Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Əhli Sunnə nə deməkdir?

SUAL:
Əhli Sunnə nə deməkdir?
CAVAB:

Əhli Sünnə - Sünnə (Peyğəmbərin yolu) ilə gedən, onun ətrafında toplaşan, həm əqidəyə aid elmi, həm də şəriət məslələrində ondan başqasına müraciət etməyən kəslərdir. Sünnəyə bağlı olub onun ətrafında camaat halında toplaşdıqları üçün onlar "Əhli Sünnə vəl Cəmaat" adlandırılmışlar. Uca Allah buyurur: "(Ya Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali İmran, 31)