Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Söylədiyim bir yalanı gizlədə bilərəmmi?

SUAL:
Əssələmualeykum. Mən ciddi düşündüyüm bir oğlan var və bəzi yalanlarım var ona amma deyə bilmərəm heç birini ki bəzilərini demişəm və demək istəmədiklərim qalıb. Bu yalanlara görə yəni sırf bu yalanlara görə tövbə etmişəm. Və bilmək istəyirəm ki axirətdə mənim bu yalanlarım gizli qalacaq? Yəni gizlin etmişəm onnan və gizlin qalacağmı? Pis bir şey yoxdu. Yəni mən indidə deyə bilərəm amma istəmirəm heç istəmirəm həmdə həm özümdə peşmanlığ hissi çəkirəm buna görə amma deməməliyəm. Nə edə bilərəm?
CAVAB:

Vaaleykum salam va rahmatullah

İstər yalan olsun, istərsə də digər hər hansısa bir günah, əsas olan odur ki, həmin günaha görə sadiq qəlblə Uca Allaha tövbə edəsiz və bir daha o günaha qayıtmayasız. Həmin günahı, yaxud yalanı dilə gətirməyə, yəni Allahın gizlətdiyi bir şeyi aşkara çıxartmağa isə lüzum yoxdur. Allahın qulunun günahını insanlardan gizləməsi ona qarşı rəhmətidirsə, bəndənin öz günahını aşkara çıxartması isə öz nəfsinə qarşı olan zülmüdür.