Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Həddi büluğ

SUAL:
Salamun aleykum Mən hələ yuxuda ikən cənabət olmamışam. Demək mən həddi büluğa çatmamış sayılıram ???
CAVAB:

Vaaleykum salam va rahmatullah

Oğlan uşağının ərkənlik yaşına çatması üç şeydən biri ilə bilinir:

1. Yuxuda ikən ehtilam olmaq (məninin xaric olması);

2. Ön övrət ətrafında sərt tüklərin bitməsi;

3. On beş yaşı bitirməsi.

Bu əlamətlərin hamısının baş verməsi şərt deyildir. Biri olsa, kifayət edir. Belə ki, məsələn, 12 yaşlı bir uşaq ehtilam olsa, artıq buluğ yaşına çatmış sayılır. Yaxud ehtilam olmadığı halda, 15 yaşını tamamlayıb, 16 yaşına keçsə, artıq ərkənlik yaşına girmiş sayılır.