Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

İcazəli olmayan qazanc üslubları

SUAL:
Assalamu aleykum va rahmatullah,qardaş sizə sualım odur ki, hansı cür hallarda və hansı üsullarla pul qazanmaq haram və ya məkruh olur? Ətraflı izah edərsiz Allahın izni ilə. Təşəkkürlər
CAVAB:

Vaaleykum salam va rahmatullah va baraktuhu

Əslində sualın bu cür qoyulması tam uyğun deyil. Çünki günümüzdə haram qazanc yolları həddən artıq çoxdur. O səbəbdən də, bir işlə məşğul olub qazanc əldə etmək və həmin yolun haram olub-olmadığını bilmək istəyən kəs məhz həmin qazanc yolu barədə, onun icazəli olub-olmaması haqda maraqlanmalıdır. Amma qısa olaraq fayda üçün bunları qeyd edə bilərik:

- Mərc və qumar oyunları vasitəsilə əldə edilən qazanc haramdır.

- Sələmçilik yolu ilə əldə olunan qazanc haramdır.

- Hiylə, yalan və aldatma üzərində qurulan ticarət qazancı haramdır.

- İstifadəsi haram olan bir şeyin satışı da haramdır.