Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Şiəliyin ana sütunu sayılan TƏQİYYƏ

Dəfələrlə şahidi olmuşuq ki, elm iddiasında olan bəzi şiə məzhəbini təmsil edənlər adamın gözünün içinə baxa-baxa ağ yalan danışır və hətta öz məzhəblərində olan sıravi insanlara qarşı səmimi olmayaraq onları çaşqınlıqda qoyurlar. Əgər verilən sualın cavabı sual verən o yazıq şiəyə və şiəliyə mənfi təsir göstərə bilərsə, ya elə bir şeyin olmadığını iddia edirlər ya da bilə-bilə səhv tərcümə edərək heç bir şey olmamış kimi məsələnin üstündən keçirlər. Həqiqətən də, müsəlmana yaraşmayan bu gülünc etiqadın və əməlin söykəndiyi yeri çox axtarırdıq ki, nəhayət onu da tapdıq: TƏQİYYƏ!

Şiənin ən böyük hədis alimi olan Kuleyni məzhəbin ən böyük hədis kitabı olan “Kafi”sində guya imamın belə dediyini rəvayət etmişdir:

الكافي - الشيخ الكليني - ج 7 - ص 442
15 - عن أبي الصباح قال : والله لقد قال لي جعفر بن محمد عليه السلام : ...ما صنعتم من شئ أو حلفتم عليه من يمين في تقية فأنتم منه في سعة .

Əbu Sabbahdan belə dediyi rəvayət olunmuşdur: “Vallahi Cəfər ibn Muhəmməd (yəni imam əs-Sadiq) mənə belə dedi: “... Təqiyyə (yalan) olaraq hər hansı bir şeyi edərsizsə, yaxud bir şeyə təqiyyə üzərindən and içərsizsə, sizə heç bir günah olmaz”.
(əl-Kuleyni, “əl-Kəfi” 4/442, ət-Tusi, “Təhzibul-Əhkəm, 8/286).

Görün yalan və böhtan olaraq sadiqlik simvolu olan İmam Cəfər Sadiqin adından nə uydurmuş və utanmaz-utanmaz uydurduqları bu yolun adını da “əhli-beyt”in məzhəbi, məktəbi qoymuşlar:

وسائل الشيعة ( آل البيت ) - الحر العاملي - ج 16 - ص 212
( 21384 ) 29 - قال سيدنا الصادق ( عليه السلام ) : عليكم بالتقية فإنه ليس منا من لم يجعلها شعاره ودثاره مع من يأمنه لتكون سجيته مع من يحذره .

Ağamız Sadiq demişdir: “Təqiyyə edin! Hətta etibar etdiyin kəsə qarşı belə təqiyyə et və bunu özün üçün şüar və qalxan et ki, qorxduğun adamlara qarşı da sənin vərdişin bu olsun! Belə etməyən bizdən deyildir!”
(əl-Amili, “Vasəiluş-Şia” 16/212, ət-Tusi, “əl-Əməli” səh. 293, əl-Əraki, “əs-Salə” 2/289).

Digər rəvayətdə isə qeyd edilir ki, sən demə, imamlar öz şiələrini də aldadırmış və onlara təqiyyə üzərindən fətvalar veribmişlər:

الكافي - الشيخ الكليني - ج 1 - ص 65
4 - عن أبي عبيدة ، عن أبي جعفر عليه السلام قال : قال لي : يا زياد ما تقول لو أفتينا رجلا ممن يتولانا بشئ من التقية ؟ قال : قلت له : أنت أعلم جعلت فداك ، قال : إن أخذ به فهو خير له وأعظم أجرا . وفي رواية أخرى إن أخذ به أوجر ، وإن تركه والله أثم .

Əbu Ubeydə deyir ki, Əbu Cəfər mənə dedi: “Ey Zeyyad, əgər bizi dost tutan bir kişiyə təqiyyə olaraq fətva versək nə deyərsən?” Ona dedim: “Fədan olum. Sən daha yaxşı bilərsən”. Dedi: “Əgər onu (yəni təqiyyə olaraq verdiyimiz fətvanı) götürərsə, o onun üçün xeyir və böyük savab olar”. Digər bir rəvayətdə (belə dedi:) “Əgər onu götürərsə savab qazanar. Əgər tərk edərsə vallahi günah qazanar”.
(əl-Kuleyni, “əl-Kəfi” 1/65, əl-Amili, “Vasəiluş-Şia” 27/107).

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.