Admin

Dərc olundu: 07 Dekabr 2019

TÖVHİD KƏLMƏSİ “LƏ İLƏHƏ İLLƏLLAH”

Lə iləhə illəllahın Qurandakı fəziləti. Lə iləhə illəllah Cənnətin açarıdır. Bəs bunu söyləyən hər bir kəs Cənnətə girə bilərmi? Vəhb ibn Münəbbihdən: ““Lə iləhə illəllah” Cənnətin açarı deyilmi?”, deyə soruşulduqda, belə cavab verdi: “Bəli o Cənnətin açarıdır. Fəqət dişləri olmayan açar, açar deyildir. Dişli açar gətirsən Cənnətin qapısı üzünə açılar, əks halda açılmaz”. Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) bu açarın dişlərini açıqlayan bir cox hədisləri vardır. Belə ki, “Kim ixlasla, səmimi olaraq Lə iləhə illəllah deyərsə …”, “ Kim qəlbi ilə qəti olaraq, yəqinliklə Lə iləhə illəllah deyərsə …”, “Qəlbi ilə sidq ilə istəyərsə…”. Bu və buna oxşar digər hədislər Cənnətə girməyə can atan hər bir kəsi bu kəlimələrin mənasını bilməyə, ölənə qədər onlar üzərində sabit qalmağa, əməl etməyə bağlamışdır. Alimlər kəlmeyi-şəhadətin Cənnətin açarı ola bilməsi və sahibinə fayda verə bilməsi üçün maneələrin olmaması ilə bərabər lazım olan şərtləri ortaya qoymuşlar. Bu şərtlər açarın dişləridir.

  • 0
  • 164
  • 0
  • 0