Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Oruc zərərlidir? Yoxsa xeyirli?

Şübhə belədir: Oruc süstlük yaradır, zərərlidir və insanı öz ictimai görəvlərini yerinə yetirməkdən aciz qoyur.

Şübhənin cavabı:

1 - Oruc zərərlidir? Yoxsa, xeyirlidir? Bu sualın cavabına nəzər yetirdikdə həqiqəti görmək mümkün ikən nədənsə yenə ateistlərin qərəzli mövqelərinin şahidi oluruq. Daim elmin əhəmiyətindən danışan ateistlər, nədənsə oruca gəldikdə orucun tibbi faydalarını deyil, başqa məsələləri müzakirə etməyə çalışırlar. Orucun zərərli olması şübhəsi sovet dönəmində yayılırdı və ateistlər hətta emosional məqamlardan belə istifadə etməyə çalışırdılar.

Oruc bir ibadət olmaqla yanaşı ən yaxşı dərmanlardan və bədəni qüvvətləndirməyin ən yaxşı yollarından biri sayılır. Müsəlman həkimlər bir yana qalsın, qeyri-müsəlman həkimlərin də təsdiqi ilə bu gerçəklikdir. Bu gerçəkliyi, bu reallığı bilməməyə, etiraf etməməyə nə ad vermək olar görəsən?

Oruc, bir çox psixoloji problemlərin müalicəsində, oruc tutanın iradəsinin gücləndirilməsində, hiss və duyğularının incəlməsində, xeyiri sevməkdə, mübahisə, düşmənçilik və kin-küdurətdən uzaqlaşmaqda, ruhun və düşüncənin yüksəlməsini hiss etməkdə çox aktiv təsir göstərir. Bununla yanaşı oruc insanın şəxsiyətini gücləndirməkdə, insana dayaq olmaqda, daha çox problem və sıxıntılara qatlanıb dözümlü olmaqda yardımçı olur. Şəkk yoxdur ki, bütün bunlar insanın sağlamlığına yaxşı təsir edir.

Bu bir tərəfdən, digər tərəfdən isə oruc insan bədəninin bir çox xəstəliklərdən müalicə olunmasında rol oynayır; məsələn; həzm sistemindəki xəstəliklər, kəskin mədə iltihabı, qalın bağırsağın qıcıqlanması, ciyər xəstəlikləri, pis həzm, köklüyün müalicəsi, damar sərtləşməsi, qan təzyiqinin yüksəlməsi, sinənin daralması, sternal astma və s. kimi xəstəliklərin müalicəsini göstərmək olar.

Artıq elm dünyasının da araşdırmalarla ortaya qoyduğu kimi oruc tutmağın diabetdən, xərçəng və infarktlara qədər bir çox xəstəliyin qarşısını alması anlaşılmışdır. Qərbdə "intermittent fasting" İslamda isə oruç deyə tanınır. İsveçli həkim Barsilyus yazmışdı ki: "Acqalmanın müalicədə verdiyi fayda olan bilsin ki, dərmanlardan istifadədən dəfələrcə çox olsun". (1) Dr. Help də öz xəstələrini bir neçə günlüyünə yemək yəməyi qadağan edərdi. (2) Dr. Engin Türkmən demişdir: "Bir il boyunca heç dayanmadan çalışan əzələlərin, həzm sisteminin və qaraçiyərin tətilə ehtiyacı var. Oruc da vücudun ehtiyacı olan tətil üçün yaxşı bir fürsətdir." (3)
Dr. Haluk Saçaklı orucun sağlamlığa faydalarını belə izah etmişdir:

“İnsan vücudu aç kaldığı zaman xəstə hüceyrələrin içindeki gereksiz hissəcikləri yox etmə programı kəşf edilmişdir. Üç günlük orucdan sonra vücudun ümmun sistemi leykositlərin təşəkkülünə təkan verir. Vücudumuz ümmun sistemimizin hamısını yeniləyir. Oruc tamamilə bir yenilənmə proqramı olarak qarşımıza çıxır. Bədən stres halında ikən, oruc tutarken, ya da aclık zamanında daha çox otofaji (hüceyrələrin özünü yeməsi halı) baş verir. Hüceyrə, enerji istehsalını öz daxili imkanlarını istifadə edərək etməyə çalışır. İlk olarak tullantısını ve patojen bakteriyaları həzm edərək təmizliyə başlayır. Beləcə erkən yaşlanmanın da qarşısı alınmış olur." (4)

Həkim fitoterapevt Fizuli Hüseynov deyir ki: "Oruc tutmaqla biz həm də xərçəng olmaqdan qorunuruq. Xəstə hüceyrələr insanın tez yaşlanmasına səbəb olduğundan orucla daha cavan qalmağımız mümkündür. Çünki, xəstə hüceyrələrin yerini kök hüceyrələrdən əmələ gəlmiş yeni, cavan və sağlam hüceyrələr tuturlar"(5)

Orucun faydalarından çox danışmaq olar. Burada yazılanlar bu faydaların çox cüzi bir hissəsidir. Bu haqda kitablar, yüzlərlə məqalələr yazılmış, geniş araşdırmalar edilmişdir.

2 - Orucluq ayı müsəlmanları süstlüyə və zəifliyə çağırmır, əksinə aktiv olmağa, çalışmağa və daha çox səmərə əldə etməyə çağırır. Ramazan ayı boyu müsəlmanların başına gələn hadisələr də bunu sübut edir. Onlar orucqarına dünyanın neçə böyük şəhərlərini fəth etmiş və ya hücuma keçən düşmənləri məğlub etmişdilər. Əgər oruc onlarda zəiflik yaratmışdısa, onlar necə yemək yeyib doymuş insanlara özü də oruclu ola-ola qalib gəlirdilər? Daha ətraflı oxumaq üçün bu keçiddəki məqaləmizi oxumaq mümkündür:

Ramazan ayında müsəlmanların tarixi fəthləri

3 - Bəzi oruc tutanların süstlüyə və yorğunluğa düçar olmalarının səbəbi özü-özlüyündə oruca qayıtmır, əksinə bu Allahın Elçisinin orucuna müxalif olmalarının nəticəsidir (6). Oruc tutmaqda peyğəmbərin yoluna tabe olmaq insanı yorğunluq və halsızlıqdan qoruyur. İlk müsəlmanlar orucun məqsəd və sirlərini başa düşmüşdülər. Onlar Peyğəmbərin orucdakı metodologiyasını qoruyaraq qüvvətli və dayanıqlı olmuş, yorğunluq və zəifliyə qapılmadan öz aktivliklərini və işlərini davam etdirmişlər. Gecələri ziyarətləşmə, ibadət və quran oxumaqla keçərdi. Onların Ramazan ayı bütünlüklə ibadət, çalışqanlıq və elm öyrənməklə keçirdi.
Peyğəmbər orucu açanda (iftar edərkən) bir neçə xurma ilə orucunu açar, sonra namazını qılardı, bəziləri kimi yeyib mədəsini doldurmazdı. Bu insanda ağlrlıq və tənbəllik yaradır. Uzun müddət ac qaldıqdan sonra birdən-birə çox yemək tənbəllik yaradır. Peyğəmbərin iftarı barədə bir hədisdə deyilir: "Peyğəmbər namaz qılmadan öncə bir neçə yaş xurma ilə orucunu açardı. Əgər yaş xurma tapmazdısa, kiçik (adi) xurmalarla orucunu açardı, əgər onu da tapmazdısa, bir neçə qurtum su içərdi". (7) Bu hədis ifyar açarkən düzgün qidalanmağa yol göstərir, birdən-birə mədəni doldurmaqdan çəkindirir, hansı ki, bu da insanda halsızlıq və tənbəllik yaradır.

Orucluqda peyğəmbərin metodologiyasından biri də orucun başlamasına az qalmışa kimi yeməyi gecikdirməkdir. Yeməyə vaxt var ikən gecədən yeyib yatmamaq, yaxud gecə yeməklə kifayətlənməmək, orucun başlamasına az qalmış nə isə yeməkdir. Bu gün bəzi insanlar səhər yemək yemədən oruc tutur, bu isə aclığa və zəifliyə səbəb olur, halbuki, peyğəmbər qətiyyətlə səhər az da olsa bir şey yeməyi tövsiyə etmişdir. Bu oruca davamlı olmaq üçün peyğəmbərin tövsiyəsidir. O buyurmuşdur: "Səhur edin. Çünki, səhur etməkdə bərəkət vardır". (8) Bu tövsiyəyə əməl etməyənlər də az deyil. Onlar gecələrini yeyib-içib mədələrini doldurmaq və gecəni yuxusuz keçirməklə məşğul olub sonra da səhərləri yatmaqla keçirirlər. Nə orucdan, nə də gecələri ibadət etməkdən faydalanmırlar. Gecələri normal yatmırlar deyə səhərləri onları tənbəl və yuxusuz görərsən. Həqiqi oruc insanı daha aktiv edir, insanın vaxtı daha bərəkətli olur, insan bu ayda az vaxtda daha çox iş görür, nəinki tənbəlliyə düçar olur,bu tənbəllikdən daha da uzaq olur.

4 - Orucun bəzi tibbi faydalarından danışsaq da, orucun faydaları yalnız bununla bitmir. Orucun başqa ictimai, psixoloji və tərbiyəvi faydaları da vardır. Burada orucun tibbi faydalara əlavələr edib, başqa faydalarına da toxunacağıq; Bu ayda insanın özünü islah etməsi, özündəki bir çox qüsurlarla mübarizə aparıb iradəsini möhkəmləndirməsi mümkündür. Bu yolla cəmiyyətin də islahı baş verir. Fərdlər islah olduqca cəmiyyət də islah olur. Sağlamlıq barədə qeyd etmədiyimiz faydalardan ən böyüyü isə il boyu çox yeməkdən yorulan bədənin istirahəti ilə yanaşı bədənin qüvbətlınməsidir. Çünki, mədəni doldurmaq bir çox xəstəliklərin səbəbidir. İnsanlar xeyirli və zərərli olmasına fikir vermədən nə gəldi yeyirlər. Bir hədisdə deyilir: "Adəm övladı mədəsindən daha şərli bir qabı doldurmamışdır. Adəm övladına qamətini dik tutması üçün az yemək bəs edər. Əgər mütləq yeməli olarsa, onda mədəsimin üçdə birini yeməyə, üçdə birini suya, üçdə birini nəfəs almaq üçün ayırsın". (9) Mədəni doldurmaq xəstəliklərin başı olduğu kimi, yeməyi tərk etmək də müalicənin başıdır. Oruc isə bu müalicə üçün ən gözəl fürsətlərdən birincisidir. Oruc vasitəsilə bədən bir çox zərərli tullantılardan qorunmuş olur. Qəzetlərdən birində dərc edilən məlumata görə oruc tutmaq vasitəsilə 300 nəfər sidik şəkərindən müalicə olunaraq sağalmışdır. (10) Quranda deyilir: "Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir". (əl-Bəqərə. 184).

Oruc tutmaq insanı israfçılıq, nankorluq və naşükürlükdən qoruyur, aza qane olmağa öyrədir. Cəmiyyətlərin çətinlik və asanlıq günlərini idrak etməyə sövq edir, insanı bütün il boyu nemət içərisində olduqdan sonra "elə hər şey belə də olmalıdır" düşüncəsindən xilas edir, arxayınlıqdan tənbəlliyə aparmır, nemətləri xatırladır, nemətləri qorumağa rəğbətləndirir, insanlara, cəmiyyətə faydalı olmağa yönəldir. Ramazan ayı insanları bir-birinə yardım etmək üzərində tərbiyələndirir, cəmiyyəti bir-birinə daha sıx bağlayır, insanlar arasında sevgi və mehribanlığın artmasına vəsilə olur. Cəmiyyətin ən kasıb təbəqəsi bu ayın sonunda fitrə-zəkatı ilə sevindirilir ki, onlar da bayramda gözəl təamlar bişirə bilsinlər. Bir sözlə toxun acdan xəbəri olur. Ramazan ayı "qonşusu ac ikən tox yatanları" tərbiyələndirir, ictimai bir məsuliyyət şüuru yaradır. Bir-birindən ayrı düşüb bir-birini yad etməyən tənbəl cəmiyyət əvəzinə bir-birilə soraqlaşan aktiv bir cəmiyyətin ərsəyə gəlməsinə xidmət edir.

Mənbələr və istinadlar:

(1) Məqalə: شيوعي ملحد يدعي أن الصيام مضرّ !! (islamqa.info) 4-cü abzas. islamqa.info saytı.
(2) eyni mənbə. 4- cü abzas.
(3) Haber Türk. Orucun faydaları nelerdir? http://m.xn--habertrk-c6a.com/ saytı.
(4) Məqalə: Oruç tutmanın sağlığa faydaları. türkcə. 5-ci abzas. gelisim.edu.tr saytı.
(5) Məqalə: "İslam və təbabət" telegram kanalı. 5-ci abzas. Müəllif: Fizuli Hüseynov.
(6) Məqalə: "Bəyan əl-İslam" ensiklopediyası. Rəsmi saytıdır. İkinci abzas.
ادعاء أن الصوم عند المسلمين يقلل الإنتاج ويبعث على التكاسل. :
(7) Əhmədin Müsnədi. 12698. Əbu Davud. 2358.
(8) Səhih əl-Buxari. Bərəkətus-Səhur. 1823.
(9) Əhmədin Müsnədi. 17225. Tirmizinin "Sünən" əsəri. 2380. Səhihut-Tərğib vət-Tərhib. 2135.
(10) "əl-İbədətu fil-İsləm". Səh. 294.