Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

İxvanların şeyxlərindən olan Yusuf əl-Qardavinin batil fətvaları

1. İxvan alimi Yusuf Qardavi Peyğəmbərin və Raşidi xəlifələrin dövrünü "diktatura" adlandırmışdır. (əl-Qutbiyyə, səh 9).

2. Yusuf Qardavi bunu Peyğəmbərin: "Özlərinə qadını başçı edən bir qövm nicat tapmaz". (Səhih əl-Buxari, 4163) hədisini izah edərkən deyir: "Bu, peyğəmbərin zamanına aiddir. Hansı ki, o vaxt diktatura hökmü ilə gedilirdi. İndi isə elə deyil". (Qutbiyyə, 9).

Halbuki, peyğəmbərin sözü hər zamana aiddir. Bu hədisi gələcək zamana aid olmaqdan çıxaran xüsusi bir dəlil yoxdur.

3. Yusuf Qardavi müsəlmanın kafir əvəzində öldürülməsinin icazəli olduğunu deyir. Buxaridə keçən: "Müsəlman (kafiri öldürərsə) kafirə görə (cəza olaraq) müsəlman öldürülməz". (Buxari, 4163). hədisini qəbul etmir, "bunun da dövrümüzə uyğun olmadığını" deyir. (Bax, əl-Qardavi fil-Mizan, 9).

Yusuf Qardavinin bu üslubla peyğəmbərin hədislərini inkar etməsinə misallar çoxdur.

4. Yusuf əl-Qardavi qadınlarla əllə görüşməyi icazəli görür (Mənbə: Qadınlarla əllə görüşməyə icazə verməsi: https://youtu.be/OI5eEPWKZeo)

5. Roma papasına rəhmət oxumuş və onu əzəmətli alim adlandırmışdır (Mənbə: Papaya rəhmət və tərif: Şəriət və həyat verlişi, bax: Qutbiyyə kitabı, səh 59-60).

6. Qardavi dinlər birliyinə dəvət etmişdir (Mənbə: Qardavinin dinlər birliyinə dəvəti: https://youtu.be/nOw0DMbdV-Q izləndi: 2020.06.04). Təkcə bu mövzuda fətva vermək necə böyük bir yük altına girməkdir, özünüz düşünün.

7. Qurana müxalif olaraq yəhudilərin müsəlmanlara xristianlardan daha yaxın olduqlarını demişdir, Qur'an isə yəhudilərin iman əhlinə qarşı daha şiddətli düşmən olduğunu demişdir. (Mənbə: Yəhudiləri müsəlmanlara xristianlardan daha yaxın görməsi: https://youtu.be/wrvj43sEvag .izləndi: 2020.06.04).

8. Həmçinin, "Bizimlə yəhudilər arasındakı düşmənçilik din düşmənliyi deyil, torpaq düşmənliyidir" demişdir. (Yəhudilərlə din düşmənliyinin olmamasını deməsi: (əl-Qutbiyyə, səh 59).

9. Qardavinin musiqini halal görməsi, özünün də musiqiləri dinlədiyini deməsi: (Mənbə: cavabla bir video: https://youtu.be/O8oQrY6-I8I izləndi: 2020.06.04).

10. Qadınla kişinin bir-birinə qarışmasını (ixtilatı) icazəli görmüşdür: (Mənbə: İxtilatı (qadınla kişinin qarışmasını) icazəli görməsi: https://www.saaid.net/female/0161.htm oxundu: 2020.06.04). Halbuki alimlər ittifaqla bunu haram hesab edirlər.

11. Xomeyninin dövlətini tərifləməsi, Xomeyniyə rəhmət oxuması və onun inqilabını tərifləməsi (Mənbə: Xomeyniyə rəhmət oxuması və İranı tərifləməsi: https://youtu.be/W5SMF9V5GFU izləndi: 2020.06.04). Qeyd edək ki ixvanların rafizilərlə qardaşlığı, işbirliyi başqa geniş bir mövzudur. Bu haqda mənbədə qeyd olunan kitabda bir qədər ətraflı oxuya bilərsiniz.

Yazılar götürüldü: Sahib Əsədovun "İxvanlar kimlərdir və nəyə xidmət edirlər?" adlı kitabı...