Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Bəzi şiə alimlərinin təqva dolu həyatlarından səhifələr

SİQARET VƏ ŞİƏ ALİMLƏRİ

Professor Muhəmməd Huseyn Ali əs-Sağir Şeyx Sistaninin fətvalarını nəql etdiyi “Fiqhul-Hədara” kitabında, səh. 39-45. demişdir:
“Ələm (ən elmli) alimlərimizin siqarət çəkmələri barədə nadir əhvalatlar:
1-İmam Seyyid Muhsin əl-Həkim: 1953-cü ildə ürəyindən xəstələnmişdi. Onun üçün ürək xəstəlikləri mütəxəssisi olan Mahmud Cəlili adlı doktor çağırıldı və ona siqaret çəkməyi və danışmağı qadağan etdi. Seyyid də siqaret qutusunu çıxararaq elə həmin an qırağa atdı. Bu onun Hicri Rabi Səni ayı 1390 və Miladi 1/6/1970-ci ildə vəfatına qədər olan sonuncu çəkdiyi siqaret idi...
2-İmam Seyyid Əbul-Qasim əl-Xoyi: Çoxlu siqaret çəkən idi. Həkimlər iyirmi beş il ərzində dəfələrlə ona siqaret çəkməyi qadağan etdilər lakin o əl çəkmirdi. Çünki siqareti tərk etməkdə böyük əziyyət çəkdiyini görür və dözülməz bir şiddətli çətinliklə qarşılaşırdı. Hətta 1993-cü ilin əvvəllərində ürəyindən xəstələndiyinə görə Bağdadda olan İbnun-Nəfis adlı xəstəxanada yerləşdirilir. Doxsan altı yaşı var idi. Ürəyinin xəstələndiyinə görə zəifliyinə müqavimət göstərməsi üçün ürəyinin altına cihaz qoyulur. Müalicə edən həkimlər qrupu onu siqaret çəkməkdən qadağan etmək qərarına gəlirlər. Qadağadan yalnız az bir saatlar keçmişdi ki, oğlu Əllamə Seyyid Muhəmməd Təqi əl-Xoyiyə deyir ki, həkimlərə de ki, mənə siqaret çəkməyə icazə versinlər. Çünki mən Olduqca çox əziyyət çəkirəm. Həkimlər də ona icazə verdilər və o yenidən Hicri tarixlə Səfər ayının 1413-cü və Miladi tarixlə 1993-cü ildə vəfat edənə qədər siqaret çəkməyə qayıdır.
3-Ayətullah əl-Uzma Şeyx Huseyn əl-Hulli: Qəlyan çəkərdi. Heç kəslə köməkləşmədən qəlyanı özü düzəldər və hazır olanda isə eyvandan (balkon) divana (yazı yeri, ofis və.s) aparardı. Ora Seyyid Əli Bəhrul-Ulumun həyatının çox hissəsini orada keçirtdiyi divanı idi. (Şeyx Huseyn qəlyanı çəkərkən) nəfəsini fikirləşə-fikirləşə alıb verər və bundan böyük bir ləzzət alardı. Gecələrin birində Hörmətli Huccət Seyyid İzzud-Din Bəhrul-Ulum ona üz tutaraq dedi: Əmi, sən nə vaxta qədər çəkəcəksən? Qəlyanı tərk etsəydin yaxşı olardı! Ona inkar edərək deyir: Qəlyan mənim dünyada olan yeganə ləzzətimdir. Sən də məni ondan çəkindirirsən? Elə etmə! Dünyada hansı rahatlığı taparam?
4-Ağamız və müsəlmanların ən uca mərceyi (qayıdış yeri) Seyyid Əli əl-Huseyni əs-Sistani: Az siqaret çəkəndir. Lakin o, heç vaxt heç bir kəsin yanında çəkməz. Hətta bir yerdə tək olduğumuz zaman mən çəkirəm, o isə çəkmir. Yalnız özü tək olan zaman çəkir. Ola bilsin ki, bu gün onun başçılıq etdiyi Nəcəfi Əşrəfdəki elmi hövzədə heç br kəs onun siqaret çəkənlərdən olduğunu bilmir.
5-Ən böyük ustadımız Ayətullah Seyyid Muhəmməd Əli əl-Həkim: 1989- cu ildə ürəyindən xəstələnir. Ürək həkimi olan Doktor Məcid Abdul-Əmir gündəlik dörd və ya beş ədəd istisna olmaqla siqaret çəkməməyi məsləhət görür. O da on il boyudur hətta bu günə qədər həmin ədəddə dayanaraq bir ədəd olsun belə artırmamışdır.
6-Ayətullah, təqvalı və Allahdan qorxan Seyyid Muhəmməd Rıza əl-Musəvi əl-Xorasani: Bir neçə ildir ki, qəlyanı, onun ardınca da siqareti atmışdır. Bu il müalicə üçün Əmmanda (İordaniyanın paytaxtı) idik. 1999/8/15-i bazar gününün səhərində saleh yoldaşlarla gəzinti, səyahət və necə deyərlər təmiz hava almaq üçün Əmmandan 50 km. uzaq olan Cəraş şəhərinə getdik. Düzənliklər və dağlar arasında yerləşən kənd restoranında nahar etdik. Nahardan sonra hörmətli seyyid gülümsəyərək danışan gözlərlə baxmağa başladı. Ona dedim: Nə olub? Dedi: Keçmiş günləri yeniləmək üçün qəlyan istəyirəm. Ən yüksək sifətlərə malik olan bir qəlyan gətirdim. Bir neçə an ondan ləzzət aldıqdan sonra onun üzündə səadət dolu təbəssüm və sevinc gördük.
7-Təqvalı olan Əli Bəhril-Ulumun oğlu Ayətullah Seyyid Huseyn: O, ilk olaraq siqaretə başlamağın haram olduğunu deyən tək bir şəxsdir. Ola bilsin ki, bu rəydə onunla şərik olan digərləri vardır. Lakin mən görməmişəm. Bu sözün mənası odur ki, vərdiş etmiş siqaret çəkənə şiddətli zərər dəyəcəyi ehtimalı yaxud da yəqinliyi yoxdursa günah deyildir. Lakin siqaret çəkməyən gəncin siqaretə ilk olaraq başlaması haramdır. Artıq on nəfərdən çox olan həkimlər növbə ilə məni siqaretdən çəkindirmişdirlər. Lakin mən onu tərk etməkdə şiddətli çətinlik və narahatçılıq görürəm. Hətta hər həkimə deyirəm ki, ürək həkiminin dediyi hər bir şeyə əməl etmişəm yalnız siqaretdən başqa. O ömrümdə olan tək bir təsəllidir. Məni təsəllimlə və işlərimlə burax. Bu il 1999-cu ilin İyul ayında Əmmanda olan İordaniya xəstəxanasından çıxdım. Dostlardan olan bir toplum yığılaraq mənimlə və mən də onlarla maraqlanaraq hal-əhval tutduq. Əmmana giriş olan aeroport yolunun üstündəki Sənubər qəsrində keçirilən qonaqlıqda həkimlər, ustadlar və yazıçılar var idi. Asma xəstəliyimə görə həkimlərin söhbəti xüsusi olaraq mənim siqareti atmamdan idi. Onlara dedim: Mən sinəmə görə siqareti atmayacam. Əksinə elə sinə istəyirəm ki, orada siqaret çəkim. İstədiyiniz kimi sinəmi müalicə edin. Mən də istədiyim kimi siqaret çəkim”.

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.