Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

İslam alimləri haqqında

SUAL:
Salam Aleykum. Sualım İmam Sadiq haqqındadır. Bu Alim kimdir? Sünnüdir yoxsa şiə? Haqqında məlumat verərsiz zəhmət olmasa. Allah razı olsun kollektivinizdən. Allah sizi sevsin
CAVAB:

Vaaleykum salam va rahmatullah

İmam Cəfər əs-Sadiq Əhli-sünnətin imamlarından, yəni alimlərindən olub. Ata tərəfdən imam Əlinin, ana tərəfdən isə imam Əbu Bəkrin nəslindəndir. Əhli-sünnətin hədis, təfsir və fıqh kitablarında kifayət qədər onun və atası Muhəmməd əl-Bəqirin rəvayətlərinə, fətvalarına və təfsirlərinə istinad edilmişdir.

Əlavə məlumat üçün aşağıdak istinadlara müraciət edin!

İmam Cəfərin nəsil şəcərəsi

Əhli-Sünnətin Əhli-Beytə və ƏhliBeytin isə Səhabələrə tabe olduğunun bir nümunəsi

Siğə barədə imam Cəfərin fətvası

İmam Cəfər əs-Sadiqin Səhabələri mədh etməsi