Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Atamı dəvət etmək istəyirəm

SUAL:
Əssəlamu Aleykum Rahmatullah Va Barakatuh Atamı dəvət etmək istəyirəm. Özü şərik qoşanlardan deyil əlhəmdulillah amma, bilmirem necə dəvət edim
CAVAB:

Vaaleykum salam va rahmatullah va bərəkətuh

İlk növbədə atanın hidayəti üçün Allaha çox dua elə. Usanmadan, yorulmadan...Çünki döyülən qapı bir gün mütləq açılar. Dua qapısı da belədir. Hidayət Allahın əlindədir: istədiyini azdıran və istədiyinə də hidayət verən Odur. Uca Allah buyurur: "Namaz və səbrlə Allahdan yardım diləyin!" (əl-Bəqərə: 45). 

Həmçinin atana itaətkar övlad ol, onun qulluğunda dur və ona qarşı ən gözəl əxlaq nümayiş elətdir. Övladın valideyninə itaəti həm atanın övladına qarşı qəlbini açır, həm də övladın atasının hidayəti üçün etdiyi dualarının Allaha yüksəlməsinə səbəb olur.

Habelə atana gözəl bir şəkildə, ən gözəl tərzdə və ən münasib vaxtlarda İslamın gözəlliklərini, Allahın ucalığını və ibadətin vacibliyini anlat. Lakin böyüyə nə isə öyrədirmiş ədası ilə anlatma! Oğul-ata münasibətləri çərçivəsində anlat! Çalış mübahisə etməyəsən və çox söhbətlər ilə də onu bezdirməyəsən. Gərək həkim xəstəyə dərmanı damla-damla versin ki, faydası da qalıcı olsun. 

Bir sözlə, səbrli ol, itaətkar ol, dəvət və dua et!

Allahdan atana hidayət diləyirik!

SUAL GÖNDƏR

Foruma keç

OXŞAR SUALLAR