Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Şah İsmayıl əhli-beytdənmi olub?

SUAL:
Bir şiə kitabında Şah İsmayıl Xətayinin İmam Musa Kazımın (rahmətullahi aleyh) nəslindən olduğunu söyləyir. Buna aydınlıq gətirsəniz çox gözəl olar
CAVAB:

Təbii ki, bu yalandır.

Sadəcə olaraq, Xətai siyasəti ələ almaq üçün şiəlikdən, şiələri ələ almaq üçün isə əhli-beyt adından istifadə edirdi.

Təsəvvür edin ki, onun zamanında Xətainin hətta şiələr tərəfindən zühuru gözlənilən Mehdi, yaxud onun naibi olduğu belə söylənilmişdir. Bəziləri isə onun sadəcə olaraq "seyyid" olduğuna inanırdı. 

Bütün bunların hamısı isə sadə şiə kütləsini cuşa gətirməyə və onların hissiyatlarını çirkin siyasətə alət etməyə hesablanmış addım idi.

Əlavə məlumat üçün:

Ey Azəri-Türkü! Millətini, düşmənini, dinini tanı! Əslinə, kökünə qayıt! (1-ci hissə)

Qılıncla Şiəlik. Şah İsmayılın Azəri qətliamı.

Rəsulzadə şiəlik barədə nə dedi? Şah İsmayıl Azərbaycanı talan etdi - Pr. Nəsib Nəsibli