Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Allahın Ərşin fövqündə olduğunu demək, Ona məkan nisbət etməkdirmi?

Əsla! Çünki hər kəs bilir ki, bu aləmin bir hüdudu var. Varlıq aləminin son nöqtəsi isə Ərşdir. Yəni varlıq aləmi – zaman və məkan məfhumu Ərş ilə tamamlanır. Ərşin fövqündə isə zaman və məkan məfhumu yoxdur. Allahu təala da Ərşinin fövqündədir. Belə olduğu təqdirdə, necə deyə bilərik ki, Allahın Ərşin fövqündə olduğunu demək Ona məkan nisbət etməkdir. İmam Zəhəbi demişdir: “Allahın göylərin üstündə olan Ərşin fövqündə olduğunu demək, Onun hansısa bir məkanda, yaxud yöndə olduğuna etiqad etmək sayılmaz. Belə ki, Ərşin altında olanlara məkan, yaxud yön nisbət etmək olar. Lakin Ərşin fövqü belə deyildir” (“Əl-Ülüvv” səh. 267).

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.