İraq ordusundan terrorçulara ağır zərbə - 200 ölü - Təfərrüat

Bu məqaləni qiymətləndir
(0 səs)
Cümə axşamı, 26 İyun 2014 18:53
Sunna.az-ın AzadXeber.net-ə istinadən verdiyi məlumata görə, Mosulda xristian qadınları edam edən terrorçular da daxil olmaqla 200 "İŞİD" üzvü  Beyci bölgəsində öldürülüb. İraq vertolyotları Bələd şəhərində doğru irəliləyən "İŞİD"ə aid 7 avtomobili içindəki terrorçularla birlikdə məhv edib.
 
Ordunun Fəllucə şəhərinin Seklaniyə çölündə terrorçuları daşıyan yük maşınını vurması nəticəsində 15 "İŞİD" üzvü də zərərsizləşdirilib.
 
İraq vertolyotlarının Tikrit-Beyci yolunda terrorçuları daşıyan 4 maşını məhv etməsi nəticəsində də onlarla yaraqlının öldürüldüyü bildirilib.
 
Tayfa qüvvələri Ramadi şəhərinə bağlı İshakiyə vilayətində "İŞİD" liderlərindən olan Taha Yasinlə birgə 18 terrorçunu öldürüb. 
 
"Əl-İraqiyyə" kanalının məlumatına görə, İraq qüvvələri və döyüş təyyarələrinin ölkənin şimalında yerləşən Əl-Avisat, Əl-Revaşed və Əl-Hərdaniyə bölgələrinə təşkil etdiyi bombardman və əməliyyatlarda 60-dan çox terrorçu həlak olub. Terrorçulara aid 9 maşın isə yandırılıb.
 
Həmçinin İraq hərbi təyyarələrinin Mosulda terrorçuların mövqelərini bombardman etdiyi açıqlayıb.
 
Ölkənin hava qüvvələri Samirra bölgəsində terrorçulara qarşı təşkil etdiyi hava hücumlarında çoxlu sayda terrorçunu öldürüb və onlara aid 10-dan çox maşını yarasız vəziyyətə salıb.
 
Tikritdən verilən xəbərlərə görə, şəhərin bəzi yerlərində "İŞİD" terrorçuları ilə İraq ordusu arasında qarşıdurma baş verib. Qarşıdurmalarda "İŞİD" təşkilatının liderlərindən birinin iki qardaşı da daxil olmaqla10 terrorçunun öldürüldüyü açıqlanıb.
 
Samirranın Əl-Cəla bölgəsində 40 terrorçu öldürülüb, 8 maşın isə məhv edilib.
 
Həmçinin Samirranın cənub-qərbində yerləşən Fərhadiyyə bölgəsində 22 terrorçu zərərsizləşdirilib və onlara aid 7 maşın partladılıb.
 
Bəvalir Rəhman bölgəsində isə 18 terrorçu öldürülüb.
 
İraqın xüsusi təyinatlıları Babil şəhərinə bağlı Harful Sohra çölündə "İŞİD" terrorçularının bölgədən məsuliyyət daşıyan rəhbəri də daxil olmaqla 13 terrorçunu sağ şəkildə ələ keçirib.
 
İraq ordusu Fəllucə şəhərində "İŞİD" üzvü olan 9 snayperçini öldürüb.
 
Ordu qüvvələri ilə "Əshabi-Əhlul-Haqq" birliklərinin Səlahəddin şəhərində "İŞİD" terrorçularına qarşı keçirdikləri əməliyyatlarda 48 terrorçu öldürülüb.
Son redaktə Cümə axşamı, 26 İyun 2014 18:56
Şərh vermək üçün giriş edin

Analiz

Namaz vaxtı

Bakı - Azərbaycan
28.08.2016
  • Fəcr: 05:42
  • Gün çıxır: 07:03
  • Zöhr: 13:42
  • Əsr: 17:24
  • Məğrib: 20:37
  • İşa: 21:34

Sual-Cavab

  • Sual:
    Borcu olan fitrə verməlidirmi?
  • Sual:
    Deyirlər Peyğəmbərimiz (s.ə.s) bir küçədən keçəndə görüb ki, içki içirlər: “Nuş olsun!” – deyib. Qayıdanda görüb ki, dalaşırlar: “Haram olsun!” – deyib. Bu haqda münasibətiniz nədir?
  • Sual:
    Dinimizə görə vəsiyyət edən şəxs malını uşaqları arasında istədiyi kimi bölə bilər, yoxsa yalnız Quranda bildirilən ölçülərlə bölməlidir?
  • Sual:
    Fərz namazın dördüncü rükətindən fatihədən sonra səhvən zammi surə oxuyan şəxs nə etməlidir?
  • Sual:
    Cümə namazına gedən şəxs xütbəyə çata bilməyib yalnız namazın fərzinə yetişsə nə etməlidir? İmama uyub iki rükəti qılsın yoxsa ayrıca günortanı qılsın?

Sualınızı buradan verin!