Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Kusuf namazı

Daha doğru rəyə əsasən, Küsuf namazının hökmü vacibdir. Bu namaz camaat şəklində qılınır və camaat namaza azan verərək deyil, “əs-salətu cəmia” deyərək çağrılır.
Küsuf namazı iki rükətdir. Hər rükətdə iki dəfə rüku edilir və hər iki rükudan öncə əl-Fatihə surəsi və başqa bir surə oxunur.
Məscid imamının namazdan sonra camaata vəz etməsi – onları Allahın əzabı ilə qorxutması, onlara saleh əməlləri tövsiyə edib, onları pisliklərdən çəkindirməsi müstəhəbdir.
Camaat olmadığı halda, tək də qılına bilər.
Peyğəmbərin
zamanında günəş tutulmuş və bu hadisə oğlu İbrahimin öldüyü günə təsadüf etmişdir. İnsanlar da elə zənn etmişdilər ki, günəş məhz İbrahimin ölümü səbəbilə tutulmuşdur. Həmin gün Peyğəmbər camaata iki rükət namaz qıldırdı. Hər iki rükətdə iki səcdə və iki rüku etdi. Namazdan sonra qalxdı, Allaha həmd-səna etdikdən sonra insanlara vəz edərək belə dedi: “Günəş və Ay Uca Allahın qüdrət əlamətlərindən iki əlamətdir. Kiminsə ölümünə, yaxud doğulmasına görə tutulmaz. Onların tutulduğunu gördükdə namaza tələsin!” Digər rəvayətdə: “Allahı zikr etməyə, Ona dua etməyə və Ondan bağışlanma diləməyə tələsin!” Başqa rəvayətdə isə: “Allaha dua edin, Onu ucaldın, sədəqə verin və namaz qılın!” deyilir.(1)

(1) Buxari və Müslim.

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.