Amir Xəbairiyə səhih istinadla bu rəvayəti verir: «Quraqlıq düşəndə Müaviyyə ibn Əbu Süfyan və Dəməşq sakinləri yağış duası etmək üçün küçəyə çıxdılar. Müaviyyə minbərə qalxıb dedi: «Yəzid ibn Əsvəd əl-Cürəşi haradadır? Onu çağırdılar. O adamların içindən keçib gəldi. Müaviyyə ona minbərə çıxmağı əmr etdi. O qalxıb Müaviyyənin qabağında oturdu. Müaviyyə dedi: «Ilahi, biz bu gün ən yaxşı və tanınmış adamımız vasitəsilə Səndən mərhəmət diləyirik. Ilahi, biz bu gün Səndən Yəzid ibn Əsvəd əl-Cürəşi vasitəsilə mərhəmət diləyirik. Ey Yəzid, əllərini Allaha sarı qaldır. O, əllərini qaldırdı, adamlar da əllərini qaldırdılar. Bir az keçmişdi ki, buludlar qərb tərəfdə ağızda diş kimi yan-yana düzüldü. Külək onları coşdurdu. Elə bir yağış yağdı ki, adamlar çox çətinliklə evlərinə çata bildilər.» (Hafiz Əsqalani, «Isabə», 3/634; Əbu Zərə Dəməşqi və Yaqub ibn Süfyan, «Tarix». Səlim ibn Amirdən səhih istinadlıdır).
Ibn Əsakir həmçinin səhih istinadla rəvayət edir ki, Zəhhak ibn Qeys adamlarla birgə yağış yağmağı üçün dua etməyə çıxdı. O, Yəzid ibn Əsvədə dedi: «Qalx, ey ağlağan!» Rəvayətdə əlavə olaraq deyilir: «Yalnız üç nəfər dua etdi. O qədər yağış yağdı ki, az qala suda batacaqdılar».
Yuxarıda göstərildiyi kimi, Müaviyyə Peyğəmbərlə (
) deyil, əməli-saleh bir adam olan Yəzid ibn Əsvədlə (Allah ona rəhmət eləsin!) təvəssül edib ondan Allah-təalaya dua edib yağış yağdırmasını rica edir. Allah-təbarəkə və təala bu xahişə cavab verir. Eyni hadisə Zəhhak ibn Qeysin dövründə də baş vermişdir.

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.