Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Ruqya

Şəfa tapmaq, sağlam olmaq səadətin səbəblərindən olduğuna görə, Allah elçisi ﷺ islam ümmətinə xəstələnərkən müalicə olmağı əmr etmiş, effektiv müalicə vasitələrini ümmətinə öyrətmişdir.


Ruqya nədir?
Ruqya müəyyən xəstəliklərdən qorunmaq üçün bəladan əvvəl və ya xəstəlikdən müalicə olunmaq üçün bəla zamanı xüsusi formada oxunan duadır. Ruqyada Allahın kəlamları, Allahın müəyyən ad və sifətləri keçir, ərəbcə oxunulur.
Ruqyanın əsas məqsədlərindən biri insanın qəlbini Şəfa verənə - Allaha tam yönəlməsi, Onu ibadətdə və duada, xüsusən də şəfa istəməkdə təkləşdirməkdir. Həmçinin bu və digər bütün ibadətləri Peyğəmbərin ﷺ sünnəsinə uyğun etmək Allahın razılığını qazandırır və şəfanın tezliklə hasil olmasına səbəb olur.
Həmçinin digər ibadətlərdə olduğu kimi, bu ibadəti də Peyğəmbərin ﷺ sünnəsinə uyğun etmək Allahın razılığını qazandırır və şəfanın tezliklə hasil olmasına səbəb olur.
Əuf ibn Məlik rəvayət edir ki “cahillik dövründə ruqya etdiyimizi Peyğəmbərə ﷺ bildirib soruşduq: “Ey Allahın elçisi! Bu barədə nə deyə bilərsən?ʺ O isə Etdiyiniz ruqyanı mənə söyləyin. Şirk olmayan ruqyaları etməkdə heç
bir qəbahət yoxdur” – deyərək cavab verdi. Mənasında şirk, sehr, cadu olan və ya bunlara işarə edən, çağıran, yönəldən ruqyalar isə icazəli deyildir. Üstəlik ovsunu, ruqyanı oxuyan adam etiqad etməlidir ki, ovsun özü heç bir təsir göstərmir və Şəfa verən yalnız Uca Allahdır

Şəriətdə varid olan mualicəvi ruqya ovsunlar:
1. Quran oxumaqla müalicə.
Uca Allah bu barədə belə buyurmuşdur:
Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. İsra 82
Ən gözəl ruqya Quran ayələrini oxumaqla olur. Ən təsirli quran müalicəsi isə Fatihə surəsini bir neçə dəfə, bir hədisdə isə 7 dəfə oxumaqla olur. Bunun üçün əlini xəstənin başına, yaxud ağrıyan yerinə qoyaraq oxumaq lazımdır.
Həmçinin Fələq və Nəs surələri, digər surələr və ayələr də eyni üslubla oxunur.
Ayələri oxuyarkən xəstə tərəfə üfürmək də effektlidir.
Həmçinin Fatihə surəsini və digər ayələri oxuyub suya üfürdükdən sonra, o suyu içməklə də müalicə olunmaq mümkündür.
2. Sünnədə varid olan xüsusi dualarla müalicə olunmaq:
1. Əzhibil bə’s, rabbən nəs! İşfi və əntəş şəfiy! Lə şifəə illə şifəuk, şifəən lə yuğadiru səqamən!
Ey insanların Rəbbi (Allah)! Ağrını apar, şəfa ver, şəfa verən sənsən. Sənin şəfandan başqa şəfa yoxdur, o şəfa ki, ondan sonra xəstəlik olmasın (qalmasın).
أَذْهِبْ الْبَاسَ رَبَّ النَّاسِ اشْفِهِ وَأَنْتَ الشَّافِي لَا شِفَاءَ إِلَّا شِفَاؤُكَ شِفَاءً لَا يُغَادِرُ سَقَمًا

2. Əlini ağrıyan yerə qoyaraq bu duanı etmək: BismiLləh (3 dəfə), daha sonra
əuzu billəhi və qudratihi min şərri mə əcidu və uhəzir (7 dəfə)
«Duyduğum və həzər etdiyimin şərindən Allaha və Onun qüdrətinə sığınıram!»
أَعُوذُ بِاللهِ وَقُدْرَتِهِ مِنْ شَرِّ مَا أَجِدُ وَأُحَاذِرُ

3. İndi eşidəcəyəniz dua ilə Cəbrail mələk Peyğəmbərə ﷺ ruqya etmişdir.
BismiLləhi ərqiik, mik kulli şeyin yu’ziik. Min şərri kulli nəfsin, əu aynin həsid, Allahu yəşfiik, bismiLləhi ərqiik.
Allahın adı ilə sənə əziyyət verə biləcək hər bir şeydən ruqya edirəm, sənə şəri toxunacaq hər bir nəfsdən, həsəd edənin gözündən, nəzərindən sənə ruqya edirəm. Allah sənə şəfa versin, Allahın adı ilə sənə ruqya edirəm.
بِاسْمِ اللهِ أَرْقِيكَ، مِنْ كُلِّ شَيْءٍ يُؤْذِيكَ، مِنْ شَرِّ كُلِّ نَفْسٍ أَوْ عَيْنِ حَاسِدٍ، اللهُ يَشْفِيكَ بِاسْمِ اللهِ أَرْقِيكَ.

4 Növbəti dua belədir: əuzu bikəlimətil ləhit təmməti mir şərri mə xaləq.
أَعُوذُ بِكلِمَاتِ الله التّامّاتِ مِن شَرّ مَا خَلَقَ
Yaratdıqlarının şərindən Allahın tam kəlmələrinə sığınıram!


5 Peyğəmbər ﷺ demişdir: “Müsəlman bəndə əcəli çatmamış xəstəni ziyarət edib yeddi dəfə bu duanı desə, xəstə sağalar
əsəluLlahəl azım, rabbəl arşıl azım ən yəşfiyəni (başqasına ruqya etdikdə “yəşfiyəkə”)
Böyük Ərşin Rəbbi olan Əzəmətli Allahdan diləyirəm ki, mənə (sənə) şəfa versin!

أَسْأَلُ اللهَ الْعَظِيمَ رَبَّ الْعَرْشِ الْعَظِيمِ أَنْ يَشْفِيَني
(يَشْفِيَكَ)

Yuxarıda qeyd etdiyimiz kimi, ruqyanı həmçinin bəla baş verməzdən öncə də etmək olar. Peyğəmbər ﷺ Həsən və Hüseyni (Allah onlardan razı olsun) gözdən qorumaq üçün bu duanı oxuyardı:
Uiizukumə bikəlimətil ləhit təmməti min kulli şəytanin və həəmmətin və min kulli aynin ləəmmətin.

Hər bir şeytandan, zərərli həşəratdan və hər pis gözdən qorumaq üçün sizi Allahın tam kəlmələrinə həvalə edirəm. Buxari

أُعِيذُكُمَا بِكَلِمَاتِ اللهِ التَّامَّةِ مِنْ كُلِّ شَيْطَانٍ وَهَامَّةٍ، وَمِنْ كُلِّ عَيْنٍ لاَمَّةٍ

Ruqya etməyin ümumi formaları
Fatihə surəsi, digər quran surələri və ayələrini, sünnədə varid olmuş duaları aşağıdaki formalarda oxumaqla müalicə hasil olur:
- əlini xəstənin başına, yaxud ağrıyan yerinə qoyaraq oxumaq lazımdır. (Qeyd: kişi naməhrəm qadına toxuna bilməz. Bu haramdır!)
- Həmçinin ruqya oxunan vaxtı xəstəyə tərəf yüngül üfürmək də olar.
- Digər bir üslub ruqyanı suya oxuyub bu suyu içmək və çimməkdir.
- Həmçinin zeytun və qarazirə yağına ruqya oxuyaraq bədənin ağrıyan hissəsinə sürtmək də faydalıdır. Sehr və gözdəymə hallarında yağı bütün bədənə sürtmək lazımdır.
- Növbəti üslub suya duz qoyaraq ruqya oxuyub yara, ağrı olan yerlərə sürtməkdir. Peyğəmbərimizi ﷺ əqrəb sancdıqda belə etmişdir. Ona və onun ailəsinə Allahın salamı və bərəkəti olsun.
- Balı suda qarışdırıb ruqya oxuyaraq içmək tezliklə şəfa tapmağın səbəblərindəndir.

Ruqya oxunarkən riayət edilməli şərtlər.
1. Ovsunda şirk, sehr olmamalıdır.
2. Ovsun edən kəs kahin və ya fala baxan olmamalıdır
3. Ovsun edən kəs haram heyətdə olmamalıdır. Yəni: cunublu, hamamda, qəbristanlıqda və ya övrəti açıq halda və s. haram hallarda olmamalıdır.
4. Ovsun haram olan kəlmələrdən, yəni lənət, söyüş və s. kimi kəlmələrdən olmamalıdır.
5. Xəstənin özünü ruqya etməsi, özünü xüsusi dualarla müalicə etməsi daha yaxşıdır.
Başqasından onu ruqya etməsini xahiş etmək dinimizdə bəyənilmir. Çünki, bu insanın Allaha yox, insana bağlılığını artırır.
Lakin bir nəfərin övladını, yoldaşını, qardaşını, dostunu öz təşəbbüsü ilə ruqya etməsi bəyənilir və buna razılaşan xəstəyə də heç bir günah yazılmır. Buna görə də ruqya etməyi bacaran kəs xəstə gördükdə ona ruqya etməyə özü təşəbbüs göstərməlidir.

Uca Allahdan diləyirik ki, bütün xəstələrimizə tezliklə şəfa versin və bizi Onun sevdiyi və razı qaldığı şəkildə müalicə olunmağa müvəffəq etsin.