Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Qız qardaşından, əmi və dayısından haralarını gizlətməlidir?


صراط النجاة - الميرزا جواد التبريزي - ج 2 - ص 381
سؤال 1181 : ما هي حدود عورة المرأة بالنسبة إلى محارمها ؟ الخوئي : هي القبل والدبر ، وكذا من السرة إلى الركبتين على الأحوط .
التبريزي : يضاف إلى جوابه ( قدس سره ) هذا بالنسبة إلى الرجال المحارم ، وأما بالنسبة إلى النساء فعورتها هي القبل والدبر خاصة ، والله العالم .

"Sual 1181: Qadının məhrəmlərinə olan övrət yeri haralarıdır?
Xoyi: Qabaq və arxadır. Həmçinin ehtiyat olaraq göbəklə iki diz arası.
Təbrizi: Onun cavabına əlavə olunur ki, bu kişi məhrəmlərə nisbətdədir. Qadınlara nisbətdə isə qadının qadınlar yanında övrəti xüsusi olaraq qabaq və arxasıdır."
Mənbə: Mirzə Cavad Təbrizi, "Sıratun-Nəcət" 2/381.


منتخب الاحكام - السيد علي الخامنئي - ص 240
( مسألة ) : يجوز للرجال النظر إلى تمام بدن النساء من محارمهم ، باستثناء العورة على أن لا يكون النظر بتلذذ وريبة .
"(Məsələ): Məhrəm olan qadınların övrət istisna olmaqla bədənlərinin hər yerinə ləzzət və harama düşmə qorxusu olmazsa kişilərin baxması icazəlidir."
Mənbə: Seyyid əl-Xamneyi, "Muntəxabul-Əhkəm" səh. 240.


فقه الحضارة - السيد السيستاني - ص 186
1 - يجوز للرجل أن ينظر إلى جسد محارمه - ما عدا العورة - من دون تلذذ شهوي ولا ريبة...
"1- Ləzzət alma və harama düşmə qorxusu yoxdursa övrət (arxa və qabaq) istisna olmaqla kişinin qadın olan məhrəmlərinin cəsədinə baxması icazəlidir..."
Mənbə: Seyyid əs-Sistani, "Fiqhul-Hadara" səh. 186.


Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.