Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Əxlaqdan kənar şiə hədisləri

Son zamanlar əmmaməli iran cəsusları ölkəmizdəki əhl sünnə və şiə məzhəbləri arasında nifaq salmağa can ataraq, əhl sünnə mənbələrindən naqqaşla çıxardıqları bəzi hədislərə yozumlar verir, guya əhl sünnə hədislərinin əxlaqdan, namusdan uzaq olmasını, hətta peyğəmbərin şənindən uzaq olmasını isbat etməyə çalışırlar. Bunu etməkdə isə əsas məqsəd hər iki tərəfdən olan cahil insanlar arasında aqressiv müzakirələri tətikləmək və düşmənçilik yaratmaqdır.
Gətirdikləri şübhələrə müxtəlif əhl sünnə mənbələrində elmi cavablar verilməkdədir. Bizim isə bu əmmaməlilərə, əslində insanları dindən qaçıran, şiə hədislərindən bir qismini xatırlatmaq istəyirik, qoy bu hədisləri müdafiə etmək üçün dəridən qabıqdan çıxıb təqiyyə rejiminə keçsinlər. İnanın ki, onlarla bu cür şiə hədislərini sabah savadsız dinsizlərin həqiqi islamı bu hədislərlə gözdən salmalarından ehtiyat edərək göstərməmişik.
Buyur ey hörmətli həmvətənim, Allahın peyğəmbərlərinə tənə edən şiə rəvayətləri ilə tanış ol!
Cəfər bin Muhəmməd (əleyhiməssələm) belə dedi: Allahın rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) üzünü Fatimənin döşləri arasına qoymamış yatmazdı.(1) Fatimə də böyük qadın idi və necə ola bilər ki, peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) üzünü onun döşləri arasına qoysun?! Allah əhli beytə atılan bu iftiranın cəzasını özü versin

Guya Əli bin Əbu Talib peyğəmbərin zövcəsi olan Aişə ilə bir yataqda, bir yorğanın altında yatardı.(2)
Rza atalarından belə rəvayət edir: Allahın rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə dedi: "Musa rəbbindən istəyib belə dedi: Ya Rəbb, Məni Muhəmməd ümmətindən et. Allah da Musaya belə vəhy etdi: Ey Musa, sən buna çata bilməzsən!" (3)
Guya Musa Mühəmməd ümmətindən bir fərd olmağa layiq deyil. Mühəmməd ümməti də şiələrdir. (Deməli) şiələr Musadan əfzəldirlər!!!
Rza (əleyhissələm) dedi: Allah Adəmə belə dedi: Onlar (yəni Muhəmməd, Əli, Fatimə, Həsən və Hüseyn) sənin zürriyətindəndirlər. Onlar səndən və bütün məxluqatımdan xeyirlidirlər. Onlar olmasaydı, səni yaratmazdım, cənnəti və cəhənnəmi, yeri və göyü yaratmazdım. Onlara həsəd gözü ilə baxmayasan, yoxsa səni öz qonşuluğumdan çıxardaram.
Lakin onlara həsəd gözü ilə baxdı, onların mənziləsini təmənni etdi. Şeytan da ona musallat oldu və nəhy olunmuş ağacdan yedi. Fatiməyə əd həsəd gözü ilə baxdığına görə Həvvanın üzərinə musallat oldu və o da o ağacdan yedi.(4)
Deyirik: Əgər cəzanın əsli onlara həsəd gözü ilə baxmaqlarına görə idisə, onda nəyə görə Allah Quranda da zikr etdiyi kimi Adəm və Həvvanı qadağan olunmuş ağacdan yediklərinə görə cəzalandırdı?!
Əli bin Əbu Talib dedi: O vaxt ki, onlar: "Onu canavar yedi" – dedilər, Allah peyğəmbərləri və rəsulları, (yəni) Yusifin qardaşlarını təkzib etdi. Onlar səhraya göndərilmiş peyğəmbərlər və rəsullardır.(5)
Həqiqətən də Allah Davud aleyhissələmə vəhy etdi ki, mən sənin günahını bağışladım və günahını İsrail övladının üzərində ar etdim.
Davud belə dediI “Ey Rəbbim Sən heç kimə zülm etmədiyin halda bunu necə etdin?” (6)
Əbu Abdullahdan belə dediyi rəvayət olunur: Qoca Yaqub Yusuf aleyhissələmin yanına girdikdə, Yusufu padşahlıq izzəti bürüdü (təkəbbürləndi) və taxtından enmədi. Cəbrayıl aleyhissələm səmadan endi və belə dedi: Ey Yusuf, bir rahatlan! Ondan bir nur çıxdı və səmaya qalxdı.
Yusuf soruşdu: Ey Cəbrayıl bu mənim rahatlandığım yerdən çıxan bu nur nə idi?
Belə cavab verdi: Sen qoca Yaqub üçün ayağa durmadığına görə cəza olaraq Peyğəmbərlik sənin arxandan çıxdı və sənin nəslindən peyğəmbər olmayacaq! (7)
Əbu Cəfər aleyhissələmdən belə dediyi rəvayət olunur: Həqiqətən peyğəmbərlərdə ibrət vardır. Peyğəmbərlərdən biri kamil itaət etməyə çalışırdı sonra isə Allah Təalaya bir məsələdə asilik edirdi. Buna görə Cənnətdən çıxarıldı və balinanın qarnına elə atıldı ki, onu oradan ancaq tövbə və etiraf xilas edə bilər.(8)
Əbu Abdullahdan belə dediyi rəvayət olunur: Peyğəmbərlərdən biri qövmünə əzab verməməsi barədə Allaha müraciət etmək istədi. Allah isə ona belə dedi: Ya Menim artıq baş vərməsini əmr etdiyim bir iş barədə mənə müraciət etmən üçün etdiyin işlərdən əl çəkəcəksən, ya da üzünü arxana çevirəcəm.(9)
Əbu Cəfər aleyhissələmdən belə dediyi rəvayət olunur: Hizqil peyğəmbərə ucub daxil oldu (yəni özünü bəyəndi) və öz-özünə belə dedi: Suleyman peyğəmbərin məndən üstünlüyü nədir ki, mənə də ona verilənin misli verilmişdir. Ciyərinə yara çıxdı və əziyyət çəkdi.(10)
İsrail övladlarından bəzi peyğəmbərlər qəlblərinin sərtliyi və göz yaşlarının azlığı barədə Allaha şikayət etdilər.(11)
Möminlərin əmirinin belə dediyi nəql edilir: Yəhudi Ləbid bin Əasam və yəhudi qadın Ummu Abdullah (Abdullahın anası) Allahın elçisinə (Allahın salamı və salavatı onun üzərinə olsun) sehr etdilər və 10 düyün vurdular. Allahın elçisi bundan sonra nə yeyirdi, nə içirdi, nə eşidirdi, nə də qadınlarına yaxınlaşa bilirdi.(12)
Ali bin Huseyndən belə dediyi rəvayət olunur: Ey Balina! Balina belə deyərək dag boyda basını dənizdən çıxardı: Hüzurundayam ey Allahın dostu, valisi! Ona bele dedi: Sən kimsən? Dedi: Mən Yunusun balinasıyam ey ağam! Dedi: Mənə xəbər ver. Dedi: Allah elə bir peyğəmbər göndərmədi ki, on sizin ehli beytin vilayətini ərz etməsin, kim qəbul etdisə xilas oldu və salamat qaldı. Kim dayandısa və onu daşımaq istəmədisə, Adəmin üzləşdiyi asiliklə, Nuhun suya qərq olmada üzləşditi ilə, İbrahimin odda üzləşdiyi ilə, Yusufun quyuda üzləşdiyi ilə, Eyyubun belası ilə, Davudun xətası ilə üzləşdi. Yunus göndərilənə qədər belə oldu, Yunusa isə belə vəhy edildi: Ey Yunus, mömünlərin əmiri Əlinin və onun nəslindən olan rəşadətli imamların vilayətini qəbul et!
Yunus bele dedi: Görmədiyim və tanımadığım birisinin vilayətini necə qəbul edim? Sonra isə qəzəblə getdi. Allah mənə əmr etdi: Yunusu ud və onda salamat sümük saxlama! Beləliklə 40 gün qarnımda 3 zülmət içində dənizləri dolanaraq belə səslənirdi: Səndən başqa haqq İlah yoxdur, Sən nöqsansızsan, mən həqiqətən özümə zülm etdim, mömünlərin əmiri Əlinin və onun nəslindən olan rəşadətli imamları vilayətini qəbul etdim.(13)
Cəfər Baqirin belə dediyi rəvayət olunur: Allahın elçisi (SAS) səmaya qalxdığı zaman Muhəmməd (ﷺ) belə dedi: atam İbrahim haradadır? Ona belə dedilər: O şiyələrin uşaqları ilə bir yerdədir! Sonra Cənnətə daxil oldu. Bir də gördü ki, İbrahim ağacın altındadır və onun inəyin döşləri kimi döşləri vardır. Döşü uşağın ağzından çıxdıqda İbrahim ona tərəf gəldi, salam verdikdən sonra Əli barəsində soruşdu: Dedi ki, onu özümdən sonra ümmətimi ona buraxdım. (İbrahim) dedi: Sən elə xəlifəyə buraxmısan. Allah həqiqətən də, Əliyə itaəti vacib etmişdir. Bunlar isə şiyələrin uşaqlarıdır, Allah Azza və Cəllədən onlara baxmağımı istədim və etdi.(14)

Allahu Əkbər! Ağzınızdan çıxan bu kəlimələr necə də ağırdır. Onlar ancaq yalan danışırlar.
İbrahim şiyələrin uşaqlarına tərbiyəçilik edirmiş! Bunu təsdiq edəni Allah rəzil etsin. Bunu danışanı da Allah rəzil etsin.
Sadiq aleyhissələmin belə dediyi rəvayət olunur: Davud aleyhissələm Uriyani ordu ilə səfərə göndərir. Sonra isə hasara bir quşu götörməyə çıxir. Bir də görör ki, Uriyanın zövcəsi çimir. Qadın Davudun kölgəsini gördükdə saçlarını açaraq bədənini örtür. Davud ona baxaraq ona meftun olur. Sonra isə ordunun başçısına yazır ki, özünlə düşmən arasına bir tabut qoy, Hennanın oğlu Uriyanı tabutun qarşısına çıxar. Onu çıxarır və öldürür. Bundan sonra Davud həmin qadınla evlənir və ona Süleymanı doğur.(15)
Bu cür şeylər çoxdur, ixtisar etmək və uzatmamaq üçün tərk etmişik.
Allahın elçiləri (SAS) barəsində şiyəlik etiqadı bax budur!
Əhl Sünnəyə gəlincə, onlar Allahın elçilərini bu cür şeylərdən uzaq tuturlar. Əhl sünnə kitablarından nöqsan kimi göstərdikləri hər şey ən gözəl formada izah edilmişdir və eyni hədislər axtarsalar şiə kitablarında da vardır.
Uca Allahdan xalqımıza haqqı haqq kimi, batili batil kimi göstərməsini və bu fitnə fəsadçıların şərindən xalqımızı qorumasını istəyirik.

(1) Bihər əl-ənvar, 43/78
(2) Bihər əl-ənvar, 40/2-əlihticəc 84
(3) Uyun əxbər Rida, 200
(4) Uyun əxbər Rıda, 170. Bihər əl-ənvar, 16/362
(5) Bihər əl-ənvar, 40/224
(6) El-Kafi 5/58
(7) El-Kafi 2/311
(8) El-Kafi 8/56
(9) Bihər əl-ənvər 97/87
(10) Bihər əl-ənvər 63/185
(11) Bihər əl-ənvər 36/258
(12) Bihər əl-ənvər 60/23
(13) Bihər əl-ənvər 6ı/42
(14) Bihər əl-ənvər 18/303
(15) Bihər əl-ənvər 14/20, 23